Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-538/2025 14.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi: X3, Şikayət verən şəxs: X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28550172 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, müəyyən etdi: X2 ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək EQ 28550172 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati nənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, 13 iyun 2025-ci il tarixdə Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Lənkəran rayonu Girdəni kəndi ərazisində saat 14:23 radələrində hərəkət edərkən, yolun sağ tərəfində X7 İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımının əməkdaşlarının xidməti avtomobillərində tam hərəkətsiz duraraq dayandığının şahidi olmuşdur. Təqribən 2 saat keçdikdən sonra “SMS RADAR” mobil tətbiq proqramına bildiriş gələrək, Lənkəran, İmadəddin Nəsimi küçəsində ərazisində guya yolda müəyyən edilmiş surət həddini 10-20 km/saat aşaraq, İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinin tələblərini pozmuşam. Nəticə etibarı ilə inzibati tənbeh vermə haqqında qərarla tanış olarkən, aydın şəkildə qeyd edilmişdir ki, “sürət həddi 40 km/saat tələb olunan ərazidə 51 km/saat sürətlə **-HH-*** dövlət qeydiyyat nişanlı X8 minik markalı avtomobilim ilə sürət həddini pozmaqla, barəmdə “EQ 28550172” nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir”. Bütün bunlara baxmayaraq, sonuncu dəfə Lənkəran, İmaməddin Nəsimi küşəsində nə zaman olmağını xatırlaya bilməmişdir. Belə ki, qeyd olunan tarixdə inzibati xətanın törədilidiyi iddia edilən ərazidə avtomobilini idarə edərkən, sürət həddinin aşağı olduğuna əmin olduğumdan, dəqiqləşdirməkdən ötrü nəqliyyat vasitəmə quraşdırdığım “X9 D 08” markalı video qeydiyyatçının görüntülərinə nəzər yetirmiş və həmin ərazidə aşkar şəkildə görülməkdə idi ki, sürət həddi 33-35 km/saat olmuşdur. Bu hadisəni özlüyümdə texniki səhv kimi qiymətləndirərək, aidiyyəti üzrə “e-polis” mobil tətbiqi üzərindən Daxili İşlər Nazirliyinə rəsmi müraciət etmişdir. Etmiş olduğu müraciətini şikayət müddətinin 20-ci gününə qədər, yəni xx.xx.2025-ci il tarixinə qədər gözləməyinə baxmayaraq, Daxili İşlər Nazirliyindən hər hansı bircavab almadığı üçün, məsələyə köklü şəkildə aydınlıq gətirməkdən ötrü məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir Baş X7 İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımının əməkdaşlarının qəbul etmiş olduğu qərar tam əsassızdır və ləğv olunmalıdır. xx.xx.2025-ci il tarixli inzibati qərarda inzibati xətanın baş verdiyi ərazinin düzgün qeyd olunmaması və sürət həddini düzgün müəyyən etmədiyindən inzibati xətanın natamam sübuta yetirilməsi hesab olunur. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X2 şikayət ərizəsinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə, habelə iş üzrə sübutları təqdim edilməsi üçün məhkəmə bildirişi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımına xx.xx.2025-ci il tarixdə poçt vasitə ilə, habelə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə xx.xx.2025-ci il tarixdə AZDOC (Elektron Sənəd dövriyyəsi) vasitəsi ilə çatdırılmasına baxmayaraq qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə, qərarından şikayət verilən orqanı məhkəmə iclası barədə məlumatlandırılmış hesab edərək şikayətə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 13 iyun 2025-ci il tarixli, EQ 28550171 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 10 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin Qərarda inzibati xətanın törədildiyi yer: Lənkəran şəhər, İmaməddin Nəsimi küçəsi saat 14:23 göstərilmişdir. Şikayətə əlavə edilmiş 3 ədəd fotoşəkildən görünür ki, Hyundai markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ərazidəki sürəti limiti 40 km /saat, faktiki sürəti isə 51 km saat göstərilmişdir. Şikayət verən şəxs tərəfindən məhkəmədə təqdim edilmiş videogörüntüdən görünür ki, 13 iyun 2025-ci il tarixdə, saat 14.23-də **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil Lənkəran rayonu, Girdəni kəndi ərazisində 33-35 km/saat surətlə idarə olunmuşdur. Məhkəmə, aşağıdakılara əsasən hesab edir ki, iş üzrə şikayət təmin edilməli, Baş X7 İdarəsi tərəfindən çıxarılmış “İnzibati xəta haqqında iş üzrə” xx.xx.2025-ci il tarixli EQ 28550172 nömrəli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 328.1-ci maddəsinin tələbinə görə Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə-on manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. İXM-nin 61.1.9-cu maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüququ vardır. İXM-nin 93.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış fasiləsiz videoçəkiliş aparılmaqla nəqliyyat vasitəsi sahibinin iştirakı ilə həyata keçirilir. İXM-nin 93.3-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış haqqında protokolda fasiləsiz videoçəkilişdən istifadə barədə müvafiq qeyd aparılır və videoçəkilişi əks etdirən məlumat daşıyıcısı həmin protokola əlavə edilir. İXM-nin 122.1-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. “X5” Azərbaycan Respublikası Qanunun 83-cü maddəsinin İİ hissəsinə əsasən yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Göründüyü kimi qanunvericilik konkret olaraq yol hərəkəti təhlükəsizliyi əleyhinə törədilmiş inzibati xətaların aşkar edilməsini videomüşahidə aparılmaqla müəyyən edilməsini, habelə vizual müşahidə nəticəsində aşkar edildikdə belə həmin halların xüsusi texniki vasitələr vasitəsi ilə inteqrasiyasını təsbit etmişdir. Məhkəmə iclasında araşdırılan şikayətdən müəyyən olunur ki, şikayət verən şəxs inzibati xətanın baş vermədiyini bildirmişdir. Məhkəmə tərəfindən şikayət verilən orqanın nümayəndəsinə iş üzrə sübutları- təqdim etməsi təklif edilmiş, lakin sübutların məhkəməyə təqdim edilməməsi ilə yanaşı qərar qəbul edən orqanın nümayəndəsi də məhkəmədə iştirak etməmişdir. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə, yəni inzibati xəta haqqında sübutlar mübahisələndirildiyindən inzibati xətaya görə inzibati tənbeh vermə qərarının qüvvədə saxlanılması qanunvericilik baxımından da yolverilməzdir. Məhkəmə xüsusilə qeyd edir ki, yuxarıda da göstərildiyi kimi xx.xx.2025-ci il tarixli EQ 28550172 nömrəli nömrəli qərarın qəbul edilməsinə əsas qayda pozuntusu ilə bağlı görüntülər olmuşdur. Lakin həmin görüntülər videoformatda deyil kağız daşıyıcıda şikayətçi tərəfindən təqdim edilmişdir. Həmin videogörüntü də daxil olmaqla sübut təqdim edilməsi təklif edilsə də, qərar qəbul edən orqan hərəkətsizlik nümayiş etdirmişdir. Eləcə də, həmin görüntülər şikayət verən şəxsin məhkəməyə təqdim etdiyi və məhkəmədə tədqiq edilən videogörüntülərlə tam təkzib edilməklə mötəbərliyi mübahisələndirilmişdir. İXM-nin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə olan halda, yəni xx.xx.2025-ci il tarixli EQ 28550172 nömrəli nömrəli qərarın qəbul edilməsinə əsas qayda pozuntusu ilə bağlı görüntülərin mötəbərliyi ilə bağlı şübhə olduğundan həmin sübut məhkəmədə mötəbər hesab oluna bilməz. Bundan başqa, məhkəm xüsusilə vurğulayır ki, İXM-nin 100.1.4-cü maddəsinin tələbinə görə inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti inzibati xəta haqqında protokolda göstərilməli olduğu halda, xx.xx.2025-ci il tarixli EQ 28550172 nömrəli inzibati xəta haqqında qərarda inzibati xətanın törədildiyi yer kimi “Lənkəran şəhər, İmanəddin Nəsimi küçəsi” göstərilmişdir. Lakin məhkəmədə tədqiq edilən videogörüntüdən görünür ki, inzibati xətanın törədilməsi iddia edilən vaxtda, yəni 13 iyun 2025-ci il tarixdə, saat 14.23-də **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil Lənkəran rayonu, İmadəddin Nəsimi küçəsində deyil, Lənkəran rayonu, Girdəni kəndi ərazisində olmuşdur. Bu baxımdan iddia olunun inzibati xətanın törədilmə yeri də məhkəmə üçün müəyyən deyildir. Bütün göstərilənlər iş üzrə xx.xx.2025-ci il tarixli EQ 28550172 nömrəli qərarın ləğv edilməsi üçün əsas kimi çıxış edir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunmsı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-nin 53.2-ci maddəsində isə göstərilmişdir ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28550172 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X2 barəsində İXM-nin 328.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə” xx.xx.2025-ci il tarixli EQ 28550172 nömrəli qərar ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-538/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-538/2025
14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver