Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-542/2025 21.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, barəsində X4 qərar qəbul edilmiş şəxs X2, Lənkəran ŞRPŞ-in DYP bölməsinin ispektoru Nümayəndə iştirakı ilə, X2 barəsində Lənkəran ŞRPŞ X5 bölməsinin səlahiyyətli şəxsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* №-li xx.xx.2025-ci il tarixli X4 qərardan X2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində X4 qərar qəbul edilmiş şəxs X2 şikayət verərək, Lənkəran ŞRPŞ X5 bölməsinin səlahiyyətli şəxsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* №-li xx.xx.2025-ci il tarixli X4 qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 27 iyun 2025-ci il tarixdə, saat 09:56-da, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, döngə 10,17 ərazisində idarəçiliyində olan “HYUNDAİ İX-35” markalı minik, **-HU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə, hərəkətdə olarkən Lənkəran rayonu Yol Patrul Xidməti inspektoru polis baş serjantı Nümayəndə tərəfindən, avtomobilinin saxlanmasına göstəriş verilmişdir. YPX inspektorunun göstərişinə tabeçiliy göstərib dərhal hərəkətdə olan maşınını yol kənarındakı dayanacaqda saxlamışdır. Avtomobilinə yaxınlaşan yol polisindən, maşınının saxlanılması səbəbini soruşduqda, yol polisi heç bir qanun pozuntusunun aşkar olunmamasını görüb, olmayan faktları onda axtarmağa başlamış. Guya hərəkətdə olan avtomobil sükanı arxasında telefonla danışmışdır. İnzibati xətanı törətməkdə təqsirli olmağına dair əlində mobil telefonun olması və ya video görüntülər həmçinin şahid ifadələri sübut növü kimi ona təqdim edilməmişdir. Bununla belə, Lənkəran ŞRPŞ-nin DYTB-nin YTX inspektoru tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (AR İXM) 342.6-cı maddəsi ilə inzibati xətaya yol verməyim haqqında İXP ******* nömrəli “X4 protokol” (İXP) tərtib etmişdir. Həmin ******* saylı İXP əsasında barəsində TP ******* saylı qərar da qəbul edilmişdir. Barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli, inzibati tənbeh vermə haqqında qərarı xx.xx.2025-ci il tarixdə, lənkəran ŞRPŞ-nin DYPB-dən şəxsən əlbə-əl almışdır. Lənkəran rayon YPX inspektorunun barəsində çıxardığı xx.xx.2025-ci il tarixli İXP ******* saylı X4 protokol və onun əsasında tərtib edilmiş TP ******* saylı cərimə qərarı ilə razı deyil. Məhkəmə iclasında barəsində X4 qərar qəbul edilmiş şəxs X2 şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat vermişdir. Lənkəran ŞRPŞ-in DYP bölməsinin ispektoru Nümayəndə tərəfindən videogörüntülər təqdim edildikdən və həmin görüntülər tədqiq edildikdən sonra isə qərarla razılaşdığını, lakin polis əməkdaşının davranışları ilə razı olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Lənkəran ŞRPŞ-in DYP bölməsinin ispektoru Nümayəndə qərarı müdafiə edərək həmin zaman sürücünün davranışlarına görə yaxa kamerasını açdığını və sürücü tərəfindən törədilən inzibati xətanın etiraf edildiyini bildirib, bu səbəbdən də tərəfndən protokol tərtib edildiyini, sürücü X1 inzibati qaydada cərmə edildiyini, qərarın qanuni və əsaslı olduğunu bildirdi. Məhkəmə iclasında nümayiş etdirilməklə tədqiq edilmiş videogörüntülərdən görünür ki, sürücü X2 yol polisi avtomobilinə yaxınlaşır və inzibati xətaya yol verdiyini bildirib, bir daha bu kimi əməllərə yol verməyəcəyini deyərək əməlini etiraf edir. Şikayətə əlavə edilmiş edilmiş TP ******* №-li xx.xx.2025-ci il tarixli X4 qərardan görünür ki, həmin qərar Azərbaycan Respublikası İXM-in 342.6-cİ maddəsi ilə xx.xx.2025ci il tarixdə X2 barəsində qəbul edilmiş və sonuncu 50 manat məbləğində inzibati tənbeh növündə cərimə edilmişdir. İXM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 126.1. Barəsində X4 iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin məcəllənin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) X4 iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, X4 iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə X4 iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Həmin məcəllənin 126.3-cü maddəsinə əsasən bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində X4 iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, Lənkəran ŞRPŞ X5 bölməsinin səlahiyyətli şəxsi tərəfindən qəbul edilmiş TP ******* №-li xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Lənkəran ŞRPŞ X5 bölməsinin səlahiyyətli şəxsi tərəfindən qəbul edilmiş TP ******* №-li xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran ŞRPŞ X5 bölməsinin səlahiyyətli şəxsi tərəfindən qəbul edilmiş TP ******* №-li xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı hesab edilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-542/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-542/2025
21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver