Məhkəmə qərarları › İş №3(049)-488/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-488/2025

23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-488/2025 23.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs Şəxs iştirakı ilə, Lənkəran rayonu Şürük bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Lənkəran Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 05 iyun 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Lənkəran rayonu Şürük bələdiyyəsinin sədri Hüseynli X1 rayon Şürük Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 05 saylı iclas protokolunu vaxtında təqdim etməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Lənkəran rayonu Şürük bələdiyyəsinin sədri Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, onun qanunda edilən dəyişiklikdən xəbəri olmamışdır. Bu səbəbdən də gecikmə baş vermişdir. O, üç gün əvəzinə, sənədləri beş günə göndərmişdir. Barəsində tərtib edilən protokolla razıdır, özünü təqsirli bilir və məhkəmədən ona qanunla müəyyən edilmiş daha yüngül cəza tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq protokol tərtib edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Lənkəran Regional Ədliyyə İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə protokol tərtib edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Lənkəran Regional Ədliyyə İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: Lənkəran rayon Şürük Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 05 saylı iclas protokolundan görünür ki, Şəxs Şürük Bələdiyyəsinin sədridir. Lənkəran rayon Şürük Bələdiyyəsinin sədri Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə yazılmış izahatdan görünür ki, o, qanunda olan dəyişiklikdən xəbərsiz olduğu üçün Lənkəran rayon Şürük Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 05 saylı iclas protokolunu vaxtında təqdim etməmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Lənkəran rayon Şürük Bələdiyyəsinin sədri Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş xəta törədilmişdir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, xx.xx.2025ci tarixdə Lənkəran rayon Şürük Bələdiyyəsinin iclası keçirilmiş, lakin Lənkəran rayon Şürük Bələdiyyəsinin sədri Şəxs tərəfindən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Lənkəran Regional Ədliyyə İdarəsinə mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətləri vaxtında təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən bələdiyyə qərarlarının qəbul edildiyi vaxtdan 3 iş günü ərzində onların surətinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirilməməsinə görə – vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikası Qanunun 52-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı bələdiyyə, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edilməsinə inzibati nəzarəti həyata keçirir. Bələdiyyələrin müvafiq komissiyaları və seçicilər bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinə cəlb edilə bilərlər. Həmin qanunun 48-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Bələdiyyələr (bələdiyyə sədrləri və ya sədr vəzifəsini icra edən şəxslər) qərar qəbul etdiyi tarixdən 3 iş günü ərzində həmin qərarı elektron sənəd formasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirməlidirlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Lənkəran rayon Şürük Bələdiyyəsinin sədri Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün səmimi etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Lənkəran rayon Şürük Bələdiyyəsinin sədri Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan vəzifəli şəxs Lənkəran rayon Şürük Bələdiyyəsinin sədri Şəxs haqqında inzibati tənbeh tətbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 995-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Lənkəran rayon Şürük Bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar