Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-5/2025 08.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X1 iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 25 noyabr 2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC ünvanına Çin Xalq Respublikasında HASU4050639 nömrəli konteynerlə idxal edilmiş **********7982 sorğu nömrəli, xx.xx.2024cü il tarixli bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmiş mallara dair gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət etməyək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Belə ki, Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından idxal edilmiş malların daşındığı HASU4050639 nömrəli konteyner Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2024-cü il tarixdə, saat 11:17-də daxil olduğu, lakin həmin nəqliyyat vasitəsilə ölkə ərazisinə gətirilən mallara dair **********9317 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsi xx.xx.2024-cü il tarixdə 13:42-də gömrük orqanın təqdim edilmişdir. Araşdırma zamanı müəssisənin səlahiyyətli nümayəndəsinin izahat verməsi üçün Şəxs MMC-nin ünvanına 3-33-1100/2-006821/2024 nömrəli xx.xx.2024-cü tarixli dəvət məktubu göndərilmiş, lakin iş üzrə icraatda iştirak edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs MMC tərəfindən ixracatçı X3 CO.Ltdən 64323292 dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi ilə idxal edilmiş mallara dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə əsasən gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qısa idxal bəyannamədən görünür ki, SAP TEKSTİL 84” MMC-nin ünvanına Çin Xalq Respublikasından idxal edilmiş malların daşındığı mallara dair xx.xx.2024-cü il tarixli qısa idxal bəyanaməsi xx.xx.2024-cü il tarixdə 13:42-də gömrük orqanın təqdim edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinə məlumat verilsə də, nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından idxal edilmiş malların daşındığı HASU4050639 nömrəli konteyner Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2024-cü il tarixdə, saat 11:17-də daxil olduğu, lakin həmin nəqliyyat vasitəsilə ölkə ərazisinə gətirilən mallara dair gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Məhkəmə iclasında Şəxs MMC məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində İXM-in 485.2-ci maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-5/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-5/2025
08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver