Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-511/2025 18.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin 201 nömrəli gəminin BQ komandiri X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 571-ci maddəsi ilə 20 aprel 2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, “İXH toplanmış materiallarla müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixi saat 10.50-də Xəzər dənizində Lənkəran reydində sahildən 10 mil aralıda su sərhəd rejimini pozaraq inzibati xəta törətmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, hazırki inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. İnzibati xəta haqqında materialın məhkəməyə göndərilməsinə əsas Şəxs əvvəllər, yəni xx.xx.2024, xx.xx.2025 vı xx.xx.2025-ci il tarixlərdə də eyni əməllərə yol verməsi və buna görə barəsində daha ağır tənbeh tədbirinin tətbiqi və üzmə vasitəsinin müsadirə edilməsi məsələsinə baxılması olmuşdur. İlk öncə məhkəmə qeyd edir ki, Şəxs əvvəllər eyni növ inzibati xətanı törətməsi və inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada tənbeh edilməsi ilə bağlı hər hansı sənəd hazırki işə əlavə edilməmişdir. Bu səbəbdən hazırki vəziyyətdə Şəxs eyni inzibati xətanı il ərzində təkrar törədibtörətmədiyini, nəticədə isə onun əməlində İXM-nin 33.1.2-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı halın olub-olmadığını müəyyən etmək mümkün deyildir. Bundan başqa, məhkəmə, xüsusilə qeyd edir ki, İXM-nin 43.3-cü maddəsinə əsasən, bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Göründüyü kimi, protokol tərtib edən orqan protokolu o halda məhkəməyə göndərir ki, maddənin sanksiyasında daha ağır tənbeh tədbiri tətbiqi üçn əsas olsun. İXM-nin 571-ci maddəsinin sanksiyasında isə iki növ tənbeh tədbiri – cərimə və gəmi və ya digər üzən vasitə müsadirə edilməsi göstərilmişdir. Hazırkı halda isə Şəxs mülkiyyətində gəmi və üzmə vasitəsinin olması barədə inzibati xəta haqqında materialda hər hansı bir sənəd yoxdur. Hazırkı iş üzrə saxlanılan “VE-320” bort nömrəli üzmə vasitəsinin X1 mülkiyyətində olması müəyyən edilir. Belə olan halda Şəxs üzmə vasitəsinin müsadirəsinin tətbiqinin istisna edildiyi tam aşkar olaraq görünür ki, belə vəziyyətdə də şəxsə tətbiq edilə biləcək yeganə inzibati tənbeh tədbirinin cərimə olması konkret müəyyəndir. Cərimə inzibati tənbeh tədbirinin protokol tərtib edən orqan tərəfindən də tətbiqi qanunvericilklə aydın şəkildə müəyyən edilmişdir. Göründüyü kimi, Şəxs barəsində olan inzibati xəta haqqında protokolun hansı əsasla məhkəməyə göndərilməsi, yəni hansı daha ağır tənbeh tədbirinin tətbiqinin istənilməsi müəyyən deyildir. Bundan başqa, məhkəmə onu diqqətə çatdırmağı zəruri hesab edir ki, Şəxs əvvəlki tarixlərdə cərimə edilməsi, lakin həmin cərimələri ödəməməsi artıq qərarı icra edən orqanın səlahiyyətidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, İXM-nin 529.1-ci maddəsinin tələbinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Elektron Məhkəmə Sisteminin axtarış sistemində Şəxs dair hər hansı icra işinin olmaması müəyyən edilmişdir. Göstərilənlərdən əlavə, iş materiallarına “VE-320” bort nömrəli üzmə vasitəsinin X1 mülkiyyətində olması göstərilmiş, saxlanılması üçün isə Şəxs təhvil verilməsi barədə protokol tərtib edilmişdir ki, həmin protokolo da Şəxs imza etməmişdir. İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunan əsaslara görə hesab edirəm ki, Şəxs barəsində İXM-nin 571-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materiallar natamam olmaqla, həmin çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması, eyni zamanda, bu çatışmazlıqların işə baxılarkən qısa müddət ərzində aradan qaldırılması mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 109, 111, 118-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin 201 nömrəli gəminin BQ komandiri X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə tərtib edilmiş 20 aprel 2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinə qaytarılsın. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-511/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-511/2025
18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver