Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-485/2025 08.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi:X2 iştirakı ilə, xx xxxxx 1979-cu il tarixdə Lerik rayonun, Zərdəbərə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Lerik rayonu, Zərdəbərə kəndində qeydiyytda olan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan X1 X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində xx.xx.2025-ci il tarixdə, saat 08:50 radələrində Lənkəran şəhəri ərazisində “Mersedes Vito” minik markalı **-UX-*** dövlət qeydiyyat nömrəli avtomaşınla sərnişin daşınma fəaliyyəti göstərməsini təsdiq edən sənədlərin təqdim edilməsi tələb edilsə də, həmin sənədləri təqdim etmədiyinə görə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan X1 X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 552-ci maddəsi ilə inzibati xəta haqqında 03 iyun 2025-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmənin yeri və vaxtı barədə protokol tərtib etmiş orqana rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi gəlməmiş gəlməməsi barədə də məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmənin yeri və vaxtı barədə inzibati xəta haqqında icraatı aparılan şəxs Şəxslna qeydiyyat ünvanı olan ünvan 1 ünvandan köçdüyündən bildiriş Lənkəran Rayon Məhkəməsini geri qayıtmışdırş daha sonra Şəxs istifadəsində olan ***-***-**-** sayl mobil telefon vasitəsi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında gəlməmiş, gəlməməsi barədə rəsmi məlumat verməmişdir. İXM-nin 552-ci maddəsinə görə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını `yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə 50 (əlli) manat məbləğində cərimə edilir. Şəxs İXM-in 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə təsdiq olunur. Protokola əlavə edilmiş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Şəxs barəsində xx.xx.2025-ci il tarixdə, saat 08:50 radələrində Lənkəran şəhəri ərazisində “Mersedes Vito” minik markalı **-UX-*** dövlət qeydiyyat nömrəli avtomaşınla sərnişin daşınma fəaliyyəti göstərməsini təsdiq edən sənədlərin təqdim edilməsi tələb edilsə də, həmin sənədləri təqdim etmədiyinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq İXM-in 552-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-485/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-485/2025
08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver