Məhkəmə qərarları › İş №3(049)-502/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-502/2024

17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-502/2024 17.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Lənkəran şəhər-rayon X4 X7 YPX baş inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1996-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Lənkəran şəhəri, Aşağı Nüvədi kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.2024-cü il tarix, saat 20.15-dən inzibati qaydada tutulmuş Şəxs haqqında Lənkəran şəhər-rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1 və 511.1.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:14 radələrində “Hyundai Sonata minik”markalı ** BU *** d.q.n. avtomobili idarə edərək inzibati xətalara yol verərək İXM-nin 511.1.1, 333-1.1, 342.5 və 332.1-ci maddələri ilə nəzərdə tutlmuş inzibati xəta törətmiş, buna görə də barəsində Lənkəran ŞRPŞ-nin YPX-nin baş inspektoru X6 tərəfindən İXM-nin 511.1.1 və 333-1.1-ci maddələri ilə xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Lənkəran ŞRPŞ-nin YPX-nin baş inspektoru X6 raportunda və məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22:42 radələrində xidməti avtomobili ilə Gərmətük kənd yolunda “Bizim market” dükanının qarşısında xarici işıq cihazları nasaz olan “Hyundai”markalı ** BU *** d.q.n. avtomobilə yaxınlaşmış, bu zaman həmin avtomobilin sürücü avtomobilini arxa-arxaya verərək bir neçə metr onu sürüyərək digər nəqliyat vasitəsilə toqquşaraq avtomobilini yerdən təkər şinlərindən cingildici səslər çıxararaq, Mehmangilin marketinin qarşısında olan insanların diqqətini özünə cəlb edərək, hərəkətinə davam etmişdir. O, patrul avtomobilinə əyləşərək efir vasitəsilə köməy çağırmış, ardınca təhlükəsizlik tədbirləri görərək avtomobili təqib etmişdir. Sürücüyə dəfələrlə sayrışan işıq və səsgücləndirci vasitəsilə işarələr versə də, sürücü ardıcıl şəkildə digər nəqliyat vasaitələrin hərəkətlərinə açıqca təhlükə yaradaraq ziqzaqvari hərəkət və təhlükəli manevr edərək avtoxuliqanlıq etmişdir. Sonrasdan sürücü Aşağı Nüvədi kəndində gözdən itmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, özünü qismən təqsirli bilir. Belə ki, xx.xx.2024-cü il tarixdə “Hyundai”markalı ** BU *** d.q.n. avtomobilə Gərmətük yolunda hərəkətdə olduğu zaman YPX-nin inspektoru ona “saxla” işarəsi vermiş, o, bir qədər irəliyərək “Bizim Market” dükanının qarşısında avtomobilini saxlamışdır. Bu zaman YPX-nin inspektoru onun avtomoibilinə yaxınlaşaraq avtomobilinin qapısını açmış, bu zaman sərxoş olduğu üçün oradan qaşmaq məqsədilə avtomobilini arxa-arxaya verən zaman YPX-nin inspektorunu sürümüş, arxada dayanmış vəziyyətdə olan avtomobillə toqquşaraq hadisə yerindən qaşmışdır. Lakin avtoxuliqanlıq etməmiş, heç bir avtomaşınla yarışmamışdır. Əlavə olaraq bildirmişdir ki, narkotik vasitə deyil, spirtli içki qəbul etmiş, əməlindən çox peşmandır, hadisənin sabahısı günü özü polislərə yaxınlaşaraq etdiyi əməli etiraf etmiş, onlar da onu polis şöbəsinə aparmışlar. Barəsində cərimənin tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun “Qeyd” hissəsindən görünür ki, Şəxs “Bir daha narkotik və psixatrop maddənin təsiri altında avtoxuliqanlıq hərəkətləri edib maşın idarə etməyəcəm” qeydini etmişdir. xx.xx.2024-cü il tarixli 000336 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs narkotik sərxoşluğu vəziyyəti var, alkogol sərxoşluğu vəziyyəti yoxdur. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxsxx.xx.2024-cü il tarix, saat 20.15-dən inzibati qaydada tutulmuşdur. Məhkəmə araşdırması zamanı protokola əlavə edilmiş diskə baxış keçirilmiş, diskdəki görüntülərdən görünür ki, dükanının qarşısında dayanmış vəziyyətdə olan “Hyundai” markalı avtomobilə YPX-nin inspektoru yaxınlaşaraq avtomoibilin qapısını açmış, bu zaman həmin avtomobilin sürücü avtomobilinin qapısının açıq vəziyyətdə və həmin qapının arxasında YPX-nin inspektorunun olmasına baxmayaraq avtomobilini arxaarxaya vermiş, avtomobilinin qapısı YPX-nin inspektorunu arxaya dirəməyə başlamış, son anda YPX-nin inspektoru avtomobilin qapısı ilə arxada dayanmış avtomobilin arasında qalıb sıxılmaqdan qurtulmuş, avtomobilin açıq qalmış qapısı arxada dayanmış avtomobilə dəyib hadisə yerindən uzaqlaşmışdır. DSMF-nun 1 saylı X1 xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Şəxs əlilliyi ilkə bağlı heç bir növ müavinat almır. İclas iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, inzibati iş üzrə icraata İXM-nin 511.1.1-ci maddəsi hissəsində xitam verilməli, İXM-nin 333-1.1-ci maddəsi ilə isə Şəxs inzibati tənbeh verilməlidir. Belə ki, İXM-nin 511.1.1-ci maddəsinə əsasən aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsi avtoxuliqanlıq hesab edilir. YPX-nin inspektorunun raportu və məhkəmədə verdiyi izahatından, Şəxs izahatından və diskdəki viodeogörüntülərdən sonuncunun aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsi aşkar olunmamışdır. Sonuncunun polisin təqibindən yayınmaq məqsədilə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsin sürəti aşaraq ötüb keçməsi xuliqanlıq kimi qiytmətləndirlə bilməz. Həmin əməl İXM-nin 535.1-ci maddəsinin təsiri altına düşür. İXM-nin 333-1.1-ci maddəsinə gəldikdə, həmin maddəyə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs hadisəni alkoqol sərxoşluğu təsiri altında törətdiyini bildirsə də, onun hadisə günü narkotik sərxoşluğu təsiri altında olması özünün protokolun “Qeyd” hissəsinə etdiyi qeydi və “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktı ilə tam təkzib olunur. Məhkəmə onu da qeyd edir ki, inzibati protokolda hadisənin xx.xx.2024-cü il tarix, saat 18:14-də baş verdiyi göstərilsə də, YPX-nin inspektoru raportunda həmin hadisənin xx.xx.2024-cü il tarixdə saat 22:42 radələrində baş verdiyini göstərmişdir. Bundan belə nəticə çıxarmaq olur ki, hadisədən 03 saat əvvəl, yəni hadisə hələ baş verməmiş, Şəxs inzibati xəta törətmişdir. Beləliklə məhkəmə hesab edir ki, qeyd olunan hadisə zamanı İXM-nin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmamışdır. Azərbaycan Respublikası İXM-nin 53.1.1. inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sadalananları və hazırkı iş üzrə Şəxs əməlində İXM-nin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığına görə, onun barəsində bu hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs İXM-nin 333-1.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsiri tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İXM-nin 31.2-ci maddəssnə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal, onun hadisənin sabahısı günü könüllü olaraq özünü polis əməkdaşlarına təslim etməsi və əməlindən peşman olmasıdır. Onunməsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-nin 333-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutlmuş müəyyən müddətə nəqliyyat vasitəni idarə etmək hüququnun məhdudlaşdırılması inzibati tənbeh növü tətbiq edilməli və o, məhkəmə iclas zalında, dərhal inzibati həbsdən azad edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-51, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutub, rəhbər tutub, məhkəmə qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətə məhdudlaşdırılsın. Şəxs barəsində Lənkəran şəhər rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalında dərhal inzibati həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar