Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-490/2025 26.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlu, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Şəxs nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, "xxxx" MMC tərəfindən 900000.00 Rusiya rublu məbləğində vəsait bank vasitəsilə 26 aprel 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür.“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 900000.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 pul vəsaitinin geri qaytarıldığını təqdim edilmiş sənədlərlə bunun təsdiq edildiyini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati protokol tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə vaxtında məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Buna görə də, məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, "satıcı" fərdi sahibkar X4 ilə "alıcı" Şəxs MMC-nin direktoru X6 arasında ümumi məbləği 4.000.000 Rusiya rublu olan dəniz məhsullarının alqı-satqısıla bağlı razılıq əldə olunmuş. xx.xx.2023-cü il tarixli 1 nömrəli müqaviləyə əlavədən görünür ki, "xxxx" MMC 900.000.00 rus rubl köçürmüşdür. 050 nömrəli, xx.xx.2023-cü il tarixli KÖÇÜRMƏ ƏRİZƏSİndən görünür ki, ödənişi verən müştəri "xxxx" MMC-dir, göndərənin bankı X8 Azərbaycan QSC-dir, alıcı fərdi sahibkar "ИП Умарова Анастасия Рольфовна", yəni X1r və "AVANQARD" alıcının bankıdır. Müqavilə üzrə 900.000,00 rus rubl ödənilmişdir. YapıKredi Bank Azərbaycan QSC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "X9 Azərbaycan" QSC vasitəsilə qabaqcadan ödəniş həyata keçirmiş və iki il müddəti başa çatdıqdan sonra malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməyən xx.xx.2023-xx.xx.2023-cü il tarixli avans köçürmələri mövcud olmaqla, 25-xx.xx.2023 tarixində icra edilən avans ödənişlərinin (iki) 2 ili 25-xx.xx.2025 tarixində başa çatmış, X.B İMPORT MMC 6 aprel 2023 tarixdə ********* avans kodlu, 900,000.00 RUB Nicat Şükürov tərəfindən ödənilmişdir. Şəxs MMC-nin nümayəndəsi X2 xx.xx.2025-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinə göndərdiyi ərizəyə əlavə olunmuş YapıKredi Bank Azərbaycan QSC-nin "X.B İMРORT MMС "-уə 18 avqust 2025-ci il tarixdə göndərdiyi məktubla və ona əlavə olunmuş sənədlərlə müəyyən olur ki, **********1252 GB nömrəli gömrük Bayannaməsi üzrə qalıq 22500 RUBL-dır. **********1252 nömrəli Gömrük bəyannaməsinin surətindən müəyyən olunur ki, 877500 RUB X9 Azərbaycan QSC vasitəsilə UMAROVA Anastasia Rolxfovnaya göndərilmiş, GB üzrə qalıq məbləğ: 22500 RUB-dır. 148 nömrəli, xx.xx.2025ci il tarixli, ödəniş tapşırığından görünür ki, 17500,00 manat "X.B İMPORT” MMC almışdır. Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi Nümayəndə3 tərəfindən xx.xx.2025-ci il tarixdə verilən ərizədən görünür ki, Şəxs MMC barəsində tərtib olunmuş EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə baxılan 3(049)-435/2025 saylı inzibati işdə təqdim olunmuş sənədlərə baxış keçiirlmiş və müəyyən olunmuşdur ki, **********1252 saylı bəyannamə ilə mallar 2-il müddətində idxal edildiyindən və qalıq hissə 10 min dollardan az olduğundan inzibati işə xitam verilməsinə etiraz edilmir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasına görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması – həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikasının Mərkəzi Bankının “28” noyabr 2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə Şəxs MMC tərəfindən **********1252 GB nömrəli gömrük Bayannaməsi üzrə qalıq 22500 RUBL olması tam sübuta yetirildiyindən Şəxs MMC-nin əməlində AR İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkibi mövcud deyildir və bu da inzibati məsuliyyətə səbəb olmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-105.1-ci maddələrində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcüd olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Əlsgərov
Məhkəmə qərarları › İş №3(049)-490/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-490/2025
26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver