Məhkəmə qərarları › İş №3(049)-494/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-494/2025

16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-494/2025 16.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 iştirakı ilə, X3 barəsində Baş X5 idarəsinin inzibati tənbeh vermə haqqında EQ-27148687 №-li xx.xx.2025-ci il tarixli, EQ-27148710 №-li xx.xx.2025-ci il tarixli və EQ-27148710 №-li xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarlardan X3 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 şikayət verərək, DİN BDYPİ-nin polis polkovnik-leytinantı Elvin Abdullazadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixində qəbul edilmiş EQ 27148710 saylı qərarın, EQ 27148687 saylı qərarın və EQ 27148710 saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun etibarnamə əsasında istifadəsində olan **- CE-*** qeydiyyat nişanlı, VAZ21074 minik markalı avtomobili onun idarə etmədiyi vaxt xx.xx.2025-ci tarixində saat 04-55 radələrində Lənkəran rayonu Sütəmürdov kəndi ərazisində Xəzər marketin qarşısında stasionar radara düşmüşdür. O bu barədə nə xəbəri olmuşdur nədə o həmin zaman Lənkəran rayonu Sütəmürdov kəndi ərazisində olub. Ümumiyyətlə o həm tarixdə Azərbycan Respublikasının ərazisində olmayıb. Necə olur ki o Azərbaycanda olmadığı vaxtında və idarə etməyə-etməyə onun barəsində qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli 3 elektron qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli EQ 27148710 elektron qərarla onu 400,00 manat cərimə etmişlər. Eyni zamanda həmin tarixdə eyni vaxtda iki elektron qərar qəbul edilmişdir. EQ 27148687 elektron qərarla 400,00 manat cərimə olunmuşam və eyni zamanda EQ 27148710 saylı qərarla məni 50,00 manat cərimə etmişlər. Mən Azərbaycan Respublikasından xx.xx.2024-cu il tarixndən Bakı şəhəri H.əliyev adına aeraportdan Rusiya federasiyanın Astarxan şəhərinə yola düşüb. 11 may 2025-ci il tarixində Xazakstan respublikasının Aktuba-Bakı reysi ilə Azərbaycana gəlib və 06 iyun 2025-ci il tarixinə kimi Bakı şəhərində olub. xx.xx.2025-ci il tarixində Bakıdan Lənkəran gəlib. Gəldiyi zaman o avtomobilinin xx.xx.2025-ci il tarixndə 3 elektron qərar olunnması DYP-nin əmakdaşı Elçin adlı şəxsdən öyrəndi. Sonra Lənkəran ŞRPŞ-nin DYP şöbəsində elektron qərarları götürdü. Həmin 3 qərarla tanış olandan sonra məhkəməyə müraciət etmə istəyir. Çünki tərtib edilmiş elekton qərarlar tam əsassızdır və qanunsuz tərtib edilmişdir. Onun barəsində Lənkəran rayon məhkəməsinin qərarı ilə nəqliyyat vasitəsinin idarə edilməsi barədə iki qərar var idi. O həmin qərarları vəsatət verərək ləğv edilməsinə nail oldu. Çünçi o cərimələrini ödəyib və qəbul edilmiş qərarlar ona görə ləğv edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumat verilmiş inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş səlahiyyətli orqan – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və inzibati xəta haqqında qərarın qəbul edilməsi üçün əsas olan sübutların məhkəməyə təqdim edilməsi təklif olunsa da, həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Şikayətə əlavə edilmiş edilmiş EQ-27148687 №-li xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, həmin qərar Azərbaycan Respublikası İXM-in 339.1-1-cü maddəsi ilə X3 barəsində qəbul edilmiş və sonuncu 400 manat cərimə edilmişdir. EQ-27148710 №-li xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, həmin qərar Azərbaycan Respublikası İXM-in 469.3-cü maddəsi ilə X3 barəsində qəbul edilmiş və sonuncu 400 manat cərimə edilmişdir. EQ-27148710 №-li xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, həmin qərar Azərbaycan Respublikası İXM-in 469.3-cü maddəsi ilə X3 barəsində qəbul edilmiş və sonuncu 50 manat cərimə edilmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası ərazisini tərk edərək X1 şəhərinə getmiş, xx.xx.2025-ci il tarixdə isə Aktau şəhərindən Azərbaycan Respublikasına qayıtmışdır. İXM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin məcəllənin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Həmin məcəllənin 126.3-cü maddəsinə əsasən bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İşin faktiki hallarından görünür ki, X3 barəsində EQ-27148687 №-li xx.xx.2025-ci il tarixli, EQ-27148710 №-li xx.xx.2025-ci il tarixli və EQ-27148710 №-li xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarlar qəbul edildiyi tarixlərdə o, Azərbaycan Respublikasında olmamış xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. Belə olduğu halda adı çəkilən şəxsin Azərbaycan Respublikasında hər hansı inzibati xəta törətməsi və onun barəsində protokol tərtib edilməsi qanuni və əsaslı deyildir. Həmçinin məhkəmə qeyd edilən qərarlara münasibət bildirərək qeyd edir ki, eyni tarixdə, eyni saatda və eyni yolda X3 barəsində müxtəlif məbləğlərdə eyni nömrəli qərarların qəbul edilməsi başa düşülən deyildir. Belə ki, Amil Şükürov barəsində EQ-27148687 №-li xx.xx.2025-ci il tarixli qərarla İXM-in 339.1-1-ci maddəsinə əsasən 400 manat inzibati cərimə, EQ- 27148710 №-li xx.xx.2025-ci il tarixli qərarla İXM-in 469.3-cü maddəsinə əsasən 400 manat inzibati cərimə və EQ-27148710 №-li xx.xx.2025-ci il tarixli qərarla qərarla İXM-in 469.3-cü maddəsinə əsasən 50 manat inzibati cərimə növüündə tənbeh tətbiq edilmişdir. Lakin Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsinin sanksiyasında əlli manat məbləğində, həmin məcəllənin 469.3-cü maddəsinin sanksiyasında isə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir müddəası nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə, inzibati xətaya görə inzibati tənbeh vermə qərarının qüvvədə saxlanılması qanunvericilik baxımından da yolverilməzdir. İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəra qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, Baş X5 idarəsinin EQ- 27148687 №-li xx.xx.2025-ci il tarixli, EQ-27148710 №-li xx.xx.2025-ci il tarixli və EQ- 27148710 №-li xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlardan X3 tərəfindən verilmiş şikayət qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin EQ-27148687 №-li xx.xx.2025-ci il tarixli, EQ-27148710 №-li xx.xx.2025-ci il tarixli və EQ-27148710 №-li xx.xx.2025-ci il tarixli elektron qərarları ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar