Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-506/2024 17.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X7, protokol tərtib etmiş şəxs: Lənkəran Şəhər Rayon X10 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı X9, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx xxxxxx 1968-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçısı X3 28 fevral 2024-cü il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X2 həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Lənkəran Şəhər Rayon X10 Təhlükəsizlik Bölməsinin polis kapitanı sahə rəisi X9 tərəfindən MN ******* nömrəli, 17 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN ******* nömrəli, 17 may 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24 fevral 2024-cü il tarixdə, saat 15:30 radələrində Lənkəran şəhər ərazisində, X5 döyərək ona fiziki ağrı yetirmişdir. Nəticədə Şəxsnın İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X9 bildirdi ki, X8 xx.xx.2024-cü il tarixdə 102 xidmətinə zəng edərək Şəxs ona müxtəlif xəsarətlər yetirdiyini demişdir. Daxil olmuş məlumata əsasən araşdırma aparılmış, nəticədə toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti X2 göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulmuş inzibati tənbeh tədbiri təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsinin dolanışığını təmin edir. Ondan şikayət etmiş Zərərçəkmiş şəxs onun bacısı qızıdır. Bacısı qızı Zərərçəkmiş şəxs onu mütəmadi olaraq Tik-Tok sosial şəbəkəsində təhqir etmiş, bununla bağlı Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, lakin onun barəsində tədbir görülməmiş və araşdırma davam etdirlir. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs onu Lənkəran şəhəri, Nərimanov küçəsində gördükdə velosipedini onun idarə etdiyi VAZ-2105 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə sürmüş, avtomobilinə yaxınlaşdıqda Günay onu niyə məhkəməyə verdiyini bildirib onu təhqir etməyə başlamış, buna görə ona irad bildirmişdir. Zərərçəkmiş şəxs onu qucaqlayıb yerə yıxmış, təpiklə sağ ayaq nahiyəsinə zərbə vurmuşdur. Həmin vaxt o, Zərərçəkmiş şəxs vurmamış və döyməmiş,ona heç bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs onu qucaqlayıb yerə yıxan zaman özü də yerə yıxıldığından ola bilsin həmin vaxt xəsarət almışdır. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 15:30 radələrində yolla üzü bazara tərəf gedəndə yanında bir maşın saxlamış, oncan düşən dayısı Şəxs barəsində müxtəlif nalayıq ifadələr işlətməklə onu təhqir etmiş,sillə və təpiklə bədəninin müxtəlif yerlərindən vurub onu döymüş,boğazından tutub onu yerə çırpmış,yerdə də onu təpiklə bədəninin müxtəlif yerlərindən vurmuşdur. Bu zaman yaxındakı dükanda olanlar gəlib onu İlhamın əlindən almışlar. Bundan sonra o da DİN-nin 102 xidmətinə zəng edib məlumat verdiyindən İlham maşına minib getmişdir.Gedəndə onu tutub bıçaqiayacağı ilə hədələmişdir.Hadisə vaxtı qulağında olan qızıl sırğa düşüb itməklə ona ziyan dəymişdir.İlham onu bıçaqla öldürəcəyi ilə hədələsə də,əlində heç bir bıçaq yox idi. İlhamla evə görə mübahisə olduğundan və ondan evdən çıxıb getməyini tələb etdiyindən ona görə aralarında narazılıq vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həbs edilməsini xahiş etdi. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxsnın İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Zərərçəkmiş şəxsnnı döyməsi məhkəmə iclasında araşdırılan sübutlarla təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertizasının 180 nömrəli, xx.xx.2024-cü il tarixli rəydə göstərilmişdir ki, vətəndaş X4 bədəni üzərində sol-bazu hər iki diz qapağı nahiyələrində qançırlar sol əl, sol baldır nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 28 fevral 2024-cü il tarixli qərarından müəyyən edilir ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X2 həvalə edilməsi qərara alınmışdır. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi İXM-nin dispozisyası fiziki ağrını da əhatə edir və zərərçəkmiş şəxsin ifadəsindən də görünür ki, Şəxs qəsdən X5 vurmaqla sonuncuya fiziki ağrı yetirmişdir. Məhkəmədə İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxslə qohumluq münaisbətində olmasını, həmçinin məsuliyyətini ağırlaşdıran halların olmamasını, eləcə də inzibati xəta hadisəsinin baş vermə səbəbini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni X1 qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 və 157ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-506/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-506/2024
17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver