Məhkəmə qərarları › İş №3(049)-528/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-528/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-528/2025 23.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Şəxs nümayəndəsi (direktoru) X1 iştirakı ilə Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Astara Gömrük idarəsi Lənkəran gömrük postundan daxil olmuş 3-33- 1300/019/001364 saylı raportun icrası ilə əlaqədar tərəfimdən araşdırma aparılaraq müəyyən edilmişdir kı, Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən İmren Plastik ve Gıda San, ve Tic A.Ş tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan, hüquqi şəxs Şəxs MMCnin (vöen: **********) ünvanına Türkiyə Cümhuriyyəti vətəndaşı Öztel Farukun idarə etdiyi “Scania" markalı, “61AAD453/61ADG633" dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə daxil olmuş, xx.xx.2025-ci il tarixli, "İMP**********103" №-li invoysa əsasən, **********8815 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş mallara dair Azərbaycan Respublikasının gömrük ərazisinə qətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. Buna görə, Astara Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X5 tərəfindən «LA RAN” Məhdud Məsuliyyət Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 13 iyun 2025-ci il tarixli, 00400- 0055\25 nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı X2 xx.xx.2025-ci il tarixli qərardadı ilə «LA RAN” Məhdud Məsuliyyət Cəmiyyətinin barəsində tərtib edilmiş həmin protokol baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X3 iştirak edərək bildirmişdir ki, Türkiyə Respublikasında yerləşən “İmren plastik”şirkəti tərəfindən onlara göndəriləcək mal bir invoysda qeyd edilmişdir. Sonradan mal Azərbaycan Respublikasına idxal edildikdən sonra onlara məlum olmuşdur ki, həmin mal iki hissədən ibarət göndərilmişdir. Bu səbəbdən də malın gömrük rəsmiləşdirilməsi zamanı iki gömrük bəyannaməsi tərtib edilmişdir. Qeyd edilən mallara dair satıcı şirkət tərəfindən onlara bir invoys təqdim edildiyindən onlar həmin mala dair bir qısa idxal bəyannaməsi vermişlər. Onlar malın satıcı şirkət tərəfindən iki hissəyə bölünərək göndəriləcəyini bilməmişlər. Bu səbəbdən də göndərilən mala dair iki deyil, bir qısa idxal bəyannaməsi vermişlər. Qeyd etdiklərindən görünür ki, inzibati xətanın törədilməsində Şəxs MMC-nin təqsiri olmamışdır. Odur ki, hüquqi şəxsin barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakları təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməmələrinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla «LA RAN” MMC-nin inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarından müəyyən edilir ki,: xx.xx.2025-ci il tarixdə İmren Plastik ve Gıda San, ve Tic A.Ş tərəfindən Şəxs MMCyə 3.240 kiloqramlıq, 29.040 ABŞ dolları dəyərində olan 2.400 ədəd şokolad istehsalında istifadə olunan qabların göndəriləcəyi barədə invoys təqdim edilmişdir. Həmin mallara xx.xx.2025-ci il tarixdə Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixdə qısa idxal bəyannaməsi təqdim edilmişdir. Qeyd edilən həmin mallar Azərbaycan Respublikasına idxal edildikdən sonra xx.xx.2025-ci il tarixdə **********8232 nömrəli gömrük bəəyannaməsi əsasında rəsmiləşdirilmişdir. Bundan əlavə olaraq xx.xx.2025-ci il tarixli, **********8815 nömrəli gömrük bəyannaməsi əsasında İmren Plastik ve Gıda San, ve Tic A.Ş tərəfindən Şəxs MMC-yə göndəriərək Azərbaycan Respublikasına idxal edilmiş 1.290 kiloqramlıq, 4.800 ABŞ dolları dəyərində olan 800 ədəd şokolad istehsalında istifadə olunan qablara dair gömrük rəsmiləşdirilməsi aparılmışdır. İşin məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsinin məhkəmə iclasında qeyd etdiyi xüsusatlar, yəni iki mala dair satıcı şirkət tərəfindən bir invoysun göndəilməsi və sonradan mal Azərbaycan Respublikasına göndərilrkən yükün iki hissəyə bölünməsi halı iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamışdır. İşin faktiki hallarından müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli, **********8815 nömrəli gömrük bəyannaməsi əsasında İmren Plastik ve Gıda San, ve Tic A.Ş tərəfindən Şəxs MMC-yə göndəriərək Azərbaycan Respublikasına idxal edilmiş 1.290 kiloqramlıq, 4.800 ABŞ dolları dəyərində olan 800 ədəd şokolad istehsalında istifadə olunan qablara dair Şəxs MMC tərəfindən qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Dövlət Gömrük Komitəsinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” informasiya resursundan “malın çatdırılması və boşaldılması'-na dair çıxarışdan görünür ki, 61AAD453/61ADG633 nömrəli nəqliyyat vasitəsi ilə Şəxs ünvanına göndərilən mallar xx.xx.2025-ci il tarixdə, saat 00:47-də Astara Gömrük İdarəsinin gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. İş üzrə Dövlət Gömrük Komitəsinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs ünvanına 61AAD453/61ADG633 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə, saat 00:47-də Astara Gömrük idarəsinin gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, «LA RAN”Məhdud Məsuliyyətli Cəmiyyəti-nin ünvanına göndərilən mallar xx.xx.2025-ci il tarixdə saat 00:47-də Astara Gömrük İdarəsinin gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası rezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal əyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 01 (bir) saat əvvəl verilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində «LA RAN” MMC-nin maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə «LA RAN” MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs «LA RAN” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 1.500 (min beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar