Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-554/2025 24.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən 06 iyul 2025-ci il tarixli, EQ 29067399 nömrəli inzibati tənbehvermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən 06 iyul 2025-ci il tarixli, EQ 29067399 nömrəli inzibati tənbehvermə haqqında qərarla X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat cərimə edilmişdir. X1 xx.xx.2025-ci il tarixdə idarə etdiyi Toyota-Rav-4 minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə M-3, E-119, AH-8, Ələt-Astara-İran yolunun 199-cu kilometrliyində inzibati xəta törətdiyi və bu barədə inzibati xəta haqqında protokol tərtib edildiyi qeyd edilmişdir. X3 həmin qərardan məhkəməyə şikayət vemişdir. Ərizəçi şikayətdə barəsində tərtib edilmiş 06 iyul 2025-ci il tarixli, EQ 29067399 nömrəli protokol üzrə qəbul olunmuş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixdə özünə məxsus Toyota-Rav-4 minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəhidlər xiyabanı küçəsində hərəkətdə olmuşdur. Həmin vaxt Masallı rayonu ərazisidə yerləşdirilmiş Stasionar postun inspektoru Elçin adında əməkdaşın öz şəxsi xidməti avtomobili ilə yolun kənarında dayandığını görüb. Bir qədər sonra onun SMS radar sisteminə onun cərimə edilməyi ilə bağlı mesaj gəlib. Həmin cərimə haqqında protokolda isə şəxsin Ələt-Astara-İran yolunun 199-cu kilometrliyində sürət həddini aşdığı göstərilmişdir. Halbuki, Ələt-Astara-İran yolunda sürət həddi 110 km saatdır. Ona görə şəxs hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Məhkəmə baxışında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq qeyd etdi ki, barəsində qəbul edilmiş qərar və ona əlavə edilmiş fotoşəkillə tanış olduqda ona məlum olmuşdur ki, M-3, E-119, AH-8, Ələt-Astara-İran yolunun 199-cu kilometrliyində inzibati xəta törətdiyi, yəni sürət həddini aşdığı qeyd edilmişdir. Lakin fotoşəkildən aydın şəkildə görünür ki, inzbati xətanın qyedə alındığı ərazi Ələt-Astara-İran yolu deyil, Lənkəran şəhərinin ərazisidir. Odur ki, şikayət ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə sorğusuna baxmayaraq inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş sübutları məhkəməyə təqdim etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin məhkəmə baxışı zamanı tədqiq edilən mübahisələndirilən inzibati tənbehvermə haqqında qərardan və ona əlavə edilmiş inzibati xəta haqqında məlumatdan və fotoşəkillərdən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə idarə etdiyi Toyota-Rav-4 minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla M-3, E-119, AH-8, Ələt-Astara-İran yolunun 199-cu kilometrliyində icazə verilən sürət həddi 50 km.s. olduğu halda avtomaşını 90 km.s. sürətlə idarə edərək, inzibati xəta törətmişdir. “Google Maps” internet resursunda olan xəritədən görünür ki, M-3, E-119, AH-8, Ələt-Astara-İran yolu avtomagistral yoldur. “Avtomobil yolları haqqında” Azərbaycan respublikası Qanununun 1-ci maddəsinə əsasən, avtomagistral – müəyyən məsafədə avtomobil nəqliyyatı vasitələrinin məhdudlaşdırılmayan sürətlə və maneəsiz hərəkətini təmin edən, yüksək hərəkəti buraxma qabiliyyətinə və ayırıcı zolağa malik olan, eyni səviyyədə kəsişmələri olmayan, habelə hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilmiş, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilmiş avtomobil yoludur. İş materiallarından müəyyən edilir ki, zösügedən inzibati xətanın qeydə alındığı ərazi avtomafistral deyil, iki istiqamətli şəhər ərazisində olan avtomobil yoludur. Belə olan halda X2 həqiqətən də qeyd edilən inzibati xətanı törətməsinə dair şübhələr yaranır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin məcəllənin 8.2 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3 maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, qeyd edilən inzibati tənbehvermə qərar ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən inzibati xəta haqqında işə yenidən baxılarkən hazırki qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilən xüsusatlar araşdırılmalıdır. QƏRARAALDİ: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə inzbati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş 06 iyul 2025-ci il tarixli, EQ 29067399 nömrəli inzibati tənbehvermə haqqında qərar ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-554/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-554/2025
24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver