Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-514/2024 11.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi: X12, qərardan şikayət vermiş şəxs: X7, qərar qəbul etmiş orqanın nümayəndəsi: X6 iştirakı ilə, X4 “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs, Lənkəran Regional idarəsinin ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, müəyyən etdi: X7 “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs, Lənkəran Regional idarəsinin tərəfindən qəbul edilmiş, İXM-nın 324.3-cü maddəsi ilə barəsində ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərarının ləğvinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, ona məxsus olan **-BK-*** dövlət qeydiyyat nişanlı Ford Transit markalı avtomobil ilə Astara rayonuna qeyri-müntəzəm olaraq yük daşıması ilə məşğuldur. xx.xx.2024-cü il tarixdə Astara rayonuna yük daşıyarkən Astara şəhəri ərazisində X15 əməkdaşları tərəfindən saxlanılmışdır. DYP əməkdaşları ondan idarə etdiyi avtomobil üçün buraxılış vəsiqəsinin olub-olmamasını soruşmuşlar. Buraxılış vəsiqəsi olmadığına görə DYP əməkdaşları avtomobilimi Astara RPŞ həyətinə sürməyini bildirmişlər. Astara RPŞ inzibati binasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” PHŞ Lənkəran Regional İdarəsinin əməkdaşı tərəfindən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsinə əsasən (Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkilinə görə -vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.) protokol tərtib edilmiş və 300 AZN məbləğində cərimə təyin edilmişdir. Lakin barəsində protokol tərtib edilən zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə düzgün istinad olunmamış,“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” PHŞ Lənkəran Regional İdarəsinin əməkdaşı protokolu tərtib edərkən Azərbaycan Respublikasının İXM-in 100.1.3-cü maddəsinin tələbinə müvafiq olaraq və inzibati protokolun “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin soyadı, adı, atasının adı, vəzifəli şəxs kimi məsuliyyətə cəlb edildikdə vəzifəsi, vətəndaşlığı, doğulduğu tarix, şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi, vətəndaşın fərdi identifikasiya nömrəsi, hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi” sətrində vəzifəli şəxs olduğuna dair hər hansı qeyd aparmadığı halda məni vəzifəli şəxs hesab etmiş, habelə omum, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vəzifəli şəxs hesab edilibedilmədiyimi müəyyən etməmişdir.Belə ki, xx.xx.2021-ci il tarixdə 6 saylı Ərazi Vergilər Baş İdarəsinə fəaliyyətimin dayandırılması ilə əlaqədar müraciət etmişdir. Müraciətinə əsasən vergi orqanı tərəfindən xx.xx.2061-ci ilədək fəaliyyətimin dayandırılması təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X7 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, onun özünə məxsus olan **-BK-*** dövlət qeydiyyat nişanlı Ford Transit markalı avtomobil ilə Astara rayonuna qeyri-müntəzəm olaraq yük daşıması ilə məşğuldur. xx.xx.2024-cü il tarixdə Astara rayonuna yük daşıyarkən Astara şəhəri ərazisində X15 əməkdaşları tərəfindən saxlanılmış, həmin zaman avtomobilində yük olmuşdur. Daha sonra onu 300 manat cərimə etmişlər, lakin onunla eyni işi görən digər sürücülər isə 50 manat cərimə edilmişdir. Ona məxsus VÖEN olsa da, onun dayandırmışdır. Göstərilənlərə əsasən, şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi X8 izahat verərək bildirdi ki, X7 buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkilinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsinə əsasən üç yüz manat məbləğində cərimə edilmişdir. X4 VÖEN-i olduğu üçün o vəzifəli şəxs kimi cərimə edilmişdir. Göstərilənlərə əsasən, şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayətçinin və orqanın nümayəndəsinin izahatını, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cu il tarixdə saat 11:00 radələrində Astara rayonu, Pensər ərazisində idarə etdiyi ”Ford TR yük markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə buraxılış vəsiqəsi olmadan yükdaşma fəaliyyəti göstərmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati təhbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2024-cu il tarixdə saat 11:00 radələrində ”Ford TR yük markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə buraxılış vəsiqəsi olmadan yükdaşma fəaliyyəti göstərmişdir. X3 İXM-nin 324.3-cü maddəsi ilə ona 300 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Sürücülük vəsiqəsindən görünür ki, X5 xx.xx.2015-cü il tarixdə sürücülük vəsiqəsi verilmişdir. Elektron Məhkəmə Sistemindən görünür ki, X4 ********** nömrəli VÖEN-i vardır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 324.3-cü maddəsinə əsasən, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkilinə görə –vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. İşin məhkəmədə müəyyən edilən hallarından görünür ki, X7 buraxılış vəsiqəsi olmadan yük və qeyri - müntəzəm sərnişin daşımaqla inzibati xəta törətdiyini etiraf edir, lakin onun vəzifəli şəxs qismində cərimə edilməsini qəbul etmir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmdə müəyyən edilmişdir ki, X4 VÖEN-i vardır. Şəxs həmin VÖEN-i dayandırığını bildirsə də, VÖEN-nin dayandırlılması həmin şəxsin sahibkar olaraq statusuna xitam verilməsi anlamına gəlmir. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarının 28-ci bəndində də göstərilmişdir. Qərarın 28-ci bəndində göstərilmişdir ki, Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə obyektiv həqiqət olaraq müəyyən olunmuşdur ki, hadisə törədilən anda X7 barəsində qəbul edilmiş qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Şikayətdə göstərilən və eləcə də şikayətə əlavə edilən sənədlər birbaşa inzibati xəta hadisəsinin törədilməsi faktını təsdiq edən sənədlərdir ki, həmin hallar şikayətin əsası kimi yox, əksinə şikayətin verilən qərarın həqiqiliyini sübuta yetirmiş olur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. Yuxarıda göstərilənlərə və İXM-nin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X1 “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin Lənkəran Regional İdarəsi tərəfindən qəbul edilmiş ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin Lənkəran Regional İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-514/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-514/2024
11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver