Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-505/2024 20.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X3 – Lənkəran şəhəri, ünvan 1 ünvanında yaşayan X1 «Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi» PHŞ Lənkəran Regionla İdarəsinin xx.xx.2024-cü il tarixli ******* saylı qərarının ləğv edilməsinə dair verdiyi şikayət və ona əlavə edilmiş sənədlərə 20 may 2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: «Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi» PHŞ Lənkəran Regionla İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarına əsasən X2 Azərbaycan Respublikası İXMnin 324.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 300 manat məbləğində cərimə tətbiq edilmişdir. X2 həmin qərardan şikayəti vermişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Qanun normasının məzmunundan göründüyü kimi bu kateqoriyadan olan işlər üzrə şikayət və ya protest verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş 10 günlük müddətin axımı qərarın rəsmi qaydada verildiyi andan başlayır. Şikayətə əlavə olunmuş «Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi» PHŞ Lənkəran Regionla İdarəsinin şikayətçiyə ünvanladığı qərar olan zərfdən görünür ki, hazırda şikayət edilən qərar şikayətçiyə xx.xx.2024-cü il tarixdə rəsmi qaydad çatdırılmışdır. Onun həmin qərardan 10 gün müddətində, xx.xx.2024-cü il tarixədək şikayət vermək hüququ olsa da, o, həmin müddəti ötürməklə şikayətini poçta xx.xx.2024-cü tarixdə salmışdır. Belə ki, onun şikayəti ilə bərabər məhkəməyə ünvanladığı zərfdən görünür ki, zərfin poçta salma tarixi kimi xx.xx.2024-cü il tarix göstərilmişdir. Bununla da, o, qanunla müəyyən olunmuş şikayət vermə müddətini 05 gün ötürmüşdür. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belə şərh olunmuşdur ki, “cinayət- prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 203.1-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Azərbaycan Respublikası İXM-in 135.1.6-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-in 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci mədəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Lənkəran rayon «Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi» PHŞ Lənkəran Regionla İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarından şikayət vermə müddəti ötürüldüyündən şikayət geri qaytarılmalı və şikayətçiyə buraxılmış müddətin bərpası ilə bağlı vəsatət vermək huququnun olması izah olunmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası İXM-nin 63-65, 137.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 tərəfindən Lənkəran rayon «Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi» PHŞ Lənkəran Regionla İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarından verilmiş şikayət geri qaytarılsın. Ona, qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpası ilə bağlı vəsatət vermək huququnun olması izah olunsun. Qərardadın 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(049)-505/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-505/2024
20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver