Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-551/2025 11.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlu, X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 328.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İş materiallarından görünür ki, X1 məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş EQ29067406 inzibati protokolun və protokol əsasında qəbul edilmiş inzibati qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 126.3-cü maddəsinə əsasən bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göründüyü kimi qanunvericlikdə inzibati xəta haqqında protokoldan şikayət nəzərdə tutulmamış, yalnız inzibati xəta haqqında qərardan şikayətin verilə biləcəyi qeyd edilmişdir. Lakin şikayət vermiş şəxs X1 şikayətində EQ 29067406 saylı inzibati protokolun və protokol əsasında qəbul edilmiş inzibati qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin şikayət vermiş şəxs hansı tarixli və nömrəli qərarın ləğv edilməsini göstərməmiş və qərarı da ərizəyə əlavə etməmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq qeyd edir ki, İXM-də protokodan şikayət verilməsi və onun nəğv edilməsi nəzərdə tutulmamış, həmçinin ərizə təmin ediləcəyi təqdirdə hansı tarixli və nömrəli qərarın ləğv ediləcəyi məlum olmadığından şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə göstərilənləri və İXM-nin 126-cı maddəsinin tələblərini rəhbər tutub, QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardan şikayət verilə bilməz. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-551/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-551/2025
11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver