Məhkəmə qərarları › İş №3(049)-543/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-543/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-543/2025 23.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 iştirakı ilə, X4 barəsində Baş X9 idarəsinin inzibati tənbeh vermə haqqında 16/1-96204 №-li xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 şikayət verərək, Baş X9nin İdarəsinin MİS-nin xx.xx.2025-ci il tarixli, EQ 26623790 saylı protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibatı tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılmasına dair BDYPİ-nin xx.xx.2025-ci il tarixli, 16/1-96204 nömrəli qərarının ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli nıühahisələndirdiyi qərarda qeyd olunmuşdur ki, eyni tarixli EQ 26623790 saylı protokol əsasında müəyən edilmişdir ki, X4 xx.xx.2025-ci il tarixdə saat 08:47-də M-3, E-119, AH-8 Ələt-Aslara-İran yolunun 199-cu kilometrliyində mülkiyyətində olan KİA SORENTO MİNİK MARKALİ, ** UG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saaı həddində aşdığına görə İXM-nin 328.2-ci maddəsində nəzərəd tutulmuş inzibati xətanı törədib. Buna görə də ona 50 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir və bundan əlavə 2 bal sürücülük vəsiqəsinə tənbeh tətbiq edilmişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, həmin qərar tamamilə əsassız və qanunsuzdur və onun əməlində inzibati xəta tərkibi mövcud deyildir. Belə ki, özü Lənkəran rayonu, Şağlaser kəndində yaşayır. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdir. Lənkəran rayon Vəkil Bürosunda vəkillik fəaliyyəti də məşğul olur. xx.xx.2025-ci il tarixdə saat 11:00-da Şirvan Apellyasiya Məhkəməsində hakim Mahir Əsədlinin icraatında olan iddiaçı X1 cavabdeh X3 qarşı pul tələbinə dair verilmiş apellyasiya şikayətinə baxılması də bağlı məhkəmə baxış iclasında iştirak edib. Apellyasiya şikayəti təmin edilməklə Lənkəran rayon məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Həmin iclasda təmsil etdiyi şəxslə birlikdə saat 08:55 radələrində Lənkəran rayonu, Girdəni kəndindən (Dəmirağac marketin yaxınlığı mülkiyyətində olan avtomobillə Şirvana şəhərinə yola düşüb. Məhkəmə iclasında da iştirak etdikdən sonra Lənkəran şəhərinə qayıdıb. Qərarda inzibat xəta hadisəsinin baş verdiyi ver M-3. E-119, AH-8 Ələt-Astara-İran yolunun 199-ci kilometrliyi göstərilsə də həmin vaxt o idarə etdiyi avtomobillə qeyd olunan ərazidə olmayıbdır. Belə ki, xx.xx.2025-cı il tarixdə saat 11:00-da Nizamı rayon Məhkəməsində məhkəmə iclasında X8), 14:10-da Lənkəran Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclasında hakim Ayşən Vəliyeva), 15:50-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclasında hakim Ayşən Vəliyeva), 17:30-da Lənkəran Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclasında (hakim Əli Əliyev iştirak eliyib xx.xx.2025-ci il tarixdə saat 10-11 radələrində xx.xx.2025-ci il larixdə Şirvan Apellyasiya Məhkəməsində təmsil edəcəyi şəxslə vatsap ani mesajlaşma şəbəkəsi ilə yazışmaları, (səs yazıları) və yuxarıda qeyd olunan məhkəmə iclasları bir daha 12 mart 2025-ci il tarixdə saat 14:10-dan etibarən 13 mart 2025-ci il tarixə saat 09:00a kimi onun Lənkəran ravon ərazisində olduğunu təsdiq edir. Yazışmalarda onun təmsil edəcəyi 13 mart 2025-ci l tarixdə saat 08:30 radələrində Lənkəran rayonu, Girdəni kəndi ərazisində görüşməklə Şirvan şəhərində yola düşməyi barədə razılaşdığları öz əksini tapır. Bütün bu sadaladıqlarını onun inzibati xətanın baş verdiyi vaxt Lənkəran rayonu ərazisində olduğunu təsdiq edir. SMS radar vasitəsilə ona göndərilən video görüntülərdən görünür ki, həmin ərazi qərarda qeyd olunan M-3, E-119. AH-8 Ələt-Aslara-İran yolunun 199-cu kilometrliyi yox Lənkəran şəhər ərazisidir. Ləvəngi dairəsi istiqamətindən Şəhidlər Xiyabanı istiqamətinə gedən yoldur. Sultan saray şadlıq sarayına 200 metr qalmış) Lənkəran rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(049)- 261/2025 saylı qərarı ilə onun şikayəti qismən təmin edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin MİS-nin xx.xx.2025-ci il tarixli, EQ 26623790 savlı protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə göndərilmişdir. BDYPİ-nin xx.xx.2025-ci il tarixli, 16/1-96204 nömrəli qərarı ilə bir cümlə qeyd olunmuşdur ki, guya onun həqiqətən sürət hədinin tələblərini pozmağı öz təsdiqni tapmışdır. Həmin qərar kifayət qədər əsaslandırılmamış və heç əsaslandırıla da bilməzdi. Belə ki, hazırki şikayətinin faktiki hallarından və Lənkəran rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(049 )-261 /2025 saylı qərarından görünür ki, onun əməlində inzibati xəta tərkibi mövcud deyildir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumat verilmiş inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş səlahiyyətli orqan – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və inzibati xəta haqqında qərarın qəbul edilməsi üçün əsas olan sübutların məhkəməyə təqdim edilməsi təklif olunsa da, həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Şikayətə əlavə edilmiş edilmiş xx.xx.2025-ci il tarixli, 3(049)-261/2025 saylı qərardan görünür ki, Azərbaycan Respublikası Baş X9 İdarəsinin MİS-nin xx.xx.2025-ci il tarixi, EQ 26623790 saylı protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN BDYP-nə göndərilib. xx.xx.2025-ci il tarixli 16/1-96204 saylı qərardan görünür ki, E.İbrahimovun avtomobillə sürət məhdudiyyəti 50 km/saat olduğu halda 72 km/ saat sürətlə hərəkət etdiyi təsdiqini tapmış və onun barəsində Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat məbləğində inzibati cərimə növündə inzbati tənbeh tətbiq edilmişdir. Göründüyü kimi BDYPİ-in səlahiyyətli şəxsi tərəfindən Lənkəran Rayon Məhkəməsinin 30 .04.2025-ci il tarixli 3(049)-261/2025 nömrəli qərarında göstərdiyi hallara ümumiyyətlə münasibət bildirməmiş, həmin halları araşdırmamış, inzibati xətanın hansı ərazidə baş verməsi, həmin hadisə ilə bağlı sürücünün həqiqətən də qeyd edilən yolda hərəkət edib-etmədiyini dəqiqləşdirmədən qərar qəbul etmişdir. Halbuki, ilkin şikayətdən hazırki tarixədək şikayət etmiş şəxs ümumiyyətlə qeyd edilən tarix, saat və yerdə yəni, xx.xx.2025-ci il tarixdə saat 08:47-də M-3, E-119, AH-8 Ələt-Aslara-İran yolunun 199-cu kilometrliyində olmadığını bildirib bununla bağlı müvafiq sübutlar təqdim etsə də buna BDYPİ-i tərəfindən hər hansı münasibət bildirilməmişdir. İXM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin məcəllənin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Həmin məcəllənin 126.3-cü maddəsinə əsasən bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin məcəllənin 129-ci maddənin məzmunundan görünür ki, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir: Həmin məcəllənin 135.1.5-1-ci maddəsinin məzmunundan görünür ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin məcəllənin 134.1.3-cü maddəsinin məzmunundan görünür ki, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, Baş X9 idarəsinin 16/1-96204 №-li xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət təmin edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X4 tərəfindən verilmiş şikayət təmin edilsin. Baş X9 idarəsinin 16/1-96204 №-li xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar