Məhkəmə qərarları › İş №3(049)-512/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-512/2024

04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-512/2024 04.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X1 iştirakı ilə X5 Lənkəran Şəhər Rayon Polis Şöbəsinin YPX-nin polis baş leytenantı X2 tərəfindən qəbul edilmiş TP ******* nömrəli qərarından şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin YPX-nin polis baş leytenant X2 tərəfindən qəbul edilmiş TP ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, o, 20 aprel 2024-cü il tarixdə ailə üzvləri ilə birlikdə özünə məxsus Mercedes Benz C180 minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qonşunun toy mərasiminə getmişdir. Axşam saat 23 radələrində toydan evinə gəlmişdir. Toyda avtomobil idarə edəcəyi üçün heç bir spirtli içki qəbul etməmişdir. Evdə özünə məxsus spirtli içkidən bir stəkan içmişdir. Bir qədər sonra polis əməkdaşları onların evinə gedərək onu çağırb və ona spirtli içki içərək avtomobil idarə etdiyini bildirmişlər və uzun mübahisədən sonra onu və nəqliyyat vasitəsini polis şöbəsinə aparmışlar. Bundan sonra orada barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə protokol tərtib etmişlər. Daha sonra isə o, Lənkəran Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli qərarına əsasən İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir Bu səbəbdən də qeyd edilən qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. O, artıq Lənkəran Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli qərarına əsasən İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Belə olan halda onun barəsində yenidən həmin eyni hərəkəti ilə törətdiyi iznibati xətaya görə protokol və qərar qəbul edilərək baxılması üçün məhkəməyə göndərilməsi düzgün deyildir. Çünki İXm-nin 333.1-ci maddəsi ilə işə baxılması məhkəmənin səlahiyyətlərinə aiddir. Məhkəmə iclasının yeri və vaxtı barədə şikayət vermiş şəxsə və qərarından şikayət verilən orqana məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Şikayət verən şəxs məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Şikayətə əlavə edilmiş 10 may 2024-cü il tarixli, TP ******* nömrəli qərarından görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 327.3, 327.2 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibti xətanı törətdiyinə görə 400 manat məbləğində inzibati cərimə ediitənbeh tədbiri tətbiq edilmişdir. Şikayətə əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli qərarından görünür ki, X6 İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. İXM-nin 43.3-cü maddəsinə əsasən Bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 122.2-ci maddəsinin tələbinə görə inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Məhkəmə iclasında müəyyən edildi ki, şikayət verən şəxs 20 aprel 2024-cü il tarixdə, saat 23.10-da spirtli içki qəbul edərək nəqliyyat vasitəsi idarə etdiyi üçün barəsində Lənkəran ŞRPŞ tərəfindən İXP ******* nömrəli protokol tərtib edilmiş, həmin protokol əsasında isə 10 may 2024-cü il tarixdə TP ******* nömrəli qərar qəbul edilərək prototkol tərtib etmiş orqan inzibati xəta törətmiş şəxsə daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəlmədiyindən şəxs barəsində 400 manat cərimə inzibati tənbeh tədbiri tətbiq etmişdir. Lənkəran Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli qərarı ilə isə X6 22 aprel 2024-cü il tarixdə, saat 23 radələrində xırda xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmadığı üçün barəsində 200 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Göründüyü kimi, hər iki inzibati xəta ayrılıqda müstəqil inzibati xəta olmaqla hər biri ayrı vaxtda törədilmiş və hər bir inzibati xətaya görə ayrılıqda protokol tərtib edilərək birinci halda protokol tərtib edən orqan, ikinci halda isə məhkəmə tərəfindən baxılmışdır. Məhkəmə araşdırması zamanı Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin YPX-nin polis baş leytenant X2 tərəfindən qəbul edilmiş 10 may 2024-cü il tarixli, TP ******* nömrəli qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X6 barəsində qəbul edilmiş qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X5 şikayəti təmin edilməsin. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin YPX-nin polis baş leytenant X2 tərəfindən qəbul edilmiş 10 may 2024-cü il tarixli, TP ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar