Məhkəmə qərarları › İş №3(049)-552/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-552/2025

29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-552/2025 29.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X1 iştirakı ilə, X3 barəsində Səfərbərlik və Həbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inzibati tənbeh vermə haqqında MN ******* №-li xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 şikayət verərək, MN ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 12 iyul 2025-ci il tarixdə onun istifadəsində olan 050 *** ** ** nömrəli mobil telefon nömrəsinə “sizi cari ilin iyul çağırışlarına cəlb olunmağmızla əlaqədar xx.xx.2025-ci il tarixində saat 08-00 da şəxsiyyət vəsiqəsi ilə xidmətin Lənkəran rayon şöbəsinə gəlməyiniz tələb olunur” məzmunlu sms gəlmişdir. O xx.xx.2025-ci il tarixində saat 08-00 da Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə dövlət xitmətinin Lənkəran rayon şöbəsinə getmişdir. Orda onu heç bir sorğu-sual etmədən, izahatı alınmadan ona hazır vəziyyətdə MN ******* saylı protokol ilə MN ******* saylı qərar vermişlər. O heç nə anlamadan və izahatı alınmadan belə bir protokol və qərar qəbul edilməsi onu məhkəməyə müraciət edilməsinə məcbur etmişdir. O ona göndərilən sms-i aldıqdan sonra və bildirşin göstərdiyi tarixdə həmin şöbədə olmağına baxmayaraq səlahiyyətli (öz səlahiyyətini təsdiq edəcək heç bir sənəd nə mənə nədə protokola qeyd etməmişdir) şəxs onu dərhal inzibati məsuliyyətə cəlb etmişdir. Ona tərtib edilmiş inizbati qərar qanunsuz və əsassız tərtib edilmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat vermiş, ona SHXÇD-dən göndərilmiş sms mətnini nümayiş etdirib deyilən tarixdə şöbəyə getdiyini, lakin məsuliyyətə cəlb edildiyini bildirib qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş səlahiyyətli orqan – Səfərbərlik və Həbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və inzibati xəta haqqında qərarın qəbul edilməsi üçün əsas olan sübutların məhkəməyə təqdim edilməsi təklif olunsa da, həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Şikayətə əlavə edilmiş edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı qərardan görünür ki, təkrar tibbi müayinədən yayındığına görə X3 barəsində Azərbaycan Respublikası İXM-nin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati qaydada 300 manat məbləğində inzibati cərimə növündə inzbati tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə 3. İnzibati məsuliyyətin əsasları Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Maddə 12. İnzibati xəta anlayışı 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 100. İnzibati xəta haqqında protokol 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 100.2. İnzibati xəta haqqında protokol ciddi hesabat sənədi olmaqla, əl ilə və ya informasiya sistemləri vasitəsilə nömrələnmiş blanklarda və ya səlahiyyətli orqanların informasiya sistemlərində elektron qaydada tərtib olunur. Bu Məcəllənin 327–356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı protokol inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə bu Məcəllə ilə müəyyən edilmiş qaydada bort-kompüter vasitəsilə, bort-kompüter olmadıqda isə əl ilə nömrələnmiş blanklarda tərtib olunur. 100.3. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir. 100.4. Protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.5. Nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.5.1. protokolun tərtib edildiyi tarix, vaxt və yer; 100.5.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.5.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları); 100.5.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.5.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.5.6. olduğu halda şahidlərin və zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları; 100.5.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.5.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.5.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdirsə və ya maddi zərər vurulmuşdursa, bu hallar barədə qeydlər; 100.5.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Maddə 606. Hərbi qeydiyyat qaydalarının pozulması 606.3. Çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən normalarını təhlil edərək bu qənaətə gəlir ki, hər bir inzibati xəta təqsirli olaraq törədildikdə ( qəsd və ehtiyatsızlıqla) inzibati məsuliyyətə səbəb olur. İXM-in 606.3-cü maddəsinə əsasən tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməmə inzibati məsuliyyətə səbəb olur. İşin faktiki halıdır ki, X2 xx.xx.2025-ci il tarixdə saat 08:00-da SHXÇDX-in Lənkəran rayon şöbəsinə gəlmək barədə sms gəlmiş və o həmin tarixdə şöbəyə getmişdir. Həmin tarixə də barəsində protokol tərtib edilmişdir. İXM-in 100.5.7-ci maddəsinə əsasən protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatları qeyd ediləmlidir. Lakin SHXÇDX-in Lənkəran rayon şöbəsinin səlahiyyətli şəxsi tərəfindən X1 izahatı alınmadan, bu barədə protokola qeydlər edilmədən, təkrar tibbi müayinəyə üzrlü və ya üzürsüz səbəbdən gəlməməsi aydınlaşıdırılmadan onun barəsində protokol tərtib edilmişdir. Həmin məcəllənin 129-ci maddənin məzmunundan görünür ki, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir: Həmin məcəllənin 134.1.4-cü maddəsinin məzmunundan görünür ki,. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin məcəllənin 135.1.1-ci maddəsinin məzmunundan görünür ki,. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, Səfərbərlik və Həbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət qismən təmin edilməli və qərar ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılması üçün geri qaytarılmalıdır.. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Səfərbərlik və Həbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar