Məhkəmə qərarları › İş №3(049)-494/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-494/2024

03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-494/2024 03.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Hüquqi şəxs “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tənbeh tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərəfindən xx.xx.2024-cü il tarixdə “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində EP seiyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola əsasən «X1» MMC 20015.61 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 02 il müddət keçsə də, 20015.61 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanına göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək izahatında bildirdi ki, “X1” MMC-də menecer vəzifəsində işləyir. “X1” MMC İXM-nin 430.4-cü maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətməmişdir. Belə ki, şirkətlərinə malı çatdırmalı olan Türk şirkəti vardır. Həmin malın şirkətlərinə çatdırılması məqsədilə qabaqcadan həmin şirkətin hesabına 20015.61 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Türk şirkətinin təqsiri üçündən malın çox hissəsi Türkiyyədən gec çıxmış və bu səbəbdən də, Azərbaycana gec idxal olunmuşdur. İdxal olmuş malın dəyəri 17997,21 ABŞ dollarıdır. Malın kiçik hissəsi də Türk şirkəti tərəfindən yola salınmış və hazırda həmin mal yoldadır. Odur ki, hazırki inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə qanunvericiliyin tələbinə əsasən məhkəmə iclasının Azərbaycan Respublikasının Mərkəzi Bankına nümayəndəsinin iştirakları olmadan keçirilməsini qanunamüvafiq hesab etmişdir. Məhkəmə, barəsində inzibati protokol edilmiş hüquqi şəxsin nümayəndəsini dinləyib, iş üzrə toplanmış materiallar ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunanlara görə “X2” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “X2” MMC 20015.61 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci ildə tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 20015.61 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli köçürmə ərizəsinin, müqavilənin və qaimənin surətindən görünür ki, “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti həmin tarixdə 20015.61 ABŞ dolları məbləğində vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabından “Abalıoğlu boru profil ve teks. san. ve tic. A.Ş.” şirkətinin hesabına həmin şirkətlə bağlanmış xx.xx.2022-ci il tarixli 10/0222 saylı müqaviləyə əsasən malların alınması üçün qabaqcadan ödəniş etməklə köçürmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı xx.xx.2024-cü il tarixli RB-02/1688 saylı məktubundan görünür ki, “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə 20015.61 ABŞ dolları məbləğində vəsait qabaqcadan ödəniş edilmiş, lakin iki il tamam olmasına baxmayaraq həmin vəsait hesabına alınan malların idxal edilməsini təsdiqləyən sənədlər təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. “X1” MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və “Abalıoğlu boru profil ve teks. san. ve tic. A.Ş.” şirkəti tərfindən verilmiş sənəddən görünür ki, şirkət xx.xx.2024-cü il tarixdə “X1” MMC-nin ünvanına ümumi çəkisi 2787.42 kg. olan müxtəlif ölçülü profforje profillər yollamışdır. “X1” MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən və ona əlavə edilmiş vərəqdən görünür ki, xx.xx.2022-ci il tarixli 10/0222 saylı müqaviləyə əsasən “X1” MMC-ə ümumi çəkisi 24 690 kg., invoys dəyəri 17 997.22 ABŞ dollar, gömrük dəyəri 34 845.27 manat (yəni 20 497.22 ABŞ dollar) olan mal idxal olmuşdur. Göründüyü kimi, Azxərbaycan Respublikasından 20015.61 ABŞ dolları məbləğində vəsait qabaqcadan ödəniş edilmiş olsa da, onun müqabilində 2 ilik müddət ötürülmədən türk şirkəti tərəfindən Azərbaycana həmin məbləğdən də artıq məbləğdə - 20 497.22 ABŞ dolları məbləğində malı xx.xx.2024-cü il tarixdə göndərmiş, lakin “X1” MMC-nin təqsiri olmadam həmin mal Azərbaycana xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta obyektiv cəhətdən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə törədilir. Azərbaycan Respublikasının Mərkəzi Bankı 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması» Qaydalarının 4.3.1.3cü yarımbəndinə əsasən “Qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” 28 fevral 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında həmçinin qeyd edilmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Qeyd olunan normalar, eləcə də Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarı baxımından işin faktiki hallarını araşdırarkən müəyyən olunur ki, “X1” MMC-nin xx.xx.2022-ci ildə tarixdə xaricə köçürdüyü 20015.61 ABŞ dolları məbləğində vəsaitin 20497.22 ABŞ dollarına alınan mallar hüquqi şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikərək xx.xx.2024-cü il tarixdə ölkəyə idxal edilmişdir, Cəmiyyətə münasibətdə Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi baş verməmişdir. Belə ki, “X1” MMC-ni inzibati məsuliyyətə cəlb etdiyi xx.xx.2024-cü il tarixdə artıq inzibati xəta hadisəsi növcud olmamış. Çünki həmin tarixədək türk şirkəti artıq malları Azərbaycana yollamış və həmin mallar xx.xx.2024-cü il tarixdə ölkəyə idxal olunmuşdur. Burdan belə məlum olur ki, “X1” MMC-nin barəsində protokol tərtib olunan zaman idxal olunan mallar artıq yola salınmış və “X1” MMC üzərinə düşən öhdələyini icra etmişdir. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qanunvericiliyin qeyd olunan normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, “X1” MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati inzibati xəta haqqında protokola əsasən “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar