Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-491/2025 11.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlu, Şəxs barəsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: HK-1-1368 nömrəli yoxlama materialı üzrə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X2 29 yanvar 2025-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında Lənkəran Şəhər Rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, X7 tərəfindən 30 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokol baxılması üçün xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə aparılan icraatla qəti olaraq razı olmadığını, X5 əməlində cinayət tərkibi olduğunu və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 29 may 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından şikayət edəcəyini bildirmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə müvafiq materiallar Lənkəran ŞRPŞ-yə qaytarılmışdır. Məhkəməyə təqdim edilmiş hazırki inzibati xəta haqqında materiallardan görünür ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X3 10 iyun 2025-ci il tarixdə yenidən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmiş, qərarın nəticəvi hissəsində qərarın surətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Lənkəran ŞRPŞ-nin İTB-yə göndərilməsi qeyd edilmişdir. Lakin, buna baxmayaraq Lənkəran Şəhər Rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, X1 Arzu Nazim qızı barəsində yeni inzibati xəta haqqında protokol tərtib etməmiş, 30 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu baxılması üçün məhkəməyə göndərmişdir. Halbuki, 30 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün əsas olmuş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X2 29 yanvar 2025-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar artıq mövcud deyildir. Eyni zamanda, “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” yeni qərardad tərtib edilməmiş, əvvəlki materialda olan xx.xx.2025-ci il tarixli ******* №-li “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” qərardad məhkəməyə təqdim edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi. 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Qeyd olunan əsaslara görə hesab edirəm ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olmaqla həmin çatışmazlıqları işə baxılarkən qısa müddət ərzində aradan qaldırmaq mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materiallar natamam olmaqla, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61, 109, 111, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Lənkəran Şəhər Rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş və məhkəməyə göndərilmiş 30 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə qaytarılsın. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-491/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-491/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver