Məhkəmə qərarları › İş №3(049)-539/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-539/2025

14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-539/2025 14.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs:Şəxs iştirakı ilə, xx xxxxxx 1956-cı il tarixdə Lənkəran rayonun Alxovka kənində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Lənkəran Rayon Göyşaban Bələdiyyəsinin sədri vəzifəsində işləyən, Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (FİN:xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 549.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Lənkəran Rayon Göyşaban bələdiyyəsinin 21 iyun 2025-ci il tarixli 12 saylı iclas protokolu qanunla müəyyən edilmiş müddətdə Lənkəran Regional Ədliyyə İdarəsinə təqdim edilmədiyi üçün bələdiyyənin sədri Şəxs barəsində İXM-nin 549.2-ci maddəsi ilə 30 iyun 2025-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, 2000-ci ildən Lənkəran rayonu Göyşaban bələdiyyəsində sədr vəzifəsində işləyir. 21 iyun 2025-ci il tarixli 12 saylı iclasdan bələdiyyə büdcəsinə pul vəsaitinin ayrılması barədə qərar qəbul olnmuşdur, lakin sözügüdən iclas protokolu xx.xx.2025-ci il tarixdə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sisteminə yerləşdirilmişdir. Bələdiyyə iclasında qəbul edilmiş aktı onun qəbul edildiyi tarixdən 3 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqanın informasiya sisteminə yerləşdirməli olduğu halda, həmin sözügedən bələdiyyə aktı xx.xx.2025-ci il tarixdə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sisteminə yerləşdirilmişdir. Səhhəti ilə bağlı bir müddət yəni iyun ayının 23-dən 25-dək işə çıxa bilməmiş, bu səbəbdən bələdiyyə aktını vaxtında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sisteminə yerləşdirə bilməmişdir. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Lənkəran Regional Ədliyyə İdarəsinə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi gəlməmiş və gəlməməsi barədə rəsmi məlumat verməmişdir. Məhkəmə, protokol tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş 30 iyun 2025-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati iş üzrə icraat aparılan Fətdayev X1 rayon Göyşaban bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 12 saylı iclas protokolu qanunla müəyyən edilmiş müddətdə 3 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqanın informasiya sisteminə yerləşdirilmişdir.bununlada Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarına əlavə edilmiş 21 iyun 2025-ci il tarixli 12 saylı iclas protokolundan görünür ki, Lənkəran rayon Göyşaban bələdiyyəsində iclas keçirilmiş və qərarlar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın mövcud olması inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və digər sübutlarla təsdiq olunur və buna görə də Şəxs barəsində İXM-nin 549.2-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 549.2-ci maddəsinə görə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə - vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-140-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar