Məhkəmə qərarları › İş №3(049)-537/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-537/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-537/2025 17.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 232-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus Lənkəran rayonu Qurunba kənd ərazisində yerləşən saxlanc yerini yandıraraq zərər vurulması nəticəsində sonuncuya 1700 azn dəyərində ziyan vurmasına görə barəsində Lənkəran ŞRPŞ-in səlahiyyətli şəxsi tərəfindən xx.xx.2025-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, hesab edir ki, inzibati xəta haqqında materiallar inzibati orqana geri qaytarılmalıdır. İş materiallarına əlavə olunmuş «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərarından görünür ki, zərər çəkmiş şəxsin ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Lənkəran ŞRPŞ-nin İTB-yə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən dan görünür ki, Şəxsnun İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş əməli törədilməsi nəticəsində 1700 manat maddi ziyanın vurulması qeyd edilsə də həmin ziyanın hansı mötəbər sənəd əsasında müəyyən edildiyi qeyd olunmamışdır. Məhkəmə tərəfindən əldə edilmiş HK-1/640 nömrəli material əldə edilərək baxılan zaman həmin material üzrə 21 mart 2025-ci il tarixli qərarın ümumiyyətlə Şəxs göndərilmədiyi müəyyən edilmiş, məhkəmə iclasında iştirak edən Şəxs və onun vəkili belə bir qərarın qəbul edilməsindən məlumatlı olmadıqlarını, bu barədə məlumat əldə etdikdən sonra həmin qərardan Lənkəran rayon məhkəməsinə şikayət etdiklərini bildirdi. Elektron məhkəmə informasiya sisteminə baxış keçirilən zaman Şəxs tərəfindən «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərarından xx.xx.2025-ci il tarixdə şikayət edildiyi və hazırda Lənkəran Rayon Məhkəməsinin icraatında 6(049)-22/2025 nömrəsi ilə qeydə alındığı müəyyən edildi. İXM-nin 232-1-ci maddəsinə görə özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeydində görünür ki, bu maddədə «az miqdar» dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Göründüyü kimi İXM-nin 232-1-ci maddəsinin tərkibinin yaranması üçün vurulmuş ziyanın məbləği 5000 manatadək olmalı və tətbiq ediləcək inzibati tənbeh də vurulmuş ziyanın məbəği ilə müəyyən edilir. İnzibati xəta haqqında protokolda vurulmuş maddi ziyanın miqarının dəqiq qeyd olunmaması həmin işə mahiyyəti üzrə baxılmasını istisna edir və bunu tamamlamaq mümkün deyildir. İXM-nin 100.1.4 və 100.1.9-cu maddələrinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, həmçinin inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər inzibati xəta haqqında protokolda göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, protokol və digər sənədlər düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunmuş MN № ******* saylı protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunmuş MN № ******* saylı protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar