Məhkəmə qərarları › İş №3(049)-53/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-53/2023

27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-53/2023 27.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X5 X3 xidməti inspektoru polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə xx.xx.1966-cı il tarixdə Astara rayonu, Kijəbə kəndində anadan olmuş, Astara rayonu, Şahağacı kəndində yaşayan, evli, orta təhsilli, işsiz, deməsinə görə məhkum olunmamış, fərdi identifikasiya nömrəsi xxxxxxx olan Şəxs oğlu barəsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs oğlunun barəsində 24 dekabr 2022-ci il tarixdə, saat 11:11 radələrində “VAZ 2101” markalı ** BB *** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsini idarə etmə hüququ əsasında, lakin təhlükəsizlik kəmərini bağlamadan və sərxoş vəziyyətdə idarə etməsi faktı üzrə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X5 X3 Xidmətinin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokolun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə olan hissəsi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu məhkəmə iclasında izahat verərək göstərdi ki, 24 dekabr 2022-ci il tarixdə, təxminən saat 11:00 radələrində özünə məxsus “VAZ 2101” markalı ** BB *** dövlət qeydiyyat nişanlı minik avtomobilini Lənkəran rayonu, Girdəni kəndi ərazisində idarə edərkən Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X5 X3 Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Sənədləri tələb olunmuş və o da sənədlərini təqdim etmişdir. Sonra onu alkotester müayinəsindən keçməyə dəvət etmişlər. Spirtli içki qəbul etdiyi üçün müayinən nəticəsində onun yüngül dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. Törətdiyi inzibati xətaya görə əməlindən səmimi peşman olmuşdur. Ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs- Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X5 X3 xidməti inspektoru polis baş serjantı X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, 24 dekabr 2022-ci il tarixdə Lənkəran rayonu, Girdəni kəndi ərazisində xidmətdə olarkən, təxminən saat 11:11 radələrində “VAZ 2101” markalı ** BB *** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsünün təhlükəsizlik kəmərini bağlamadan avtomobili idarə etdiyini görüb ona saxlama işarəsi vermişdir. Sürücü avtomobilini saxladıqdan sonra ondan sənədlərini tələb etmiş, həmin şəxsdən spirt iyi gəldiyi üçün onu alkotester müayinəsinə dəvət etmiş və müayinənin nəticəsi olaraq qanında alkoqolun miqdarının 0.441 promil olduğu aşkar olmuşdur. Həmin şəxsin sənədlərinə baxış zamanı onun Astara rayonu, Şahağacı kənd sakini Şəxs oğlu olduğu məlum olmuşdur. Bundan sonra sürücünün idarə etmədən kənarlaşdırmış avtomobili müvəqqəti duracağa gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun hər hansı şikayəti olmamışdır. İnzibati xəta törətmiş şəxs Şəxs oğlunun əməli özünün izahatı, tərtib olunmuş protokol, sərxoşluq vəziyyətininin tibbi müayinəsi haqqında protokolla və digər sənədlər ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 02029 nömrəli alkotesterin protokollaşdırmaya dair nəticəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 11:10-da tibbi müayinədən keçirilən ** BB *** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücü Şəxs oğlunun qanında alkoqolun miqdarının 0.441 promil olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə verilmiş AE 451782 nömrəli, B dərəcəli sürücülük vəsiqəsinin surətindən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun minik avtomobilini idarə etmə hüququ vardır. İş materiallarında olan DİN-nin DYPB-dən verilmiş arayışdan görünür ki, Baş DYP idarəsinin mərkəzi məlumat bazasında yoxlama nəticəsində sürücü Şəxs oğlunun AR İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı il ərzində təkrar törətməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin saxlanca qəbul aktından görünür ki, “VAZ 2101” minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşın saxlanması üçün duracağa gətirilmiş və sonra sahibi Şəxs oğluna qaytarılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs oğlu 24 dekabr 2022-ci il tarixdə saat 11:11 radələrində “VAZ 2101” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilini nəqliyyat vasitəsini idarə etmə hüququ əsasında sərxoş vəziyyətində idarə etmişdir. Məhkəmə Şəxs oğlu barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs oğlu tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs oğlunun inzibati xəta əməli Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində inzibati qaydada cərimə edilməklə cəzalandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar