Məhkəmə qərarları › İş №3(049)-524/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-524/2025

14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-524/2025 14.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X8, Qərarından şikayət verilən orqanın nümayəndəsi: Azərbaycan Respublikasının Qida X1–Astara regional bölməsinin Qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikasının X2 Bakı Regional Bölməsinin 30 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X4 nümayəndəsi və vəkili Quliyev X9 Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının X2 Bakı Regional Bölməsinin 30 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin 10 yanvar 2025-ci il tarixli 003 nömrəli “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında” Qərarına əsasən, “AQROMALL" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli, İDO124122439 nömrəli müraciəti əsasında, xx.xx.2024-cü il istehsal tarixli, xx.xx.2025-ci il son istifadə tarixli ümumi çəkisi 16575 kq, istehsalçısı “X5” müəssisəsi olan qabıqlı qoz məhsul partiyasına idxal sağlamlıq aktının verilməsindən imtina olunsun və məhsul partiyasının toxunulmazlığı təmin olunsun. Qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması təmin edilsin. Bu qərarın 2-ci bəndində göstərilmiş müddət ərzində qida və yem məhsulları, qida ilə təmasda olan material və məmulatlar Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmadıqda həmin məhsul partiyası 10 (on) gün müddətində Agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilsin və ya sahibkarın əsaslandırılmış müraciəti əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhv və ya utilizasiya edilsin. AQTA-nm Bakı RB-nin rəis v.i.e X3 xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı Qərarı ilə X7 AQTA-nm Bakı RB-nin 10 yanvar 2025-ci il tarixli 003 nömrəli qərarını icra etmədiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə uyğun olaraq 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Adıçəkilən Qərar 16 mart 2025-ci il tarixdə MMC-nin ünvanına göndərilmişdir. Daha sonra Lənkəran rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(049)- 308/2025 saylı Qərarı ilə X4 şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikasının X2 Bakı Regional Bölməsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 07 mart 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikasının X2 Bakı Regional Bölməsinə göndərilmişdir. AQTA-nın Bakı RB-nin rəis müavini v.i.e X6 xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı Qərarı ilə X7 AQTA-nın Bakı RB-nin 10 yanvar 2025-ci il tarixli 003 nömrəli qərarını icra etmədiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə uyğun olaraq 4000 (dörd min) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 15 gün müddət təyin edilmişdir. Adıçəkilən Qərar 04 iyun 2025-ci il tarixdə MMC-nin ünvanına göndərilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, maddənin dispozisiyasında göstərilən qərar qanuni qüvvəyə mindikdən sonra icra olunmalıdır. Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin 10 yanvar 2025-ci il tarixli 003 nömrəli “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında” Qərarından mübahisələndirmə haqqında iddia ərizəsi (qərarın ləğv edilməsinə dair) ilə 27 fevral 2025ci il tarixdə Şirvan İnzibati məhkəməsinə müraciət edilmişdir. İddia ərizəsi Şirvan İnzibati Məhkəməsinin hakimi Hilal Nəcəfovun icraatındadır və xx.xx.2025-ci il tarixə saat 16:30-ə hazırlıq iclası təyin edilmişdir. Yuxanda qeyd edilənlərdən əlavə, AOTA-nın Bakı RB-nin rəis müavini v.i.e X6 xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı Qərarı Azərbaycan Respublikası İXM-nin maddələrinin kobud surətdə pozulması ilə qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.L6.-ci maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Göründüyü kimi İnzibati orqan inzibati tənbeh tədbirini 4 ay keçdikdən sonra verdiyindən, iş üzrə icraata xitam verilməlidir. Şikayət vermiş şəxs X4 nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında icraat aparan orqan Azərbaycan Respublikasının X2 nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, hazırda mübahisələndirilən inzibati tənbehvermə haqqında qərara aid X2 Bakı Regional Bölməsində aparılan inzibati xəta haqqında icraat çərçivəsində inzibati orqanda işə baxılmasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə qanunamüvafiq qaydada məlumat verilmişdir. Bundan sonra işə baxılaraq X7 İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4.000 manat cərimə edilmişdir. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilərək, Azərbaycan Respublikasının X2 Bakı Regional Bölməsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 30 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikasının X2 Bakı Regional Bölməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Lənkəran Rayon Məhkəməsuinin 3(049)-308/2025 saylı xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının X2 Bakı Regional Bölməsinin 07 mart 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 544.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikasının X2 Bakı Regional Bölməsinə göndərilməsi barəəd qərar qəbul edilmişdir. İş materiallarından və eləcə də Elektron Məhkəmə Sistemindən müəyyən olunur ki, Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin 10 yanvar 2025-ci il tarixli 003 nömrəli “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında” Qərarından mübahisələndirmə haqqında iddia ərizəsi (qərarın ləğv edilməsinə dair) ilə Şirvan İnzibati Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında, yaxud qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi çərçivəsində müvafiq icra hakimiyyəti orqanının qanuni yazılı tələblərini (qərarlarını) yerinə yetirməməyə görə –dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarından müəyyən edildi ki, X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 544.2-ci maddəsi ilə 30 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir ondan ötrü ki, X7 Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin 10 yanvar 2025-ci il tarixli 003 nömrəli “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında” Qərarını icra etməmişdir. Lakin məhkəmə iclasında müəyyən edildi ki, inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olan yazılı tələb (hazırkı halda xx.xx.2025-ci il tarixli, 003 nömrəli qərar) hazırda qüvvədə deyil və şikayət verən şəxs tərəfindən mübahisələndirilmişdir. Qüvvədə olmayan, daha konkret qanuni qüvvəyə minməmiş yazılı tələbə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Belə olan məhkəmə hesab edir ki, 30 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanması qanunsuz və əsassdır. İXM-nin 135.1.1 və 135.1.6-cı maddələrinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının X2 Bakı Regional Bölməsinin 30 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, X4 barəsində İXM-nin 544.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikasının X2 Bakı Regional Bölməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının X2 Bakı Regional Bölməsinin 30 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikasının X2 Bakı Regional Bölməsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar