Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-489/2025 25.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X9 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati protokol tərtib edilmiş X3 iştirakı ilə, Lənkəran rayonu, Rvo bələdiyyəsinin sədri X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Lənkəran Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Lənkəran rayonu, Rvo bələdiyyəsinin sədri X2 bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 02 saylı iclas protokolu qanunla müəyyən edilmiş müddətdə Lənkəran Regional Ədliyyə İdarəsinin informasiya sistemində yerləşdirilməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Lənkəran Regional Ədliyyə İdarəsi məktubla məhkəməyə müraciət edərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Lənkəran rayonu, Rvo bələdiyyəsinin sədri X1 Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyib göstərmişdir ki, əvvəllər müəllim işləmiş, bələdiyyənin sədri olduqdan sonra bilməmişdir ki, əmək haqqı alınan zaman protokol tərtib edilməlidir. Bunu bilərəkdən etməmişdir. Elnur müəllim qrupda yazı yazaraq ona bu barədə protokol tərtib olunmalı olduğunu bildirmişdir. İndi bilir ki, protokol tərtib edilməli idi. Məhkəmədən bunları nəzərə almağı xahiş etmişdir. Məhkəmə X3 izahatını dinləyib, tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş xəta törədilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Rvo bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 02 saylı iclas protokolundan görünür ki, həmin tarixdə Rvo bələdiyyəsinin iclası keçirilmişdir. İş materiallarına əlavə olunmuş Lənkəran rayonu, Rvo bələdiyyəsinin sədri X6 tərəfindən xx.xx.2025-ci il tarixdə yazılmış izahatdan görünür ki, sonuncu qanunu bilmədiyindən Rvo bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 02 saylı iclas protokolunu vaxtında Lənkəran Regional Ədliyyə İdarəsinin informasiya sistemində yerləşdirilməmişdir. Məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Rvo bələdiyyəsinin iclası keçirilmiş, lakin Lənkəran rayonu, Rvo bələdiyyəsinin sədri X6 iclas protokolunu bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Lənkəran Regional Ədliyyə İdarəsinin informasiya sistemində yerləşdirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinin dispozisiyasına görə bələdiyyə qərarlarının qəbul edildiyi vaxtdan 3 iş günü ərzində onların surətinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin maddənin sanksiyasına bu əmələ görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı bələdiyyə, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edilməsinə inzibati nəzarəti həyata keçirir. Həmin Qanunun 52-2-ci maddəsinə əsasən:
1. Bələdiyyələr aşağıdakı hallarda öz fəaliyyətləri barəsində Azərbaycan Respublikasının Milli Məclisinə aprel ayının 1-dək hesabat təqdim edirlər: 1) Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin İİ hissəsinə əsasən qanunvericilik hakimiyyəti tərəfindən bələdiyyəyə verilmiş əlavə səlahiyyətlərin həyata keçirilməsi barədə; 2) bu Qanunla müəyyən edilmiş hallarda yerli büdcələrə Azərbaycan Respublikasının Dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitlərinin istifadəsi barədə.
2. Bələdiyyələr öz nizamnaməsində müəyyən edilmiş qaydada yerli büdcənin icrası haqqında yarımillik və illik maliyyə hesabatını bələdiyyə iclasına təqdim edirlər. Yarımillik maliyyə hesabatları hesabat dövründən sonrakı ayın 15-dək, illik maliyyə hesabatları növbəti il yanvarın 30-dək təqdim edilməlidir. Bələdiyyələr təqdim edilmiş maliyyə hesabatlarını bələdiyyə iclasının qərarı ilə 15 gün müddətində təsdiq edirlər.
3. Bu maddənin 1-ci və 2-ci hissələrində nəzərdə tutulan hesabatlardan başqa, bələdiyyə hər ilin yanvar ayının üçüncü həftəsi ərzində əvvəlki il üzrə görülmüş işlər haqqında, o cümlədən bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verir. Hesabat yazılı formada tərtib edilir və bələdiyyənin iclaslarında təsdiq edilir. Yerli əhalini tanış etmək məqsədi ilə bu maddənin 2-ci və 3-cü hissələrində nəzərdə tutulan hesabatlar bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir, habelə elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılır. Bələdiyyə seçicilərə verdiyi hesabatı təsdiq etdikdən sonra 10 gün müddətində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidir. Müvafiq bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin iştirakını təmin edən və nəticələri protokolla (protokollarla) rəsmiləşdirilən yığıncaqda (yığıncaqlarda) iştirak edənlərin yarısından çoxu hesabat dövründə bələdiyyənin fəaliyyətini qeyri-qənaətbəxş hesab edilməsinin “lehinə” səs verdikdə bu barədə qərar qəbul edilir və yığıncağın (yığıncaqların) protokolu (protokolları) bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilir. Protokolun forması və tərtibinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan protokolu (protokolları) forma və tərtiblə bağlı tələblərə uyğunluq baxımından yoxlayır və uyğunsuzluq aşkar etdikdə protokolu (protokolları) geri qaytarır, uyğunsuzluq aşkar etmədikdə isə 20 gün müddətində bələdiyyənin hesabatı ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı hesabat dövründə bələdiyyənin fəaliyyətini qeyriqənaətbəxş hesab etdikdə bələdiyyənin vaxtından əvvəl buraxılması ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinə müraciət edir. 3-1. Bu maddədə göstərilən hesabatlar bələdiyyə iclasında təsdiq edildikdən dərhal sonra qərara əlavə olunaraq inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Lənkəran rayonu, Rvo bələdiyyəsinin sədri X4 qeyd olunan inzibati xətanın törətməsində təqsiri tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan vəzifəli şəxs Lənkəran rayonu, Rvo bələdiyyəsinin sədri X3 məsuliyyətini yüngülləşdirən hal onun qadın olmaqla ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasıdır. Onun məsuliyyətinin ağırlaşdıran hal yoxdur. Məhkəmə X6 haqqında inzibati tənbeh tətbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq inzibati xətanın xarakterini və inzibati xəta törədən hüquqi şəxsin təqsirinin dərəcəsini nəzərə almaqla barəsində inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında X6 qanunu bilmədiyindən hazırki inzibati xətanı törətdiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İİİ-cü hissəsinə əsasən Qanunu bilməmək şəxsi məsuliyyətdən azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 995-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı:
Lənkəran rayonu, Rvo bələdiyyəsinin sədri X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər
X10