Məhkəmə qərarları › İş №3(049)-533/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-533/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-533/2024 20.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X12, qərarından şikayət verilən orqan - Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 nümayəndələri X10 və X16 iştirakları ilə, Azərbaycan Respublikasının Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 10 may 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X12 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X12 Azərbaycan Respublikasının Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 10 may 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərardan narazı qalan X12 şikayət ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində qəbul edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 10 may 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Lənkəran rayonu, Gərmətük qəsəbəsində ət satmaqla məşğuldur. Mal kəsimi aidiyyəti şəxslər tərəfindən kəsilir, həmin ət baytarlıq həkiminin rəyindən keçirilərək, onun təmizliyi barəsində xüsusi arayış alandan sonra satışa buraxır. xx.xx.2024-cü il tarixdə, saat 10:05-də DİN-nin Lənkəran ŞRPŞ-nin əməkdaşı, sahə rəisi, polis mayoru X13 və (özünü əslində adı ilə təqdim etməyən) iki Qida Agentliyin müfəttişi kimi özünü təqdim edən şəxslər ət dükanına daxil olmuşlar. Ondan şəxsiyyət vəsiqəsini istəyərək bildirmişlər ki, əgər o, doğrudan da daimi ət satan şəxsdirsə, onu qeydiyyata alacağını söyləmiş və şəxsiyyət vəsiqəsini istəmişlər. O da öz sənədlərini onlara təqdim etmişdir. Ona bildirmişlər ki, onlara günorta pulu versin, o isə onlara heç bir pul verməmişdir. Elə həmin gün həmin şəxslər işlətdiyi dükanda heç bir qanun pozuntusuna rast gəlməmiş, foto şəkillər çəkməmiş, yanında akt tərtib etməmiş və şifahi olaraq da bu haqda ona məlumat verməmişlər. Bu hadisədən sonra, yəni xx.xx.2024-cü il tarixində ona poçt vasitəsi ilə sözügedən şəxslər tərəfindən o Azərbaycan Respublikasının İXM ilə təqsirli bilinərək, 300 manat cərimə etdikləri haqqında protokol göndərdilər. Elə həmin protokul guya ki, xx.xx.2024-cü il tarixində tərtib olunmuşdur. Satdığı ətlər həkim müayinəsindən keçiriləndən sonra satışıa buraxılır.Ə gər doğrudan da qayda pozuntusu etmişdirsə, həmin an niyə ona bildirilməyib və həmin hallar yerindəcə sübuta yetirilməyib? Görünür günorta pulunu ala bilməyən bu məsul şəxslər, ondan bu cür qisas almışlar. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixində, MN № ******* saylı Protokol, həmçinin 10 may 2024-cü il tarixində MN № ******* saylı qərar əsassız və sübutsuz olduğu halda, hesab edir ki, ləğv olunmalıdır. Məhkəmə iclasında şikayət vermiş şəxs X12 şikayətin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə istifadəsində olan ət dükanında aşkar edilmiş ət məhsulu xx.xx.2024-cü il tarixdə Masallı rayonu Kürdəbaz kəndində Masallı rayonu Qarğalıq kənd ət satış dükanında kəsilmiş, bu barədə xx.xx.2024-cü il tarixli baytarlıq arayışı verilmişdir. Baytarlıq arayışı onun şəriki Abdul Məmmədovun adına verilmişdir. Abdul Məmmədovla aralarında razılaşma əsasında o, heyvanı Masallı rayonunda ət kəsim müəssisəsində kəsdirib daha sonra özünə məxsus nəqliyyat vasitəsilə gətirib ona verir, daha sonra isə o, Lənkəran rayonu Gərmətük qəsəbəsində ət dükanında ətin satışını həyata keçirir. Ət kəsimi üçün baytarlıq arayışı verildiyindən o, ət satışını həyata keçirməkdə qanun pozuntusuna yol verməmişdir. Qeyd olunanları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikasının Azərbaycan Respublikası Qida X4-X18 tərəfindən qəbul edilmiş 10 may 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 nümayəndələri aparıcı məsləhətçi X21 və böyük məsləhətçi X8 ayrı-ayrılıqda şikayətin dəlillərini qəbul etməyərək göstərdilər ki, Heyvan kəsiminin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli 199 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələrək, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədləri üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində tədbirlərin görülməsi istiqamətində mütəmadi reydlərini həyata keçriməkdədir. Heyvan kəsimi və satışı ilə məşğul olan köşklərdə (mağazalarda) keçirilən monitorinq zamanı Lənkəran rayonu, Gərmətük qəsəbəsində fəaliyyət göstərən X7 məxsus köşkdə satışda olan ətlərin “Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktı”nın və müvafiq olaraq verilmiş “Baytarlıq Arayışı”nın olmadığı aşkar edilərək DİN Lənkəran ŞRPŞ-nin polis sahə rəisi X13 tərəfindən İXM-nin 289.0.2-ci maddəsinə əsasən 25 aprel 2024-ci il tarixində MN2082372 nömrəli protokol tərtib edilmişdir. Tərtib edilmiş protokola müvafiq olaraq AQTA-nın LARB-yə daxil olduğu vaxtdan işə baxılma haqqında bildiriş göndərilmiş, 10 may 2024-ci il tarixində işə baxılma həyata keçrilərək X12 MN ******* nömrəli Qərara əsasən 300 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 aprel tarixli 1923 nömrəli Fərmanının 1.4.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiqlədiyi qərara əsasən “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması məqsədi ilə vətəndaşın şəxsiyyət vəsiqəsi və VÖEN-i alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında göstərdi ki, 2023-cü ilin dekabr ayından etibarən Masallı rayonu Kürdəbaz kənd ət kəsim məntəqəsində baytarhəkim işləyir. Abdul Məmmədov adlı şəxsə 30 mart 2024-cü il tarixli, xx-xx/0499 №-li baytarlıq arayışı onun tərəfindən verilmişdir. Həmin dövrdə kəsim məntəqəsi şərti qeydiyyatda olduğu üçün ət məhsulunun üzərinə vurulması üçün məntəqəyə möhür verilmiş, qeyd olunan zaman arayışa vurulması üçün məntəqədə möhür olmamışdır. Bununla yanaşı cari ilin iyun ayının 3-dən etibarədən arayışlar elektron formada verilməyə başlamışdır. O, Mais Cabbarov adlı şəxsi tanımır, sonuncuya heç vaxt tərəfindən baytarlıq arayışı verilməmişdir. 30 mart 2024-cü il tarixli, xx-xx/0499 №-li baytarlıq arayışı Abdul Məmmədov adlı şəxsə bir baş iri buynuzlu heyvanın kəsimi üçün verilmiş, ət məhsulu insan istehlakına yararlı olmuşdur. Abdul Məmmədov həmin ət məhsulunun Masallı rayonu, Qarğalıq kəndində ət satış dükanında satılacağını bildirmiş, Lənkəran və ya digər rayon ərazisində satışının həyata keçiriləcəyini bildirməmişdir. Verilmiş baytarlıq arayışı yalnız rayon ərazisində etibarlı olmuşdur. Ət məhsulunun rayondan rayona və ya şəhərə, bir sözlə ölkə ərazisində daşınması üçün baytarlıq şəhadətnaməsi verilməli idi. Lakin, Abdul Məmmədov tərəfindən belə bir müraciət daxil olmamış, sonuncu ət məhsulunun Masallı rayonu, Qarğalıq kəndində ət satış dükanında satılacağını bildirmiş, ona görə də həmin şəxsə baytarlıq arayışı verilmişdir. Abdul Məmmədov tərəfindən Masallı rayonu ərazisində satılmasına dair baytarlıq arayışı verilməsinə baxmayaraq, o qanunsuz olaraq ət məhsulunu Lənkəran rayonu ərazisinə gətirərək satılması üçün Mais Cabbarova təhvil vermişdir. İş materiallarında olan: Böyük məsləhətçi X11 tərəfindən Abdul Məmmədov ad və soyadlı şəxsə verilmiş 30 mart 2024-cü il tarixli, xx-xx/0499 №-li baytarlıq arayışından görünür ki, 157 kq çəkidə bir baş iribuynuzlu heyvan avtomobillə Masallı rayonu Kürdəbaz kəndindən Masallı rayonu Qarğalıq kəndində ət satış dükanına göndərilmişdir. Ət məhsulu insan istehlakına yararlıdır. Baytarlıq arayışının əsli yalnız şəhər(rayon) ərazisində etibarlıdır. 03 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 böyük məsləhətçiləri X10, X15 və Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X13 tərəfindən tərtib edilmiş Aktdan görünür ki, “Heyvan kəsiminin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli 199 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələrək, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədləri üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində tədbirlərin görülməsi istiqamətində mütəmadi reydlərini həyata keçriməkdədir. Heyvan kəsimi və satışı ilə məşğul olan köşklərdə (mağazalarda) keçirilən monitorinq zamanı Lənkəran rayonu, Gərmətük qəsəbəsində fəaliyyət göstərən X7 məxsus köşkdə satışda olan ətlərin “Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktı”nın və müvafiq olaraq verilmiş “Baytarlıq Arayışı”nın olmadığı aşkar edilmişdir. X7 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-44-8/2-C-927/2024 №-li inzibati xətalar haqqında işlər üzrə bildiriş ünvanlanmış bildirişdən görünür ki, ona tərtib edilmiş inzibati xəta haqqında protokolla əlaqədar xx.xx.2024-cü il tarixdə regional bölmədə inzibati xətaya dair işə baxılacağı bildirilərək, iş üzrə bütün sübutların təqdim edilməsi təklif edilmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2009-cu il tarixli, 66 №-li Qərarı ilə təsdiq edilmiş Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, idxal-ixrac edilən heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq (baytarlıq-sanitariya) vəziyyətinin yoxlanılması və müvafiq baytarlıq sənədinin verilməsi, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydalarının 2.2-ci bəndində əsasən ölkə daxilində heyvanların, heyvan mənşəli məhsulların və xammalın hər hansı bir inzibati ərazidən kənara çıxarılmasına yalnız həmin ərazinin dövlət baytarlıq müfəttişi tərəfindən belə yüklərə tərtib edilmiş müvafiq arayış (yük rayon-şəhər ərazisindən kənara çıxarılmadıqda, 1 nömrəli əlavə) və ya şəhadətnamə (ölkə ərazisində daşınması üçün, 2 və 3 nömrəli əlavələr) verildikdə yol verilir. Həmin Qaydalara 1 nömrəli Əlavədə nəzərdə tutulan “X9”nın “Qeyd” hissəsində göstərilmişdir ki, baytarlıq arayışı yalnız şəhər (rayon) ərazisində daşınan dövlət baytarlıq nəzarətində olan yüklərə verilir. Həmin Qaydalara 3 nömrəli Əlavədə nəzərdə tutulan “X3”nın “Qeyd” hissəsində göstərilmişdir ki, bu şəhadətnamə dövlət baytarlıq müfəttişləri tərəfindən dövlət baytarlıq nəzarətində olan heyvan mənşəli çiy məhsullara və xammala yalnız ölkə ərazisində daşınması üçün verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsinə görə heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istehsalına görə - fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. X1 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və ya şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmiş, formal mülahizələrə söykənən dəlillərini şikayətdə göstərmişdir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək X1nun şikayətdə göstərdiyi dəlillərə tənqidi yanaşır və hazırki şikayətdə göstərdiyi dəlillər məsuliyyətdən yayınmaq məqsədi güdməklə və işin faktiki halları ilə öz təsdiqini tapmır. Şikayətdə irəli sürülmüş formal mülahizələrə söykənən dəlillər qanuni və əsaslı olan inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün əsas ola bilməz. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X12 tanışı Abdul Məmmədovun adına verilmiş 30 mart 2024-cü il tarixli, xx-xx/0499 №-li baytarlıq arayışı əsasında 03 aprel 2024-cü il tarixdə Lənkəran rayonu Gərmətük qəsəbəsi ərazisində ət satışını həyata keçirmişdir. Hansı ki, həmin baytarlıq arayışı əsasında satışına yalnız Masallı rayonu Qarğalıq kəndi ərazisində satışına icazə verilmiş ət məhsulu Abdul Məmmədov tərəfindən qanunsuz olaraq Masallı rayonundan Lənkəran rayonu ərazisinə daşınmış və Mais Cabbarov tərəfindən satışı həyata keçirilməklə istehlakçılara təqdim edilmişdir. Halbuki, sözügedən çiy ət məhsulunun Masallı rayonundan Lənkəran rayonu ərazisinə daşınaraq satışının həyata keçirilməsi üçün Abdul Məmmədov tərəfindən müvafiq baytarlıq arayışı deyil, müvafiq baytarlıq şəhadətnaməsi əldə edilməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 10 may 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X12 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 10 may 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X12 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 inzibati tənbeh vermə haqqında 10 may 2024-cü il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar