Məhkəmə qərarları › İş №3(049)-52/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-52/2025

17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-52/2025 17.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, barəsində inzibati icraat aparılan şəxs Şəxs Ağaca oğlunun və Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx xxxxxx 1982-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Lənkəran rayonu, Kərgəlan kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 tərtib etdiyi 17 yanvar 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2049)-3309/22 saylı, 21.102022-ci il tarixli, e-(049)-1423/2023 saylı xx.xx.2023-cü il tarixli, Abşeron Rayon Məhkəməsinin 2(012)-4064/2022 saylı, xx.xx.2022-ci il tarixli və Lənkəran Rayon 1 Saylı Notariat ofisi tərəfindən verilmiş 1124 saylı xx.xx.2023-cü il tarixli icra sənədlərinə əsasən, borclu Şəxs tərəfindən tələbkara ümumilikdə 22.696,28 manat ödənilməmiş pul vəsaiti qalmışdır. Borclu Şəxs Ağaca oğlu icra sənədlərinin icrasını təmin etməmişdir. Onun barəsində Azərbaycan Rspublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında iştirak edərək, protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, icra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş tərtib edilərək, borcluya təqdim edilmişdir. Həmçinin icra sənədinin icrası ilə əlaqadar məhkəməyə təqdim etdiyi təqdimat əsasında borclunun ölkədə getmək hüququ müvvəqəti olaraq məhdudlaşdırılmışdır. Eyni zamanda borclu icra məmurunun çağırışlarına gəlməkdən boyun qaçırdığı üçün barəsində tərəfindən “borclunun axtarılması” haqqında qərar qəbul edilərək icra edilməsi üçün polisə göndərilmişdir. Borclu həmin axtarış qərarı əsasında polis tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmişdir və onunizahatı alınmışdır. Borclu hal-hazıradək qeyd edilən icra sənədinə əsasən, tələbkara heç bir vəsait ödəməmişdir və onun aliment borcu hazırda 2.640 manat təşkil edir. Tələbkar dəfələrlə şöbəyə müraciət edərək aliment borcunun ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Protokolun təmin edilərək, borclu Çingiz Rəhimovun ittiham olunduğu maddənin sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Ağaca oğlu məhkəmə iclasında izahatında bildirdi ki, icra sənədləri barədə məlumatlıdır və dəfələrlə icra şöbəsinə çağırılaraq bu barədə ona xəbərdarlıq edilmişdir. Hazırda iş yeri yoxdur. Əlavə olaraq kredit və aliment də ödəməlidir. Borcunu tam ödəməyə maddi imkanı yoxdur. Mütəmadi olaraq hissə-hissə borcu ödəyə bilər. Barəsində inzibati xəta haqqında protokol tərtib edilənədək tələbkarlara (krediti) və aliment borcundan heç bir vəsait ödəməmişdir. Təkcə aliment borcu 10 min manata yaxındır. Hazıradək həmin borcdan tələbkara 1.500 manat ödəmişdir. Sonuncu ödənişi 2024-cü ilin may ayında etmişdir. Digər 3 icra sənədi üzrə tələbkarlara heç bir vəsait ödəməmişdir. Barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında prtotokol və ona əlavə edilmiş sənədlərin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, borclu Şəxs təkcə aliment borcu hazırda 10.466 manat təşkil edir. Şəxs barəsində inzibati həbs cəzası təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2049)-3309/22 saylı, 21.102022-ci il tarixli icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən, borclu Şəxs Ağaca oğlundan tələbkar İrşad –Electronics MMC cəmi 1095.6 manat borc və ödənilmiş 30.96 manat dövlət rüsumu tutulması qeyd edilmişdir. Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş e-(049)-1423/2023 saylı xx.xx.2023-cü il tarixli borclu Şəxs Ağaca oğlundan tələbkar Kapital Bank ASC –nin 8846.31 manat əsas, 1163.31 manat faiz, cəmi 10009.42 manat və 120.03 manat ödənilməlidi. Abşeron Rayon Məhkəməsinin 2(012)-4064/2022 saylı xx.xx.2022-ci il tarixli Təlabkar Zərərçəkmiş şəxs hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması qeyd edilmişdir. Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən qeyd edilən icra sənədinin icrası ilə əlaqadar 19 dekabr 2023-cü il tarixdə “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildiriş tərtib edilərək, borcluya təqdim edilmişdir. Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən 09 fevral 2023cü il tarixdə Abşeron rayin məhkəməsinin 2(012)-4064/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqadar borclu Şəxs Ağaca oğlunun barəsində “axtarış elan edilməsi haqqında” qərar qəbul edilmişdir. Lənkəran rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, borclu Şəxs Ağaca oğlu polis əməkdaşları tərəfindən şöbəyə tehvil verilmişdir. Borclu Şəxs Ağaca oğlu barəsində olan axtarış işinə xitam verilməsi polis orqanından xahiş edilmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qətnaməsi barədə məlumatlı olduğu, icra sənədinin icrası ilə əlaqadar ona tələbin könüllü haqqında bildiriş təqdim edilməsinə, dəfələrlə icra şöbəsinə çağırılaraq izahatı alınıb icra sənədini icra etməsi barədə ona xəbərdar edilməsinə baxmayaraq icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Həmçinin icra məmurunun çağırışlarından boyun qaçırmışdır. Hazırki iş üzrə inzibati xəta haqında protokol tərtib edilənədək borclu icra sənədinə dair tələbkara heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən Şəxs Ağaca oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Ağaca oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 17 yanvar 2025-ci il saat 16.25-dən hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar