Məhkəmə qərarları › İş №3(049)-498/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-498/2025

13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-498/2025 13.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 07 iyun 2025-ci il tarixli, EQ 28413884 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, müəyyən etdi: X2 ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 07 iyun 2025-ci il tarixli, EQ 28413884 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, şikayəti araşdıraraq hesab edir ki, şikayət imzalanmadığından şikayət geri qaytarılmalıdır. Belə ki, məhkəməyə daxil olmuş şikayətin giriş hissəsində X1 anket məlumatları göstərilsə də, şikayət imzalanmamışdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsinin tələblərini rəhbər tutub, Qərara aldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 07 iyun 2025-ci il tarixli, EQ 28413884 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar