Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-486/2025 24.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 552-ci maddəsi ilə inzibati xəta haqqında 03 iyun 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir ona görə ki, Şəxs 03 iyun 2025-ci il tarixdə, saat 09:40 radələrində Lənkəran rayonu ərazisində idarə etdiyi “Mercedes Vito” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə sərnişin daşıma fəaliyyəti göstərməsini təsdiq edən sənədlərin təqdim edilməsi tələb edilsə də, həmin sənədləri təqdim etməmişdir. Məhkəmə iclasında Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin nümayəndəsi X2 izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməli tam sübuta yetirildiyindən barəsində inzibati tənbeh tədbiri tətbiq eidlməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, inzibati xəta haqqında protokolla razı deyil. Sonuncu dəfə 4 il əvvəl sərnişin daşıma ilə məşğul olmuşdur. Vətən Müharibəsi şəhidi olan övladı X1 məzarı Lerik rayonundadır. Özü Bakı şəhərində yaşadığı üçün tez-tez idarə etdiyi “Mercedes Vito” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ailə üzvləri və qohumları ilə birlikdə şəhid oğlunun məzarını ziyarət etmək üçün Lerik rayonuna gəlirlər. Sonuncu dəfə bu ilin iyun ayının əvvəlində oğlunun məzarını ziyarət etmək üçün qohumları ilə birlikdə Lerik rayonuna gələrkən Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin əməkdaşları onun idarə etdiyi avtomobili Lənkəran rayonu Qurumba kəndi ərazisində saxlatdırmış, ona yaxın vaxtlarda reyd keçiriləcəyini bildirib sənədlərinin qaydasında olmasını demişlər. Lakin o, sərnişin daşıma ilə məşğul olmadığını, şəhid övladının məzarını ziyarət etməyə getdiyini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, izahatları dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə protokol tərtib edən orqan tərəfindən məhkəməyə sübut kimi təqdim edilən yeganə sübut bir ədəd kağız daşıyıcıda olan fotoşəkildir ki, həmin fotoşəkilin mötəbərliliyi məhkəmə tərəfindən müəyyən edilməmişdir İXM-nin 552-ci maddəsinə görə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə- əlli manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, iş üzrə təqdim edilən sübut-mənbəyi müəyyən edilməyən, bir ədəd fotoşəkil hər hansı inzibati xətanın törədilməsini təsdiq edən sübut növü kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə şəxsin təqsirliliyi sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Lənkəran rayon Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə yuxarıda qeyd olunanlara və iş materiallarına əsasən belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xəta təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 48-51, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-486/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-486/2025
24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver