Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-540/2025 14.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi: X9 iştirakı ilə, Qərarından şikayət verilmiş orqanın nümayəndəsi: X3 iştirakı ilə, X12 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Lənkəran X13 29 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X22 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Lənkəran X13 rəi müavini X8 29 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Lənkəran rayonu Daşdatük kənd sakini X10 tərəfindən “Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin sahə müfəttişi vəzifəsinin müvəqqəti əvəz etdiyi halda əmək haqqısına əlavənin ödənilməməsi” barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Lənkəran- Astara regional şöbəsinə etdiyi şikayətlə əlaqədar olaraq Milli Parkda aparılan araşdırma zamanı Hirkan Milli Parkın direktoru X22 barəsində 24 fevral 2025-ci il tarixində “İnzibati xəta haqqında” MN2122681 nömrəli protokol tərtib edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsi) nəzərdə tutulmuş inzibati xəta törədilməsi barədə 28 fevral 2025-ci il tarixində MN1808647 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərardadla 700 manat (yedi yüz) məbləğində cərimə edilib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Lənkəran-Astara regional şöbəsi xx.xx.2025-ci il tarixli 3-17-5/2-20260/2025 nömrəli göstəriş xarakterli məktubu ilə Hirkan Milli Parkından tələb olunmuşdur ki, 30 (otuz) gün müddətində X5 əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyasını icra etməklə yanaşı, Seyfidor meşəbəyliyin sahə müfəttişi vəzifəsini icra etdiyi müddətə görə əmək haqqısına əlavənin hesablanıb ödənilməsini təmin edib nəticəsi barədə məlumat verilsin. Hirkan Milli Parkı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin göstəriş xarakterli məktubuna cavab olaraq Lənkəran rayonu Daşdatük kənd sakini X10 tərəfindən “Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin sahə müfəttişi vəzifəsinin müvəqqəti əvəz etdiyi müddət üçün əmək haqqısına 6841,15 manat əlavə əmək haqqı hesablandığını eyni zamanda Milli Park büddcə təşkilatı olduğundan Maliyyə Nazirliyi tərəfindən həmin vəsait maliyyələşdirildikdən sonra hesablanmış vəsait Hirkan Milli Parkı tərəfindən X4 hesabına ödəniləcəyini bildirmişdir. Bundan əlavə Milli Park tərəfindən həmin vəsaitin maliyyələşdirilməsi ilə əlaqədar olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinə 07 aprel 2025-ci il tarixində 098/HMP nömrəli məktubla müraciət olunmuşdur. Odurki həmin vəsaitin 30 gün ərzində ödənilməsi mümkün olmamışdır. Buna baxmayaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Lənkəran-Astara regional şöbəsi 23 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə (Əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə) X22 barəsində MN ******* nömrəli protokol tərtib edərək vəzifəli şəxs kimi 1000 manat (bir min) manat cərimə edilmiş, hüquqi şəxs kimi isə Hirkan Milli Parkı cərimə etməkdən ötrü 23 aprel 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edərək Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. 29 aprel 2025-ci il tarixində “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” MN ******* nömrəli Qərar qəbul edərək 30 gün müddət müəyyən edilmişdir. Lənkəran Rayon Məhkəməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Lənkəran-Astara regional şöbəsi tərəfindən tərtib edilmiş 23 aprel 2025-ci il tarixli MN ******* nömrəli protokol araşdırılaraq Hirkan Milli Parkı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və inzibati məsuliyyətdən azad edilməsi barədə 29 may 2025-ci il tarixində 3(049)-396/2025-ci il saylı Qərar qəbul etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X15 rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmiş gəlməməsi barə də məhkəməy rəsmi məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Lənkəran X13 baş məsləhətçi-əmək müfəttişi X11 şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-38494/2025 saylı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin X17 Şöbəsi, Hirkan Milli Parkın direktor əvəzi Vüsal Həsnova ünvanlanmış məktubda görünür ki, xx.xx.2025-ci il tarixli 3-17-5/2- 20260/2025 nömrəli,göstəriş xarakterli məktubun icrasını təmin edib nəticəsi barədə X16 Xidmətinin X17 Şöbəsinə rəsmi məlumat vermələsi barədə xəbərdar etmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış xx.xx.2025-ci il tarixli MN ******* saylı İnzibati cəriməni şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, Hirkan Milli parkın direktoru əvəzi X22 övlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran X13 xx.xx.2025-ci il tarixli 3-17-5/2-20260/2025 nömrəli göstərişini yerinə yetirməmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Lənkəran Rayon Məhkəməsi nin xx.xx.2025-ci il tarixli 3(049)-396/2025-ci il tarixli qərardan görünür ki, Hirkan Milli Park Barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi il başlanılmış inzibati xətav haqqında iş üzrə icraata xitam verlmiş və inzibati məsuliyyətdən azad edilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış xx.xx.2025-ci il tarixli 3-17-5/2-20260/2025 saylı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin X17 Şöbəsi, Hirkan Milli Parkın direktor əvəzi Vüsal Həsnova unvanlanmış məktubda görünür ki, 30 gün müddətində X5,əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyasını icra etməklə yanaşı Seyfidor meşəbəyinin sahə müfəttişi vəzifəsini icra etdiyi müddətə görə əmək haqqına əlavənin hesablanıb ödənilməsini təmin edib.nəticəsi barədə X16 Xidmətinin X17 Şöbəsinə rəsmi məlumat verilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış xx.xx.2025-ci il tarixli MN ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə X1 əmək haqqının hesablanması Əmək məcəlləsinin 161.1-ci maddəsini pozaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək əvəz etdiyi Seyfıdor meşəbəyliyi sahə müfəttişi vəzifəsinə görə əlavə ödəniş ödənilməmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış xx.xx.2025-ci il tarixli 3-17-5/2-18686/2025 saylı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin X17 Şöbəsi, Hirkan Milli Parkın direktor əvəzi Vüsal Həsnova ünvanladığı məktubda görünür ki,inzibati məsuliyyətə cəlb olunmağı məqsədi ilə barəsində xx.xx.2025-ci il tarixdən tərtib olunmuş MN ******* nömrəli inzibati xəta haqqında Protokola əsasən xx.xx.2025-ci il tarixli MN1808647 nömrəli inzibati tənbeh vermə haqqında Qərarla 700 manat məbləğində cərimə olunması haqqında xəbərdarlıq edilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Parkın direktor əvəzi Vüsal Həsnovun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Lənkəran X13 rəisi Etibar Vəliyeva ünvanlanmış məktubdan görünür ki,Hirkan Milli Parkı budcə təşkilatı olduğuna görə Maliyə Nazirliyi tərəfindən həmin vəsaitin aprel ayının sonunda maliyələşdirmək nəzərdə tutulur. Hesablanmış vəsait Hirkan Milli Parkının hesabına mədaxil edildikdən sonra X4 hesabına ödənilməsi təmin ediləcəyi bildirilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış xx.xx.2025-ci il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlnması haqqında qərardan görünür ki, İşəgötürən X16 Xidmətinin Lənkəran X13 xx.xx.2025-ci il tarixli 3-17-5/2-20260/2025 nömrəli göstərişini yerinə yetirməmişdir nəticədə X22 Azərbaycan Respublikasının İXM-nin 539.1-1-ci maddəsi ilə inzibati xəta törətmişdir. İXM-nin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinə əsasən, Müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür. Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 172.4-cü maddəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 172-ci maddəsinin qeydində göstərilir ki, Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. İXM-nin 539.1-1-ci maddəsinin tələbinə əsasən əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir Məhkəmə şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta tərkibi həmin maddədə göstərilən tələblərə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə yaranır. Hazırkı halda isə, X22 tərəfindən göstərişlərin qəsdən icrasından yayınması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Belə ki, iş materiallarından görünür ki, Hirkan Milli Parkı tərəfindən X6 2021-2024-cü illər üçün əlavə işə görə əmək haqqı hesablanmış və 07 aprel 2025-ci il tarixdə AR ETSN yanında X2 Xidmətinə müraciət edilmiş, həmçinin AR ETSN yanında X2 Xidmətinin maliyyə, iqtisadiyyat və satınalmalar sektoru müdiri X7 izahat verərək göstərmişdir ki, Hirkan Milli Parkı tərəfindən R.Əzizovun əmək fəaliyyətinə görə hesablanmış bağlı müvafiq pul vəsaitinin ödənilməsilə bağlı 07 aprel 2025-ci il tarixli məktubdan məlumatlı olsalar da, AR ETSN yanında X2 Xidmətinin rəisi tərəfindən tapşırıq olmadan üst quruma müraciət edərək, büdcə vəsaiti ayırmamışdır. Məhkəmə qeyd edir ki, Hirkan Milli Parkının direktor vəzifə səlahiyyətlərinə əmək müqaviləsi üzrə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçısı səlahiyyətləri verilsə də, Hirkan Milli Parkı direktor vəzifəsinin səlahiyyətlərini icra edən şəxsin bir başa büdcə vəsaiti ayırması mümkün deyildir, buna səbəb Hirkan Milli Parkı AR ETSN-ə tabe büdcə vəsaiti təşkilatı, yəni tabe olduğu üst qurum tərəfindən maliyyələşən təşkilat olmasıdır. Göründüyü kimi R.Əzizova müvafiq pul vəsaitinin ödənilməsini qəbul edilir, üst quruma tabe olduğundan və bir başa büdcə vəsaitini ayıraraq R.Əzizova ödənilməsi Hirkan Milli Parkının səlahiyyətində olsa da, idarədaxili tənzimləndiyindən üst qurumun müvafiq vəsait ayırması ilə ödəniş həyata keçirildiyi üçün 07 aprel 2025-ci il tarixdə müvafiq məktubu ünvanlamış, üst qurum bundan xəbərdar olsa da, qeyd olunan məbləğdə pul ödəməmişdir. Azərbaycan Respublikası Hirkan Milli Parkı haqqında 24 aprel 2004-cü il tarixli əsasnamənin 1.8-ci bəndinə əsasən Milli Park dövlət büdcəsindən, yerli büdcələrdən, büdcədənkənar vəsaitlərdən, ətraf mühitin mühafizəsi üzrə fondların vəsaitləri hesabına və qanunvericilikdə qadağan edilməyən digər maliyyə mənbələrindən maliyyələşdirilir. Həmin əsasnamənin 1.9-cu bəndinə əsasən Milli Parkın idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarənin xüsusi fondu və vəsaitləri ola bilər. Bu fondun və vəsaitlərin yaradılması və onlardan istifadə qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Həmin əsasnamənin 6-cı bəndinə əsasən Milli Parkın vəziyyətinə, mühafizəsi, qorunması və bərpası üzrə tədbirlərin yerinə yetirilməsinə, qanunvericiliklə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Həmin əsasnamənin 7.1-ci bəndinə əsasən Milli Parkın strukturu, ştat cədvəli və xərclər smetası Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Tərəfindən təsdiq edilir. Həmin əsasnamənin 7.4.5-ci və 7.4.7-ci bəndlərində göstərilmişdir ki, direktor Milli Parkın mühafizə rejimi, elmi tədqiqatların və onların tətbiqinin nəticələri haqqında hesabatları, habelə maliyyə-təsərrüfat fəaliyyəti barədə maliyyə və statistika hesabatlarını müəyyən olunmuş qaydada aidiyyəti üzrə təqdim etməsi və Milli Parkın fəaliyyətinə aid olan məsələlərlə əlaqədar məhkəmələrdə çıxış edir, müvafiq prosessual hüquq və vəzifələri həyata keçirmə səlahiyyətlərinə malikdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında əsasnamənin 5.1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.), habelə Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanı Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir. 5.5.14-cü maddəsində göstərilmişdir ki, dövlət büdcəsindən ayrılan vəsaitin, həmçinin büdcədənkənar xüsusi vəsaitin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürür, səmərəli və təyinatı üzrə xərclənməsini, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidməti haqqında əsasnaməsinin 3.0.68-ci maddəsində göstərilmişdir ki, X2 Xidməti fəaliyyətinin təşkili ilə bağlı ayrılan dövlət büdcəsi vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək səlahiyyətlərinə malikdir Məhkəmə hesab edir ki, X6 2021-2024-cü illər üçün əlavə işə görə əmək haqqı hesablanmış ödənişin verilməsi subyekti üzrə məsul şəxsin müəyyən edilməsinə inzibati araşdırma tam, hərtərəfli aparılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəra qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Lənkəran X13 29 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin X17 Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Lənkəran X13 29 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin X17 Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-540/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-540/2025
14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver