Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-5/2023 25.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1 Əhmmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadıyev İsaq Sabir oğlunun katibliyi ilə, xx.xx.1986-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 329.1 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 13 may 2021-ci il tarixdə KİA FORTE markalı **-TE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Lənkəran şəhərində opium sərxoşluğu vəziyyətində idarə etdiyinə görə onun barəsində İXM-nin 329.1 və 333.1-ci maddələri ilə İXP ******* №-li xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsini sabiq hakimi Əliəjdər Ələkbərov tərəfindən xx.xx.2021-ci il tarixdə Şəxs məhkəməyə gətirilməsi və sonuncunun məhkəməyə gətirilənədək iş üzrə iraatın dayandırılması barərə 3/(049)-582/2021 saylı qərar qəbul edilmişdir. Əliəjdər Ələkbərovun pensiya yaşına çatdığına görə hakim fəaliyyətinə xitam verildikdən sonra, inzibati material Lənkəran Rayon Məhkəməsini sabiq hakimi Topğrul Məmmədova təhvil verilmişdir. Sonuncunun iş yeri dəyişdirildikdən, inzibati material mənə xx.xx.2023-cü il tarixdə təhvil verilmiş və həmin tarixdə iş üzrfə icraat təzələnərək məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında sonuncunun vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi və işə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 13 may 2021-ci il tarixli 1436№-li “Sərxoşluq vəziyyətinin tibi müayinəsi” aktından görünür ki, müayinə zamanı Şəxs opium sərxoşluğu aşkar edilmişdir. İş materiallarında olan Lənkəran DYPB tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs İXM-nin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı il ərzində təkrar törətməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 13 may 2021-ci il tarixdə saat 15 radələrində ««KİA FORTE»» markalı ** TE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Lənkəran şəhərində opium sərxoşluğu vəziyyətində idarə etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Belə ki, Аzərbaycan Respublikası İXM-nin 38.5-ci maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddət axını dayanır. Bu halda müddətin axını, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Аzərbaycan Respublikası İXM-nin 34.3 maddəsində qeyd olunmuşdur ki, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bie neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 329.1-ci maddəsinin sanksiyasında qırx manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Buna görə də Şəxs tənbeh İXM-nin 333.1-ci maddəsinə əsasən verilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 104.7-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X2
Məhkəmə qərarları › İş №3(049)-5/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-5/2023
25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver