Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-550/2024 23.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X10, protokol tərtib etmiş orqanın nümayəndəsi: Lənkəran Şəhər Rayon X11 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı X2, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxxxx 1986-cı il tarixdə Lənkəran rayonu, Kirov qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Lənkəran rayon, H.Hüseynov adına tam orta məktəbində kitabxana müdiri işləyən, Lənkəran rayonu, Kirov qəsəbəsində qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 19 may 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X1 həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Lənkəran Şəhər Rayon X11 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı X5 tərəfindən MN ******* nömrəli, 23 may 2024cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 09 may 2024-cü il tarixdə, saat 15 radələrində baş vermiş mübahisə zamanı Şəxs arvadı Zərərçəkmiş şəxs bədən nahiyəsinə vuraraq sağ kürək və sol bud nahiyələrində qançırdan ibarət dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Nəticədə Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X2 bildirdi ki, toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti X1 göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulmuş inzibati tənbeh tədbiri təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ailəlidir. 2 uşaq atasıdır. Lənkəran rayon H.Hüseynov adına çay fabriki qəsəbə tam orta məktəbində kitabxana müdiri işləyir. X7 arvadıdır. 15 ildir ailə həyatı qurmuşdur. Son 2 aydır arvadı Səbinə ilə münasibəti pisdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə arvadı Şəbinə ilə aralarında mübahisə baş vermiş, lakin həmin vaxt o, arvadını vurmamışdır. Onun ailəsinin dağılmasına səbəb arvadının Aygün Mirzəyeva adlı qadınla rəfiqə olmasıdır. Aygün Mirzəyeva hər gün onun evinə gəlir və səhərdən axşama kimi onlarda qalır. 2021-2022-ci il tarixlərdə Aygün onun arvadı ilə rəfiqəlik etmədiyi dövrdə onun ailəsi normal olmuşdur. O, arvadını döyməmiş, xəsarət yetirməmişdir. 10 may 2024-cü il tarixdə isə o, arvadının iş yerində heç kimi vurmamışdır və qapını dağıtmamışdır. Göstərilənlərə əsasən məhkəmədən inzibati cərimə tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Lənkəran şəhər məşğulluq idarəsində böyük mütəxəssis vəzifəsində işləyir. Şəxs əridir. Əri ilə münasibətləri pisdir. Dəflərlə onu döymüş, hətta döşəmə taxtasını onun belində sındırmışdır. Əri onun atasına məxsus torpağı satmış, buna görə aralarında mübahisə olmuşdur. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 15 radələrində əri ona evdə olan bəzi əşyaları satmağa aparacağını demişdir. Əri Zamiqə etirazını bildirmişdir. Bu səbəbdən aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Zamiq onun baş və bel nahiyələrinə yumruq zərbələri vuraraq xəsarət yetirmişdir. xx.xx.2024-cü il tarixdə əri Zamiq onun iş yerinə gələrək orada səs-küy salaraq onu evə aparmaq istəmişdir. Əri ilə evinə getmişdir. Lakin əri Zamiq evdə onunla münaqişə yaratmışdır. Evdən çıxaraq iş yerinə getmişdir. Məşğulluq idarəsindən çıxaraq rəfiqəsi Aygünün evinə getmişdir. Hazırda o, qorxusundan iki həfətdir ki, evə gedə bilmir, əri onu evdə döydüyü üçün qorxur. İki həftdəir uşaqlarını görə bilmir. Nikahın pozulmaıs ilə bağlı mediasiayaya da müraciət etmişdir. Hazırda başqa yerdə qalır ki, əri onun yerini tapıb döyməsin. Göstərilənlərə əsasən, məhkəmədən Şəxs inzibati qaydada həbs edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində göstərdi ki, X7 rəfiqəsidir. Səbinəni 10 ildir tanıyırdır, Səbinə əvvəllər onunla birlikdə işləmişdir. Səbinənin əri Şəxs ilə aralarında tez-tez mübahisələr olurdur. Bu səbəbdən Səbinə yaşadığı ünvana getməyərək evdən çıxmışdır. Səbinə ona Zamiqin dəfələrlə onu döydüyünü demişdir. xx.xx.2024-cü il tarixdə Zamiq Səbinənin iş yerinə gedərək Səbinəni döydüyü üçün o, da 102 xidmətinə zəng vurmuşdur. O, heç vaxt Səbinənin ailə məsələlərinə müdaxilə etməmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil göstərdi ki, tərəflər ər-arvaddır, birgə nikahdan iki uşaqları vardır. Bu münasibətdən ən çox uşaqlar ziyan çəkəcəkdir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati cərimə tətbiq edilməsini xahiş etdi. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxsnın İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxsnın Zərərçəkmiş şəxs döyməsi məhkəmə iclasında araşdırılan sübutlarla təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 Publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 437 saylı tibbi rəydə göstərilmişdir ki, vət. X3 bədəni üzərində-sağ kürək, sol bud nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 5-7 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 19 may 2024-cü il tarixli qərarından görünür ki, müəyyən edilir ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X1 həvalə edilməsi qərara alınmışdır. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi İXM-nin dispozisyası fiziki ağrını da əhatə edir ki, hazırkı iş materiallarına əlavə edilmiş həm barəsində inzibati xəta haqqında aparılan şəxs və zərərçəkmiş şəxsin ifadəsindən, habelə məhkəmə tibbi-ekspertiza rəyindən də görünür ki, Şəxs qəsdən Zərərçəkmiş şəxs vurmaqla onun sağ kürək və sol bud nahiyəsinə xəsarət yetirmişdir. Məhkəmədə İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, eləcə də inzibati xəta hadisəsinin baş vermə səbəbini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə bu qənaətə gələrkən vurğulayır ki, hazırkı döymə hadisəsi ər –arvad arasında baş vermişdir, məhkəmə iclası zamanı da müəyyən edildi ki, ailə artıq münaqişəli ailə kimi qeydiyyata alınmışdır. Eləcə də, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında mübahisə şəxsi ailə münaisbətləri zəmnində mütəmadi davam etdiyi üçün zərərçəkmiş şəxs tərəfindən nikahın pozulması ilə bağlı mediasiya xidmətinə müraciət etmişdir. Xüsusilə isə vurğulanmalıdır ki, zərərçəkmiş şəxs qorxusundan, daha doğrusu fiziki şiddətə məruz qalacağı ehtimalından evinə gedə bilmir və hətta onun evə gedə bilməməsi onun itkin düşməsi kimi də qiymətləndirilmişdir. Bütün bunlara əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə “Məişət zorakılğı haqqında” qanunun normları da nəzərə alınmalıdır. Həmin Qanuna əsasən məişət zorakılığı - qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından suiistifadə etməklə, yaxın qohum olan ailə üzvlərinə (ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər), ərin və arvadın yaxın qohumları, habelə birgə yaşadığı hallarda digər qohumlara şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması məişət zorakılığı hesab edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Şəxs əməllərində inzibati xəta olan şəxs kimi qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati məsuliyyətə cəlb edilməsi barədə Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindəbn təqdim edilmiş inzibati xəta haqqında protokol üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157.ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarından görünür ki, Şəxs inzibati qaydada tutulmamışdır. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 və 157ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157.-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 23 may 2024-cü il tarixdən, saat 12:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X9 mühafizə altında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-550/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-550/2024
23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver