Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-541/2025 07.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran Şəhər Rayon X8 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1987-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi : Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X1 tərtib etdiyi xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallarda qeyd edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21-35 radələrində xurafat yönümlü tədbirlərin reqlamentdən kənar həyata keçirilməsini Böyuk Bazar məscidinin daxilində uca səslə tələb edərək, daha sonra nalayiq sözlərlə təhqiredici ifadələr işlətməklə, daha sonra orada xidmət göstərən polis əməkdaşlarının qanuni tələblərinə riayət etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 məhkəmə iclasında iştirak edib, protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, Şəxs müvafiq inzibati xətaları törətməsi şahidlərin izahatları və digər iş materialları ilə də tam sübuta yetir. Həmçinin o, özü də 05 iyul 2025-ci il tarixdə Lənkəran şəhəri, Böyük Bazar məscidində keçirilən “Şami qəriban” tədbiri zamanı məscidin yaxınlığında xidmətdə olmuşdur və Şəxs qeyd edilən əməlləri törətdiyinin şahidi olmuşdur. Belə ki, həmin gün təxminən 21:30 radələrində məscidin əməkdaşı olan bir şəxs polislərə müraciət edərək, bir nəfər şəxsin məscidin daxilində keçiriln tədbirə maneçilik yaratdığını bildirdi. Bu zaman polis əməkdaşları məscidin içərisinə daxil olaraq Şəxs orada uca səslə nalayiq ifadələr işlətdiyini, həmçinin mərasimdə iştirak edən şəxslərin də ona qoşulmasını tələb etdiyini müşahidə etdilər. Polis əməkdaşları dəfələrlə Şəxs sakit olmasını, asayişə riayət etməsini tələb etsələr də o, bütün bu qanuni tələbləri cavab verməyərək, öz qanuna zidd hərəkətlərini davam etdirmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin sanksiyası həddində cəzalandırılmasını və ona inzibati həbs cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzabati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, protokolda qeyd edilən inzibati xəta əməlini törətməkdə özünü təqsirli bilmir. Belə ki, o, 05 iyul 2025-ci il tarixdə Lənkəran şəhərində yerləşən “Böyük bazar” məscidində keçirilən dini tədbirdə iştirak etmişdir. Məscidin axundu tərəfindən mərsiyyə oxunarkən o, var gücü ilə uca səslə “bu gün aşurə günüdür” ifadəsini işlətmişdir. Bu ifadələri işlədərək atrafda olan şəxslərin də ona dəstək olmalarını istəmişdir. Hesab edir ki, dini tədbirin günü düzgün tarixə təyin edilməmişdir. Bu ifadələri işlətməkdə məqsədi dini məclisin 06 iyul 2025-ci il tarixində də davam etdirilməsini istəməsi olmuşdur. Məscidin axundu ilkin olaraq ona xəbərdarlıq edərək, sakitləşməsini istəmişdir. O, isə uca səslə ifadələrini davam etdirmişdir. Sonradan məscidin axundu Hacı Sədi onu öz iş otağına dəvət edərək orada onunla söhbət etmişdir. Həmin söhbət zamanı da o, axundun fikirləri ilə razılaşmadığını bildirmişdir. Axundun iş otağında polis əməkdaşları da olmuşdur. Mərasim bitdikdən sonra məscidin işıqları söndürülərkən də buna etiraz edərək, mərasimin davam etdirilməsini tələb etmişdir. Lakin polis əməkdaşlarının qanuni tələblərinə riayət etməkdən boyun qaçırmamışdır. O, pois əməkdaşlarının avtomobilinə əyləşərək, onlarla bidlikdə polis şöbəsinə getmişdir. Ən yüngül cəzanın ona təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən polis əməkdaşı X5 ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 21:35-də PPXB-nin polis serjantları Fərahim Cəfərov, Əli Əkbərli, Lənkəran ŞRPŞ-nin YYÇİÜ baş inspektoru polis mayoru Fazil Bağırov və Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı Rəşid Hüseynovla birlikdə məhərrəmlik ayının şami qəriban mərasiminin keçirilməsi zamanı ictimai asayişin qorunması məqsədilə Böyük Bazar məscidinə xidmətə cəlb olunmuşdur. Xidmət aparan zaman məscidin imamı və nümayəndə heyəti bir nəfər şəxsin məscidin içində uca səslə xurafat yönümlü tədbirlərin reqlamentdən kənar həyata keçirilməsini əsas götürüb ictimai qaydanı özünün əxlaqsız hərəkətlərin qarşısını almaq məqsədilə onları məscidin ehtiyyat giriş zalına çağırış edib orada ictimai qaydanı pozan şəxsi onlara təqdim etdiyi zaman həmin şəxs özünü çılğın şəkildə apararaq və nümayişkaranə və uca səslə hay-küy salaraq öz əməllərini onların qarşısında davam edici formada apardığına görə həmin şəxsə törətdiyi qanuna zidd əmələ son qoymağı tələb etsələr də, o, xidməti geyimli polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadan ictimai qaydanın özünəməxsus tərzdə əxlaqi dəyərlərə zidd hərəkətləri ilə pozmuşdur. Onlar həmin şəxsi ŞRPŞ-nə gətirmişlər. ŞRPŞ-də məlum olmuşdur ki, həmin şəxs Lənkəran şəhəri Z.Əliyeva küçəsi ev 78/14, mənzil 13-də qeydiyyatda olmaqla yaşayan Şəxsdur. Sorğu zamanı vət Şəxs bildirmişdir ki, özü namaz qılandır, İran İslam Respublikasında bir neçə dəfə olmaqla Məşhəd ziyarətini etmişdir. İstifadə etdiyi mobil telefonda ölkə liderinin karikatura şəkilləri və digər ölkə prezidentlərinin fotoşop edilmiş şəkillərinin olması və paylaşması müəyyənləşdirilmişdir. Həmçinin üzərində olan bir ədəd qatlanmış vəziyyətdə olan bıçaq aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında şahid qismində iştirak edən Lənkəran Şəhər Rayon Polis Şöbəsinin polis əməkdaşı X3 və X6 da ifadələrində şahid X2 ifadəsində qeyd etdiyi xüsusatları təsdiqlədilər. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 ifadəsində bildirdi ki, Lənkəran şəhərində yerləşən “Böyük bazar” məscidində xütdam (xidmətçi) vəzifəsində işləyir. 05 iyul 2025-ci il tarixdə məscində keçirilən dini mərasimdə saat 21:35 rarədələrində sonradan adını bildiyi Şəxs adlı şəxs məscidin imamına qarşı hörmətsizlik edərək, uca səslə ifadələr işlətməyə başlamışdır. Bu zaman bu bu barədə tədbir görülməsi üçün məscidin yaxınlığında xidmət aparan polis əməkdaşlarına məlumat vermişdir. Polis əməkdaşları məscidə daxil olduqdan sonra dəfələrlə Şəxs sakitləşməyini tələb etsələr də o, bütün bunlara məhəl qoymayaraq, öz hərəkətlərini davam etdirmişdir. İnzibati xəta haqqında icraat aparan orqan tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş CD diskdə olan videoçəkilişlərə məhkəmə iclasında baxış keçirilərək, tədqiq edilən zaman videogörüntülərdə inzibati xəta haqında protokolda və şahidlərin izahatlarında qeyd edilən xüsusatlar öz təsdiqini tapdı. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, həmçinin inzibati xata haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və şahidlərin ifadələrini dinləyərək məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, işin məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, Şəxs 05 iyul 2025-ci il tarixdə Lənkəran şəhərində yerləşən “Böyük bazar” mscidində keçirilən dini mərasim zamanı özünün də məhkəmə iclasında ifadəsində bildirdiyi kimi uca səslə ifadlərər işlətməklə və bu hərəkətini davamlı olaraq və qəsdən davam etdirməklə ictimai qaydanı pozuşdur. Sonradan polis əməkdaşlarının ona bu hərəkətlərinə son qoymasını tələb etmələrinə baxmayaraq o, həmin hərəkətlərini davam etdirmişdir. Təqdim edilən video çəkilişdən də görünür ki, dini mərasim bitdikdən sonra məscidin axundunun iş otağında da Şəxs uca səslə ifadələr işlədir və həmin iş otağında polis əməkdaşları da vardır. Ona görə də o, İXM-nin 510 və 535.1-ci maddələrlə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Azərbaycan Respublikası 34.3-cü maddəsinə əsasən «Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər». Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta həmin Məcəllənin 510-cu maddəsində nəzədə tutulmuş xətaya nisbətən daha ciddidir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və ona həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh tətbiq olunmalıdır. İş materiallarına əlavə edilmiş “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 06 iyul 2025-ci il tarixdə saat 00:50-də inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 06 iyul 2025-ci il saat 00:50-dən hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-541/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-541/2025
07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver