Məhkəmə qərarları › İş №3(049)-545/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-545/2025

06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-545/2025 06.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X8, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1974-cü il tarixdə Lənkəran rayonu, Mamusta kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Lənkəran rayonu, Mamusta kəndində qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Lənkəran Şəhər Rayon X13 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı X11 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala baxaraq müəyyən etdi: Lənkəran Şəhər Rayon X9 Bölməsinin baş təhqiqatçısı polis baş leytenantı X5 16 may 2025-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 232-1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon X13 Təhlükəsizlik Bölməsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Lənkəran Şəhər Rayon X13 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı X11 tərəfindən MN ******* nömrəli, 24 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN ******* nömrəli, 24 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, Lənkəran rayonu, Mamusta kənd sakini Zərərçəkmiş şəxs məxsus pay torpaq sahəsinin dəmir hasarının həmin kənd sakini Şəxs tərəfindən sökülməsi və ona 694 manat maddi ziyan dəyməşdir. Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunmuşdur. İş materiallarından görünür ki, Lənkəran Şəhər Rayon X9 Bölməsinin baş təhqiqatçısı polis baş leytenantı X5 16 may 2025-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 232-1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon X13 Təhlükəsizlik Bölməsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Lənkəran Şəhər Rayon X13 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı X11 tərəfindən MN ******* nömrəli, 24 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Lənkəran rayonu, Mamusta kəndində olan pay torpaq sahəsinin dəmir hasarını o, sökmüşdür, lakin həmin torpaq sahəsi uzun illərdir ki, onundur. Həmin torpaq sahəsində olan dəmir hasarı da o, özü çəkmişdir və hazırda da öz çəkdiyi hasarı sökmüşdür. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Lənkəran rayonu, Mamusta kəndində yerləşən və ailəsinə məxsus pay torpaq sahəsinin dəmir hasarı həmin kənd sakini Şəxs tərəfindən sökülmüş və onlara 694 manat maddi ziyan dəyməşdir. Həmin torpaq sahəsi anası müvafiq çıxarışa əsasən anası X4 məxsusdur. Hazırda ona vurulmuş ziyanın ödənilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 16 may 2025-ci il tarixli qərarından müəyyən edilir ki, Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon X13 Təhlükəsizlik Bölməsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 14 mart 2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Lənkəran rayonu, Mamusta kəndində baş vermişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 16 may 2025-ci il tarixli Cənub Qiymətlindirici MMC-nin verdiyi rəydən görünür ki, ümümi uzunluğu 53 m olan metal tor hasarının bərpa dəyəri 649 manat maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2024-cü il tarixli AN ******* saylı Alqı-satqı müqaviləsindən görünür ki, satıcılar X15, X6, X7, X12, tərəfindən 0,288 ha torpaq sahəsi alıcı X1. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış ********** saylı xx.xx.2024-cü il tarixli Çıxarışdan görünür ki, Lənkəran rayonu, Mamusta kəndində yerləşən 0,50 ha torpaq sahəsi X2 tam mülkiyyətindədir. İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. İşin hallarından görünür ki, Şəxs inzibati məsuliyyətə cəlb edilmişdir ondan ötrü ki, o, Lənkəran rayonu, Mamusta kəndində yerləşən pay torpaq sahəsində özgənin, yəni Zərərçəkmiş şəxs əmlakını məhv etmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlər və izahatlarla Şəxs tərəfindən İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi, yəni Şəxs tərəfindən Zərərçəkmiş şəxs əmlakının qəsdən məhv edilməsi tam sübuta yetirilir. Göstərilənlərə yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Şəxs inzibati xətanı törətməsinin xx.xx.2025-ci il tarixdə müəyyən edilməsini, həmin tarixdən 4 aydan artıq müddət keçməsini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə İXM-nin 38.1-ci maddəsi tətbiq edilməli və iş üzrə icraata xitam verilməldir. Belə ki, İXM-nin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə, zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənilməsi ilə bağlı qeyd edir ki, İXMnin 115.2-ci maddəsinin tələbinə görə inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. Hazırda isə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati tənbeh tədbirinin tətbiq edilməsi cəlbetmə müddətinin keçməsi əsasına görə mümkün deyildir, lakin bununla yanaşı məhkəmə qeyd edir ki, vurulmuş maddi ziyana görə zərərçəkmiş şəxsin mülki mühakimə icraatı qaydasında ümumi məhkəməyə müraciət etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar