Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-516/2025 29.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X1 nümayəndəsi Nümayəndə iştirakları ilə, Hirkan Milli Parkının direktoru X10 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.1-1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları Məhkəmənin icraatına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X2 tərəfindən X10 barəsində İXM-in 529.1-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X1 nümayəndəsi Nümayəndə protokolun məzmununa uyğun izahat vermiş və protokol əsasında X5 barəsində ilk dəfə törədildiyinə görə 1500 (min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X1 xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, işə götürən Şəxs AR Əmək Məcəlləsinin 161-ci maddəsinin 1-ci bəndinin tələblərini pozaraq X4 əmək Məcəlləsində nəzərdə tutulmuş əmək funksiyası ilə yanaşı iş vaxtı ərzində xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək seyfidor meşəbəyliyinin sahə müfəttişi vəzifəsinə icra etdiyinə görə əlavə əmək haqqının ödənilməməsi təmin olunmadığından Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-ci maddəsi ilə 700 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X2 tərəfindən X7 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan göstərilmişdir ki, Lənkəran rayonu, Daşdatük kənd sakini X3 əmək funksiyasını yerinə yetirməklə yanaşı Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin sahə müfəttişi vəzifəsini müvəqqəti əvəz etdiyi halda əmək haqqısına əlavənin ödənilməməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X1 ünvanına daxil olmuş müraciətə baxılan zaman tərəflərindən R.Əzizova əmək haqqı hesablanan zaman əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyası ilə yanaşı iş vaxtı ərzində digər peşə (vəzifə) üzrə əmək funksiyasını icra etdiyinə görə əmək haqqısına əlavə ödənilməməklə Əmək Məcəlləsinin 161-ci maddəsinin 1-ci hissəsinin tələblərinin pozulması halı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş xətaya səbəb olması müəyyən olunmuşdur. Azərpost MMC-yə məxsus F.119 xəbərnamədən görünür ki, Şəxs ünvanlanmış məktub xx.xx.2025-ci il tarixdə şəxsən təhvil alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X2 tərəfindən X7 xx.xx.2025-ci il tarixli icrası məcburi olan göstəriş ünvanlanmış, göstərişdə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X2 tərəfindən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarla Hirkan Milli Parkının direktor əvəzi Şəxs Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə olunmuş, İnzibati Xətalar Məcəlləsinin 143.1 və 150.1 maddələrinin tələblərinə əsasən Şəxs tərəfindən, ona tətbiq olunmuş 700 manat cərimə məbləğindən heç bir məbləğ ödənilməmişdir, Qeyd olunanlara əsasən Şəxs əmək haqqından hər ay 50% olmaqla 700 manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsini və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiq edici sənədlər əlavə edilməklə 30 gün ərzində X8 Xidmətinin X2nə yazılı formada məlumat verməyinizi xahiş edirik. Tutulmanın həyata keçirildiyi dövrdə rübdə bir dəfə Xidmətə məlumat verilməli, inzibati məsuliyyətə cəlb edilən fiziki şəxs işdən çıxdıqda və ya inzibati cəriməni onun əməkhaqqından, yaxud digər gəlirlərindən tutmaq imkanı olmadıqda, üç günədək müddətdə inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini göstərməklə (əgər bu mümkündürsə), ödəmənin mümkünsüzlüyünün səbəblərini, eləcə də ödəmə olmuşdursa, bu barədə müvafiq qeyd aparılmaqla, inzibati cərimə barədə qərarın surətini Xidmətə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd olunan müddətlər ərzində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tutulma həyata keçirilmədiyi halda barənizdə inzibati xəta haqqında iş üzrə icraat başlanılacaqdır. Bu hal Hirkan Milli Parkının direktor əvəzi onun səlahiyyətlərinə aid olduğundan inzibati məsuliyyətə cəlb olunmağı məqsədi ilə barəsində xx.xx.2025-ci il tarixində tərtib olunmuş MN ******* nömrəli İnzibati xəta haqqında Protokola əsasən, xx.xx.2025-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarla Siz 700 (yeddi yüz) manat məbləğində cərimə olunmuş, buna görə də, tətbiq olunmuş cərimə məbləğinin ödənilməsinin təmin olunması xahiş olunmuşdur. Azərpost MMC-yə məxsus F.119 xəbərnamədən görünür ki, Şəxs ünvanlanmış göstəriş xx.xx.2025-ci il tarixdə şəxsən təhvil alınmışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X10 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X2 tərəfindən X7 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunun və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X2 tərəfindən X7 xx.xx.2025-ci il tarixli icrası məcburi olan göstərişinin ona çatdırılmasını mübahisələndirməmişdir. Beləliklə, bununla da, X10 İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X5 İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 529.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X7 istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu X7 istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Belə ki, məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, X7 müraciət göndərilərək inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar müvafiq tədbirlərin görülməsi xahiş edilmiş, lakin tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X2 tərəfindən X7 xx.xx.2025-ci il tarixli icrası məcburi olan göstəriş ünvanlanmış, göstərişdə nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X10 barəsində müvafiq tənbeh vermə haqqında qərarın mövcudluğu və həmin qərarın icra edilməməsi sonuncunun əməlində İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın olmasına dəlalət edir. İXM-in 150.5-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən: 0.5.1. fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana; 0.5.2. hüquqi şəxslər barəsində - hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər kredit təşkilatlarına göndərilir. Bank və ya digər kredit təşkilatı qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra edir. Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, bank və ya digər kredit təşkilatı inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı, onun icra edilməməsinin səbəbini göstərməklə, qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) dərhal qaytarmalıdır. İXM-in 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, X10 tərəfindən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsinin qanunvericilikdə müəyyən edilmiş müddətdə verilməməsi iş materialları ilə öz təsdiqini tapmış və cəmiyyətin İXM-in 529.1-1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, X5 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, X5 təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmədə X5 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə X7 inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, X10 İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X10 (FİN: 0WWHSEO) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-516/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-516/2025
29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver