Məhkəmə qərarları › İş №3(049)-55/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-55/2023

15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-55/2023 15.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X26 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, X2 və onun vəkili X3, Qərarından şikayət verilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Lənkəran Ərazi Şöbəsinin nümayəndəsi X5 iştirakları ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Lənkəran Ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı protokolun və 21 dekabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında Qərarın ləğvi edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X22 tərəfindən verilmiş şikayətə xx.xx.2023-cü il tarixdə Lənkəran şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Lənkəran Ərazi Şöbəsinin (bundan sonra ƏMDX-nin Lənkəran ƏŞ-i) xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol və həmin protokol əsasında qəbul edilmiş 21 dekabr 2022-ci il tarixli MN ******* saylı qərara əsasən X22 Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 1000 manat cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X8 həmin protokol və qərardan narazı qalaraq məhkəməyə şikayət vemişdir. Şikayətini onunla əsaslandırmışdır ki, qeyd olunan protokol və qərarda qeyd edilmişdir ki, guya onun tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların üst münbit qatı qazılaraq yararsız hala salınmışdır. İştirakı olmadan, mövqeyi soruşulmadan, izahat və ya ərizəsi alınmadan barəsində xx.xx.2022-ci il tarixində guya inzibati araşdırma aparılmış və ƏMDX Lənkəran ƏŞ-nin vəzifəli şəxsi inzibati tənbeh vermə haqqında Qərar qəbul etmişdir. Həmin şəxs tərəfindən inzibati araşdırma üçün əhəmiyyət kəsb edən halları və xüsusatlar araşdırılmadan, iştirakı olmadan, ərazidən uzaq idarənin yerləşdiyi inzibati binada protokol tərtib edilmişdir. Öncədən ona rəsmi məlumat və ya xəbərdarlıq edilmədən İdarə əməkdaşları tərəfindən araşdırma aparılan zaman ərazidə olan azyaşlı uşağını təhdid edilərək ona hədə qorxular gəlinmişdir. O, bu məsələdən agah olduqdan sonra, yəni barəsində aparılan dırnaqarası inzibati araşdırmanın aparıldığı gün DİN-nin 102 xidmətinə həmin qanunsuz hərəkətlərlə bağlı müraciət etmişdir. xx.xx.2022-ci ci il tarixdə aidiyyatı olmadığı məsələyə görə barəsində kimin araşdırma apardığını bilmədiyindən və bunu öyrənmək üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin çağrı mərkəzinə zəng edib Lənkəran rayon Mamusta kəndinə gələn şəxslərin kimliyini öyrənmişdir. Həmin tarixdən sonra O, Azərbaycan Respublikasının Prezidentinə, birinci vitse Prezidentə, Baş Prokrurluğa, Daxili İşlər Nazirliyinə və İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nə müraciətlər etmişdir. Qeyd edir ki, həmin inzibati protokoldan həm prokuror nəzarəti qaydasında Lənkəran rayon Prokurorluğuna, həm yuxarı vəzifəli şəxsə, həm də Lənkəran Rayon Məhkəməsinə şikayətlər etmişdir. xx.xx.2022-ci il tarixdə barəsində heç bir dəlil və sübuta əsaslanmayan, yalnız ehtimallara və şikayətçinin qərəzli ərizəsinə əsaslanmaqla tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokol poçt vasitəsi ilə ona göndərilmişdir. Yenidən yuxarıda qeyd edilən ünvanlara təkrar müraciətlər göndərmişdir. Bundan sonra Lənkəran Rayon İcra Hakimiyyəti Başçısının aparatından ona müvafiq köməklik edilməsindən ötrü vəzifəli şəxs, yəni ƏMDX-nin rəisi Pərviz Ələkbərovun yanına göndərmişlər. O, haqlı iradlarını və inzibati araşdırmada olan prossesual pozuntular barədə idarə rəhbərinə şifahi bildirsə də İdarə rəhbəri bütün məlumatların protokolda olduğunu bildirərək ona heç bir ədalətli səbəb göstərməmişdir. Sonradan İnzibati araşdırmanın təyin edilməsi barədə bildiriş də poçt vasitəsi ilə ona çatdırılmışdır. Ona qarşı olan hasızlıqlara görə sözügedən məmurların qanunsuz əməlləri barədə sosial şəbəklər üzərindən aidiyyəti qurumların səhifələrinə məlumatlar yerləşdirmişdir. Məhz bundan sonra inzibati araşdırmada iştirak etmiş X21, yəni idarənin əməkdaşı xx.xx.2022-ci il tarixdə, gecə saat 23 radələrində onun mobil nömrəsinə zəng edərək səsinin yazılmasını ondan tələb etməklə inamlı şəkildə onu təhdid etməklə evdən çıxmağını və onun yanına getməyini, getmədiyi təqdirdə onu evindən gecə zorla çıxaracağını, oğurlayacağını deyərək, bəri başdan inamla ona hədə-qorxular gəlmişdir. Məhz dövlət qulluqçusunun bu qeyri etik davranışına görə o, təhlükəsizliyinin təmin edilməyəcəyi təqdirdə həmin inzibati araşdırmada iştirak edə bilməyəcəyi barədə İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nə iki dəfə olmaqla müraciətlər etmişdir. Lakin İdarə rəhbərliyi tərəfindən onun təhlükəsizliyinə yazılı formada heç bir zəmanət verilmədiyindən qərar qəbul edilən gün, xx.xx.2022-ci il tarixdə, saat 12:00-da inzibati araşdırmada iştirak etməkdən çəkinmişdir. Bu səbəbdən də vəsatət və etirazlarını təqdim edə bilməmişdir. İnzibati orqan öz inzibati protokolunu hədəqorxu gəlməklə onun üzərinə qoymaq və sübut etmək niyyətini artıq ortaya qoymuşdur. Bir çox xüsusatlara görə həmin qərar işin ədalətli həlli və araşdırmanın tərkib əlamətləri və inzibati xəta üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Lakin xx.xx.2022-ci il tarixində İdarə əməkdaşları protokol tərtib etmiş və həmin protokola əsasən xx.xx.2022-ci il tarixli qərarla o, İXM-nin 244.2-ci maddəsi ilə təqsirli bilinərək qərəzli şəkildə 1000 AZN, yəni maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cərimə edilmişdir. Qeyd edir ki, o, torpağın üst münbit qatını korlmağı üçün nə texnikası var, nə işçi qüvvəsi, nə də ki, buna səlahiyyəti. İnzibati xətanın törədilməsi yuxarıda qeyd etiyi kimi birbaşa onun qəsdi ilə əhatə olunmalıdır. Lakin ehtimallara əsaslanan və uzun illər onunla düşmənçilik edən bir şəxsin uydurma ərizəsi ilə ona böhtan atılaraq barəsində iştirakı olmadan, izahatı alınmadan protokol tərtib edib onu cərimə etmək heç bir ədalətə və qanunçuluğa sığa bilməz. İXM-nin 388-ci maddəsində təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma protokolunda göstərilir. Zəruri hallarda bu izahat yazılı formada qeyd edilir və inzibati xəta haqqında işə əlavə edilir. İdarənin inzibati protokolunda guya onun şifahi izahat verilərək torpaq qatının korlanması qeyd edilmişdir. Halbu ki, barəsində aparılan inzibati araşdırmadan heç bir xəbəri olmamış və tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolu poçt vasitəsi ilə aldıqdan sonra bilmişdir ki, hüquqları pozulmuşdur. Buna görə də dərhal həmin inzibati xəta haqqında protokoldan yuxarı vəzifəli şəxslərə və Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. İnzibati orqan inzibati xətanın araşdırması zamanı fakitiki olaraq torpağın üst münbit qatının kim tərəfindən və ya kimin göstərişi ilə, texnikası və ya fəhlə qüvvəsi ilə korlanmasını ən azı xüsusi texniki vasitələrlə (videoçəkliş, foto və s.) təstiq etməli idi. Çünki o, öz təqsirsizliyini subut etməyə borclu deyildir. İnzibati xətanı sübut etmək və sübutların məcmusunu müvafiq qaydada təqdim etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Lakin bu barədə inzibati xəta haqqında protokolda və inzibati tənbeh vermə haqqında qərarda heç bir qeyd edilməmişdir. İXM-nin 99.1.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraata başlamağa dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması səbəb və əsaslardan biridir. Torpaq sahəsinin mülkiyyətçisi və ya yerli bələdiyyə bu barədə qeyd olunan ərazinin korlanması ilə bağlı ona heç bir məktub və ya xəbərdarlıq verməmişlər. Çünki əgər torpağı o korlamış olsaydı sözgedən ərazinin mülkiyyətçisi, kənd bələdiyyəsi və ya İnzibati ərazi üzrə nümayəndəsi ona şifahi və yazılı xəbərdarlıq edərdilər. Ərazidə araşdırma aparılan zaman şikayətçi ilə yanaşı şahidin iştirakı təmin olunaraq mütləq protokolda salınmaqla imzası alınmalı idi. Araşdırma aparan isə bunu görməzdən gəlmiş və ona bu xüsusatları araşdırmaqda maraqlı olmamışdır. Çünki torpağın üst qatının onun tərəfindən korlanması fakt olmamışdır. Torpaq qatı tərəfindən qazılmamış və ya, daşınmamışdır. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin Qərar qəbul etmiş orqan tərəfindən bunların heç biri araşdırılmadan qərar qəbul edilmişdir. Vəzifəli şəxs yalnız heç bir dəlil və subuta əsaslanmayan, qüvvədə olan maddi və prossesual hüquq normalarına cavab verməyən xx.xx.2022-ci il tarixli protokola istinad edərək qərar qəbul etmişdir. Bu da özlüyündə “Ədalətli Araşdırma”kimi təməl prinsiplərə ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları 4-cü Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiaysının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşlarm həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir.Göründüyü kimi hüquqları pozulmuş və ona şər və böhtan atılaraq barəsində qərar qəbul edilmişdir. ƏMDX Lənkəran ƏŞ-i tərəfindən digər məsələ ilə isə inizbati xəta haqqında protokolun tərtibi və inzibati araşdırmanın müddəti ilə bağlıdır ki, burada da qərarın tərtib edilməsi zamanı kobud pozuntuya yol verməsidir. Barəsində xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati protkol tərtib edilmiş və həmin protokola əsasən isə xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Həmin müddətdən bir ay keçmişdir ki, bu da İXM-nin 111.1- ci maddəsinin tələbləri (İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır) kobud surətdə pozulması deməkdir. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə müəyyən edilməli hallar olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzadır. Vəsatət və əlavə müəyyən edilməli olan hallarla bağlı heç bir qəradad və ya hüquqi bir sənəd təqdim edilməmişdir. Bu barədə ona heç bir məlumat verilməmişdir. Hesab edir ki,İdarə tərəfdən bu prossesual müddətlərə dair pozuntular məhkəmədə əsaslı araşdırılacaq. Sual olunur heç bir əlavə araşdırmaya ehiyac olmadan nəyə görə İdarə qərarı bir aya qəbul etmişdir. Görünür bu məsələ Qərarı qəbul etmiş şəxsi maraqlandırmamışdır. Yəni İdarə tərəfindən prossesual müddət açıq aşkar buraxılsa da qərar və qərardadla bu müddət nə səbəbə buraxılmasını əsaslandrmamışdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Himayəsində 6 uşaq vardır və hamısı da məktəblidirlər. Lakin İdarə rəhbərliyi barəsində yuxarı həddə cərimə tətbiq etməklə heç bir humanizm, ədalət prinsiplərinə əməl etməmişdir. Öz qərarını prinsipial olaraq qanunlara deyil, daxili inamına və öz maraqlarına uyğun qəbul edilməsini məhz bu xırda xüsusatla göstərmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Beləliklə, hesab edir ki, İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.0.2,-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixli MN1732554 saylı protokolun və 21 dekabr 2022-ei il tarixli MN1295956 saylı İnzibati tənbeh vermə haqqında Qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X22 şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, ümumiyyətlə torpağın münbit qatını korlamamış, qonşusu Çingiz ondan şikayətçi olduğundan ƏMDX-nin Lənkəran ƏŞ-nin əməkdaşları onun dediklərinə əsasən onun barəsində protokol tərtib etmiş, sonuncular torpaq sahəsinə baxış keçirməmiş və bu barədə onların əməkdaşının səs yazısı vardır. Həmin səs yazısında ƏMDX-nin Lənkəran ƏŞ-nin əməkdaşı Fərəc Məmmədli onunla telefon danışığı zamanı etiraf edərək bildirmişdir ki, heç bir torpaq sahəsinə baxış keçirməmişlər. ƏMDX-nin Lənkəran ƏŞ-nin nümayəndəsi X9 məhkəməyə yazılı etiraz təqdim etmişdir. Həmin etirazda qeyd edilmişdir ki, Lənkəran rayonu Mamusta kənd sakini X10 X22 tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qazdıraraq həyətyanı sahəsinə daşıması və faktla bağlı qanunamüvafiq tədbir görülməsi barədə bir sıra dövlət qurumlarına ünvanladığı şikayət ərizəsi əsasında Lənkəran ərazi şöbəsinin torpaqların İdarə edilməsi və istifadəsinə nəzarət sektorunun müdiri X21 və həmin sektorun məsləhətçisi X11 tərəfindən Lənkəran rayonu Mamusta kəndi ərazisində şikayətçinin iştirakı ilə araşdırma aparılmışdır. İddia olunan kənci təsərrüfatı təyinatlı torpaq sahəsinə daxii olmadan kənardan baxış keçirilən zaman torpaq sahəsinin üst münbit qatının qazılaraq daşınması faktı aşkar olunmuşdur. Qazıntı faktının araşdırılması məqsədi X12 ilə telefon vasitəsi liə əlaqə saxlanılaraq əraziyə dəvət olunmuşdur. X22 əraziyə gəldikdə şifahi olaraq torpaq sahəsinin onun tərəfindən istifadə olunduğunu və onun tərəfindən torpaq sahəsi qazıldığını bildirmişdir. Lakin, X22 torpaq sahəsini hansı məqsəd üçün qäzdığnı bildirməmiş və torpaq sahəsindən istifadəyə dair hər hansı bir hüquq müəyyənedici sənəd təqdim etməmişdir. Yerində torpaq sahəsinin mülkiyyət növünün dəqiqləşdirilməsi mümkün olmadığı üçün qazılmış ərazinin koordinatları götürülərək ərazi şöbəsində NECAS baza məlumatlarında araşdırma aparılmışdır. Qazıntı faktının araşdırılması məqsədi X12 ilə telefon vasitəsi ilə yenidən əlaqə saxlanılaraq məlumatların dəqiqləşdirilməsi və istifadəsində olan torpaq sahəsinə dair sənədlərin təqdim olunması məqsədi ilə Lənkəran ərazi şöbəsinə dəvət olunmuşdur. Lakin, X22 ərazi şöbəsinə gəlməkdən imtina etmişdir. Aşkar olunmuş faktla bağlı Lənkəran ərazi şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli akt tərtib olunmuş və telefon vasitəsi X12 ilə əlaqə saxlanılaraq barəsində İXM-nin 244.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunacağı bildirilmişdir. İXM-nin100 və 101-ci maddələrinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq İXM-nin 57-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********81 saylı məktubla, poçt vasitəsi ilə ünvanına göndərilmişdir. İnzibati xəta haqqında protokol xx.xx.2022-ci il tarixdə Vüsal Cəfərov tərəfindən qəbul olunmuşdur. Lakin onun tərəfindən inzibati xəta haqqında protokolun alınması barədə poçt bildirişi ərazi şöbəsinə gec təqdim olunmuşdur. X22 inzibati xəta haqqında protokolu aldıqdan sonra ərazi şöbəsinə gəlmişdir. Barəsində yazılmış inzibati xəta haqqında protokolun ləğv olunmasını tələb etmiş və əks təqdirdə şikayət edəcəyi barədə məlumat vermişdir. X1 aşkar olunmuş qazıntı faktının onunla birgə araşdırılması üçün xx.xx.2022-ci il tarixinə gün təyin olunmuşdur. Lənkəran ərazi şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixində Lənkəran rayonu Mamusta kəndi ərazisində yenidən araşdırma aparılmışdır. X22 tərəfindən istifadə olunan torpaq sahəsinə birgə baxış keçirmək və torpaq sahəsinin qazılması və daşınması halı ilə əlaqədar məlumatların dəqiqləşdirilməsi üçün yenidən araşdırma aparmaq məqsədX12 ilə telefon vasitəsi ilə əlaqə saxlanılaraq əraziyə dəvət olunmuşdur. X22 onlarla birgə qazılmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxış keçirilməsindən, torpaq sahəsini daşıyaraq həyətyanı sahəsinə tökdüyü əraziyə baxış keçirilməsindən və istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədin təqdim edilməsindən imtina etmişdir. Lənkəran ərazi şöbəsinin əməkdaşları tərəfindən bir daha X17 onun tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üst qatının qazılaraq daşınması halının İXM-nin 244.2-ci maddəsinin pozulması halı olduğu izah olunmuşdur. Qeyd olunanlar barədə yenidən xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur. X22 tərtib olunan aktla tanış olmaq və imza etmək üçün ərazi şöbəsinə dəvət olunsa da ərazi şöbəsinə gəlməkdən və tərtib olunmuş aktı imza etməkdən imtina etmişdir. Həmçinin X4 Rayon Məhkəməsinə ünvanladığı şikayət ərizəsində bildirmişdir ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun tarixi ilə barəsində qəbul edilən inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi tarixi arasında 30 gün müddətin olduğunu və inzibati xətalar haqqında işlərə baxılması müddətlərinə dair İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinin pozulduğunu iddia etmişdir. İXM-nin 111.1-İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarım aldığı vaxtdan on beş gün müddətinə baxır. İXM-nin 111.2-İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə müəyyən edilməli hallar olarsa, işə baxan hakim, səlahiyyətli orqan ( vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzadır. İXM-nin 60.1 -ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. X22 barəsində 22.11 2022-ci il tarixində tərtib olunmuş inzibati xəta haqqında protokol İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinə əsasən **********81 saylı məktubla poçt vasitəsi ilə ünvanına göndərildikdən sonra İXM-nin 106, 109, 111 və 112-ci maddələrini rəhbər tutaraq xx.xx.2022-ci il tarixində saat 12:00-da Lənkəran şəhəri Qala Xiyabanı 30 ünvanında yerləşən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsinin yerləşdiyi inzibati binasında inzibati xətat haqqında işə baxılması barədə qərardad qəbul olunmuşdur. Lakin, X22 İXM-nin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı barəsində tərtib olunan inzibati xəta haqqında protokoldan xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin cağrı mərkəzinə və həmçinin ərazi şöbəsinə şifahi etirazını nəzərə alaraq əlavə araşdırma zərurəti yarandığı üçün bir daha vətəndaşın iştirakı ilə birgə inzibati xətanımn olunduğu yerə Lənkəran rayonu Mamusta kəndinə araşdırma aparılması xx.xx.2022-ci il tarixinə, inzibati xəta haqqında işə baxılmasının müddəti isə uzadılaraq xx.xx.2022-ci il tarixində, saat 12:00-a Lənkəran şəhəri Qaia Xiyabanı 30 ünvanında yerləşən İqtisadiyyat Nazirliyi yanında Əmlak ləsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsinin yerləşdiyi inzibati binasına təyin olunmuşdur. xx.xx.2022-ci il tarixində X15 iştirakı ilə yerində araşdırma aparıldıqdan sonra İXM-nin 57-60-cı maddələrinin tələblərini rəhbər tutaraq xx.xx.2022-ci il tarixində, saat 12.00-da Lənkəran şəhəri Qala Xiyabanı 30 ünvanında yerləşən, Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsinin yerləşdiyi inzibati binada inzibati xəta haqında işə baxılması barədə bildiriş xx.xx.2022-ci il tarixli **********95 saylı məktubla poçt vasitəsi X12nun yaşadığı ünvana göndərilmişdir. X7 tərəfindən xx.xx.2022-ci il tarixində qəbul olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq X15 İXM-nin 111.1-ci maddəsinin Lənkəran ərazi şöbəsi tərəfindən pozulması iddiası əsassızdır. X30iu Lənkəran Rayon Məhkəməsinə etdiyi şikayət ərizəsində həyat və təhlükəsizliyinin təmin olunması barədə yazılı formada zəmanət verilmədiyi üçün xx.xx.2022-ci il tarixində, saat 12:00-da inzibati xəta haqqında işə baxılmasında iştirak etmədiyini iddia etmişdir. Bununla əlaqədar bildirirlər ki, X22 inzibati xəta haqqında işə baxılması haqqında bildirişi xx.xx.2022-ci il tarixində şəxsən almışdır. X15 ərazi şöbəsinə təhlükəsizliyinin təmin olunması barədə ünvanladığı müraciətlərini nəzərə alaraq tərəflərindən mobil telefon vasitəsi ilə 20 və 21 dekabr 2022-ci il tarixlərində vətəndaşla əlaqə saxlanılmış, ərazi şöbəsində ona heç bir təhlükə olmadığı, qeyd etdiyi məsələnin üzrlü səbəb olmadığı izah olunmuş və təyin olunmuş müddətdə hüquqmüəyyənedici sənədləri təqdim etməklə inzibati xəta haqqında işə baxılmasında iştirak edilməsi barədə bir daha şifahi xəbərdarlıq olunmuşdur. Lakin, X23 təyin olunmuş vaxtda inzibati xəta haqında işə baxılmasında iştirak etməmişdir. İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məıumat oisun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş oisun. Yuxarıda qeyd olunanları nəzərə alaraq, X15 həyat və təhlükəsizliyinin təmin olunması barədə yazılı formada zəmanət tələb etməsi iddiası əsassızdır. İXM-nin 81-ci maddəsinin tələblərini rəhbər tutaraq Lənkəran ərazi şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixində, saat 12:00-da, Lənkəran şəhəri Qala Xiyabanı ünvanında yerləşən, Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsinin yerləşdiyi inzibati binada inzibati xəta haqqında işə X16 iştirakı olmadan baxılmışdır. İXM-nin 114-cü maddəsini rəhbər tutaraq X22 barəsində həmin Məcəllənin 244.2-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN 1295S56 saylı İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilərək 1000 manat cərimə məbləği təyin olunmuşdur. Lənkəran ərazi şöbəsi tərəfindən X22 barəsində qəbul olunmuş qərar İXM 57-ci maddəsinin tələblərini rəhbər tutaraq xx.xx.2022-ci il tarixli **********11 nömrəli məktubla poçt vasitəsi ilə vətəndaşın qeydiyyatda olduğu ünvana göndərilmişdir. İnzibati tənbeh vermə haqqında qərar xx.xx.2022-ci il tarixində X22 tərəfindən şəxsən qəbul olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12.1-ci maddəsinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzəedə tutlmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Torpaq Məcəlləsinin 12.4-cü maddəsinə əsasən kənd tərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. Azərbaycan Respublikasının 1999-cıı il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli, 291 nömrəli Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinin 4-cü bəndində nəzərdə tutuimuş "müvafiq icra hakimiyyəti orqam"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Torpaq Məcəlləsinin 13.1 -ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaciar kənd təsərrüfatı məhsullarının istehsaiı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. X22 tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məqsədli təyinatı ilə bağl qanunvericilikdə nəzərdə tutulmuş tələblər hal-hazırda da pozulmaqdadır. Yuxarıda göstərilənləri və İXM-nin 133- 137-ci maddələrinin tələblərini nəzərə alaraq, Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsi tərəfindən onun barəsində İXM-nin 244.2-ci maddəsinə əsasən yazılmış 22.11,2022-ci il tarixli MN ******* saylı inzibaii xəta haqqında porotokol və qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN1295956 saylı inzibatı tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X22 tərəfindən verilmiş şikayət əsassız olduğu üçün təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. X9 etirazda yazılanları müdafiə edərək əlavə olaraq göstərmişdir ki, torpağın münbit qatı texnika vasitəsilə götürülüb, həmin texnikanın kim tərəfindən idarə edilməsini bilmir, torpağın koordinatları müəyyən edilməmiş, kənd sakinlərinin izahatları alınmamış, həmin torpaq sahəsinin sahiblərinin torpağın münbit qatının pozulması ilə bağlı etirazları və ya izahatları alınmamış, qazıntı işlərinin şikayətçi tərəfindən törədilməsi qənaətinə Çingizin şikayəti və qazıntının mövcudluğu əsasında gəlmişlər. Məhkəmə şikayətçini dinləyib, şikayəti, təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati materiala əlavə edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görtünür ki, 12 oktyabr 2022-ci tarixdə Lənkəran rayonu Mamusta kənd sakini, hazırki material üzrə şikayətçi Vüsal Cəfərov DİN nin 102 xidmətinə zəng edərək və Lənkəran ŞRPŞ-nə ərizə verərək göstərmişdir ki, onunla münaqişə vəziyyətində olan, həmçinin əvvəllər də barəsində polis sobəsində şikayətlərinin olduğu X18 idarə etdiyi avtomaşınla küçədə hərəkət edərkən həyətin girişində dayanınış azyaşlı uşaqlarının üstünə sürətlə sürərək onları avtomaşınla vurmağa cəhd etmiş və s. İnzibati materiallarında olan Lənkəran rayonu Mamusta kəndində xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, ƏMDX-nın Lənkəran ƏŞ-nin əməkdaşları X21, X11 və Mamusta kəndi sakini X10 iştirakı ilə Mamusta kəndində araşdırma aparılmış, sonuncu iddia etmişdir ki, Mamusta kənd sakini X22 tərəfindən kənd sakinlərinə məxsus pay torpaq sahələrinin üst qatı qazılaraq həyətinə daşınmışdır. Onlar tərəfindən X10 iddia etdiyi əraziyə baxış keçirilmişdir. Torpaq sahəsinə baxış keçirilən zaman məlum olmuşdur ki, təqribən 0.50 ha torpaq sahəsinin üst qatı qazılaraq daşınmışdır. X10 iddiası ilə əlaqədar X22 ilə əlaqə saxlanılaraq əraziyə dəvət olunmuşdur. X22 üst qatı qazılaraq daşınan torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş, lakin torpaq sahəsinə dair hər hansı bir hüquq müəyyənedici sənəd təqdim etməmişdir. X6 torpaq sahəsinin üst qatını hansı məqsəd ilə qazıldığını bildirməmişdir. DWG baza məlumatlarına əsasən araşdırma zamanı məlum olmuşdur ki, X22 tərəfindən istifadə olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ayrı-ayrı kənd sakinlərinin xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə düşür. Qeyd olunaları nəzərə alaraq tərəfimizdən X17 qanunvericiliyin tələbləri izah olunmuş və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üst qatının qazılaraq daşınması halının inzibati Xətalar Məcəlləsinin torpaqların münbit qatının korlanmasına görə 244.2-ci maddəsinin pozulması halı olduğu bildirilərək barəsində inzibati xəta haqqında protokol tərtib olunacağına dair xəbərdarlıq edilmişdir. Məhkəmə şikayəqdə göstərilən dəlillərə qiymət verərək qeyd edir ki, ilk əvvəl inzibati xəta hadisəsinin olub-olmadığı müəyyən edilməlidir. Yuxarıda qeyd olunmuş və Lənkəran rayonu Mamusta kəndində xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktdan göründüyü kimi, inzabiti xəta hadisəsi baş vermişdir. Belə ki, həmin aktda təqribən 0.50 ha torpaq sahəsinin üst qatının qazılaraq daşınması qeyd edilmişdir. Ardınca həmin inzibati xətanın kim və ya kimlər tərəfindən, hansı üsulla törədildiyi, bu hal hansı sübutlarala sübuta yetirildiyi müəyyyən edilməlidir. Məhkəmə hesab edir ki, bu hissədə ƏMDX-nin Lənkəran ƏŞ-nin əməkdaşları tam, obyektiv və hərtərəfli araşdırma aparılmamışlar. Belə ki, inzibatı xətanın töprədilməsi barədə məlumat şikayətçi ilə münaqişə vəziyyətində olan kəndçisi X18 tərəfindən daxil olmuşdur. Həmin məlumat əsasında inzibati araşdırmanın aparılması İXM-nin 99.1.3-cü maddəsinin tələblərinə uyğun olmuşdur. Lakin, həmin araşdırma zamanı şikayətçinin təqsirli olması ehtimallar, şübhələr əsasında qurulmuşdur. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, ƏMDX-nin Lənkəran ƏŞ-nin əməkdaşları inzibati xətanın baş verdiyi torpaq sahəsinin koordinatlarını müəyyən etsələr də (halbuki məhkəmə iclasında nümayəndələri həmin koordinaların müəyyən edilmədiyini göstərmişdir), həmin torpaq sahəsinin mülkiyyətçiləri olan kənd sakinlərini müəyyən edib müvafiq izahat alaraqa inzibati xətanın kim tərəfindən törədilməsini müəyyən etməmişlər. Onlar hətta buna da diqqət yetirməmişlər ki, kənd sakinlərinin torpaq sahələrinin münbit qatı korlanmışdırsa, sonuncular buna qarşı öz etirazlarını nə səbəbdən bildirməmişlər. Niyə torpaq sahəsinin münbit qatı korlanmayan Cingiz Cəfərov onlara şikayət etmişdir. Bundan əlaavə, onlar şikayətçi ilə münaqişə vəziyyətində olan Çingiz Qurbanovun dedikləri ilə kifayətlənərək kənddə yaşayan və şikayətçi ilə ədavət və düçmənçilikləri olmayan digər kənd sakinlərindən, yerli bələdiyyədən və kənd İcra Nümayəndəliyindən müvafiq izahatlar almamışlar. ƏMDX-nin Lənkəran ƏŞ-nin şikayətə edilmiş etirazından, eləcə də məhkəmədə nümayəndəsinin izahatından müəyyən olunur ki, ƏMDX-nin Lənkəran ƏŞ-i israrla şikayətçidən hüquq müəyyənedici sənədləri və ƏMDX-nin Lənkəran ƏŞ-nin inzibati binasına gəlməsini tələb etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, inzibati xətanın mövcudluğunun sübut etmə yükü inzibati qərarı qəbulı edən orqanın üzərinə düşür. İnzibati xətanı törətmiş şəxsin susmaq, yalan danışmaq, izahat verməmək kimi hüquqları vardır. O, özünün təqsirsizliyini sübut etməli deyildir. Onun təqsirli olmasını inzibati orqan sübuta yetirməlidir. Hətta şikayətçi inzibati xətanı törətdiyini etiraf etsə belə, bu hal onun barəsində inzibati qərarın qəbul edilməsi üçün kifayət hesab edilən əsas deyildir. Onun inzibati məsuliyyətinə cəlb edilməsi üçün öz etirafı ilə yanaşı, şahid izahatları, yerində baxışın keçirilməsinə dair akt, varsı həmin inzibati xətanı əks etdirən fotoşəkillər, videogörüntülər və s. tələb olunur. Təbii ki, ƏMDX-nin Lənkəran ƏŞ-i əsasən Çingiz Cəfərovun dediklərinə, eləcə də şikayətçinin hüquq müəyyənedici sənədləri təqdim etmədiyinə və izahat verməyə gəlmədiyinə görə şikayətçinin təqsirli olması qənaətinə gəlmişləır. Yəni həmin qənaət tutarlı sübutlar əsasında deyil şübhələr əsasında qurulmuşdur. Qanunvericiliyin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də hazırki iş üzrə də bütün şübhələr şikayətçinin xeyrinə həll olunmalı, onun təqsirli olması şübhə altına alındığından, o, inzibati xətanı törətməmiş hesab olunmalıdır. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında qərar çıxarılır. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, şikayətçi barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN 12959566 qərar ləğv edilməli, inzibati xəta haqqında işin icraatına xitam verilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Belə ki, İXM-nin 128.2.3-cü maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Göründüyü kimi, qanunverici protokoldan deyil, həmin protokol əsasında qəbul edilmiş qərardan şikayət verilməsini nəzərdə tutmuşdur. Protokol müvafiq qərarın qəbul edilməsi üçün əsasdır. Buna görə də məhkəmə hesab edir ki, şikayətçinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı protokolunun ləğvi hissəsində tələbi əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8.1-8.3, 53.1.2, 76.1, 105.1, 114.2.1, 128.2.3, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Lənkəran Ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı protokolun və 21 dekabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında Qərarın ləğvi edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X22 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. X22 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN 12959566 saylı qərar ləğv edilsin və inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. X29

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar