Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-553/2024 24.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və tələbkar Zərərçəkmiş şəxs q iştirakı ilə, xx xxxxxx 1988-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Lənkəran rayonu, Şiləvar kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 tərtib etdiyi 24 may 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-2229/2021 saylı, 27 iyul 2021-cü il tarixli icra sənədinə əsasən, borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər ay bir uşaq üçün 150 manat sabit pul məbləğində alimentin tutulması qeyd edilmişdir. Hazırda borclunun tələbkara ümumilikdə 3.250 manat məbləğində ödənilməmiş aliment borcu qalmışdır. Borclu Şəxs icra sənədinin icrasını təmin etməmişdir. Onun barəsində Azərbaycan Rspublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında iştirak edərək, protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, icra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş tərtib edilərək, borcluya təqdim edilmişdir. Həmçinin icra sənədinin icrası ilə əlaqadar məhkəməyə təqdim etdiyi təqdimat əsasında borclunun ölkədə getmək hüququ müvvəqəti olaraq məhdudlaşdırılmışdır. Eyni zamanda borclu icra məmurunun çağırışlarına gəlməkdən boyun qaçırdığı üçün barəsində tərəfindən “borclunun axtarılması” haqqında qərar qəbul edilərək icra edilməsi üçün polisə göndərilmişdir. Borclu həmin axtarış qərarı əsasında polis tərəfindən saxlanılaraq 24 may 2024-cü il tarixdə şöbəyə təhvil verilmişdir və onun izahatı alınmışdır. Borclu tələbkara sonuncu ödənişi 2023-cü ilin mart ayında 100 manat ödəmişdir. Həmin vaxtdan hal-hazıradək qeyd edilən icra sənədinə əsasən, tələbkara heç bir vəsait ödəməmişdir və onun aliment borcu hazırda 3.250 manat təşkil edir. Tələbkar dəfələrlə şöbəyə müraciət edərək aliment borcunun ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Dəfələrlə şöbədə borclunun izahatı alınmışdır və o, izahatlarında alimenti ödəməməyinin səbəbinin işləməməsi və maddi imkanının olmaması ilə izah etmişdir. Protokolun təmin edilərək, borclu Şəxs ittiham olunduğu maddənin sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, borclu icra sənədinə əsasən ona sonuncu ödənişi 2023-cü ilin mart ayında edərək 100 manat ödəmişdir. Sonradan alimenti ödəməsi ilə əlaqadar ona dəfələrlə müraciət etməsinə baxmayaraq o, heç bir vəsait ödəməmişdir. Hər dəfə müxtəlif bəhanələrlə aliment ödəməkdən yayınmışdır. Protokolun təmin edilərək, borclu Şəxs ittiham olunduğu maddənin sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, icra sənədi barədə məlumatlıdır və dəfələrlə icra şöbəsinə çağırılaraq bu barədə ona xəbərdarlıq edilmişdir. Hazırda iş yeri yoxdur. 01 iyun 2024-cü il tarixdən Bakı abadlıq şirkətində işə başlayacaq və hər ay tələbkara 150 manat aliment ödəyə bilər. 3.250 manat aliment borcu olduğunu bilir, lakin maddi imkanı olmadığına görə həmin borcu ödəyə bilmir. Barəsində olan inzibati xəta haqqında iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-2229/2021 saylı, 27 iyul 2021ci il tarixli icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən, borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs hər ay bir uşaq üçün 150 manat sabit pul məbləğində alimentin tutulması qeyd edilmişdir. Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən qeyd edilən icra sənədinin icrası ilə əlaqadar 17 avqust 2021-ci il tarixdə “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildiriş tərtib edilərək, borcluya təqdim edilmişdir. Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən 15 iyul 2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-2229/2023 saylı, 27 iyul 2021-cü il tarixli icra sənədinin icrası ilə əlaqadar borclu Şəxs barəsində “axtarış elan edilməsi haqqında” qərar qəbul edilmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qətnaməsi barədə məlumatlı olduğu, icra sənədinin icrası ilə əlaqadar ona tələbin könüllü haqqında bildiriş təqdim edilməsinə, dəfələrlə icra şöbəsinə çağırılaraq izahatı alınıb icra sənədini icra etməsi barədə ona xəbərdar edilməsinə baxmayaraq icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Həmçinin icra məmurunun çağırışlarından boyun qaçırmışdır. Hazırki iş üzrə inzibati xəta haqında protokol tərtib edilənədək borclu icra sənədinə dair tələbkara heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 24 may 2024-cü il saat 11:45-dən hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-553/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-553/2024
24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver