Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-492/2025 08.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, Lənkəran rayonu, Balıqçılar qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 10 iyun 2025-ci il tarixdə Xəzər dənizinin Lənkəran rayonu, Balıqçılar qəsəbəsi istiqamətində qadağan olunmuş müddətə matorlu qayığla qanunsuz balıq ovu etdiyinə görə barəsində 1 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin məsləhətçi müfəttiş X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 272.3-cü maddəsi ilə 10 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin yeri və vaxtı barədə protokol tərtib edən orqana rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi gəlməmiş gəlməməsi barədə də rəsmi məlumt verməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, Balıçılar qəsəbəsində yaşayır heç bir yerdə işləmir ailəlidir bir azyaşlı övladı var. Yeganə qazanc yeri dənizdə balıq ovlamaq olmuşdur. Balıq tutmaq üçün icazə bileti vardır, lakin qadağan olunmuş vaxtda balıq ovladığı üçün əməlindən peşmandır. Balıq tutmada məqsədi satmaq deyil, istehlak məqsədi olmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Belə ki, iş materiallarında olan 07 iyun 2025-ci il tarixli aktdan görünür ki, 07 iyun 2025-ci il tarixdə 5-ci (Balıqçılar) SNB-nin xidməti ərazisində saxlanılmış qayığın bortunda aşkar olunmuş şəkisi 2 kq 820 qram olan 1 ədəd “Çəki” balığı və 30 metr sintetik tor xx.xx.2025-ci il tarixdə 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsində Su hövzələrində bioloji resuslara nəzarət qurupunun rəhbəri X1 təhvil verilmişdir. İş materiallarında olan 10 iyun 2025-ci il tarixli aktdan görünür ki, Şəxs 10 iyun 2025ci il tarixdə Xəzər dənizinin Lənkəran rayonu, Balıqçılar qəsəbəsi istiqamətində qadağan olunmuş müddətə matorlu qayığla qanunla qadağan olunmuş vaxtda qanunsuz balıq ovu etdiyinə görə 1 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinə dəvət edilmiş və qanunvericiliyin tələbləri ona izah edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, inzibati xəta törətmiş Şəxs İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də məhkəmə Şəxs həmin maddənin saksiyası çərçivəsində tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. İXM-nin 272.3-cü maddəsinə görə ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin balıq tutmaqla ailəsini dolandırmasını, balıq tutmaq üçün icazəsinin olmasını habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-nin 272.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə tətbiq edilməldir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-492/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-492/2025
08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver