Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-555/2024 24.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı oğlu X5 iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 12 radələrində şikayət ərizəsi əsasında izahatı alınan zaman əsəbiləşərək polis əməkdaşlarının ünvanına söyüş söyərək nizam intizama dəvət alınan zaman qanuni tələbinə qəsdən tabe olmadığına barəsində Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X9 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 24 may 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X9 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində Lənkəran ŞRPŞ-nin inzibati binasında şikayət ərizəsi əsasında çağırılan Lənkəran şəhəri, Kələntərlilər küçəsi ev 61 ünvanında yaşayan Şəxs izahatı alınan zaman anidən əsəbləşərək ucadan nalayiq küçə söyüşləri ilə həmin otaqda olan o və digər polis əməkdaşı Lənkəran ŞRPŞ-nin İTB-nın sahənin polis nəfəri polis baş serjantı Şadman Cavadzadəni söyərək təhqir etmişdir. Onu nizam-intizama dəvət edən zaman Şəxs qanunsuz hərəkətlərinə davam edərək onlara tabesizlik göstərməyə başlamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmiş və bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirdi ki, Lənkəran şəhəri, Kələntərlilər küçəsi ev 61 ünvanında qeydiyyatda olmaqla yaşayır. O, xx.xx.2024cü il tarixdə səhər saat 8 radələrində tanışı X6 ilə barışmaq üçün sonuncunun yaşadığı ünvan 2 ünvanında evin həyətində giriş qapısının yaxınlığında söhbət edərkən, əsəbləşib Rəşidə Rəşidovanın ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt səsə R.Rəşidovanın uşaqları və onun evində olan rəfiqəsi Aygün Əhmədzadə çıxmışlar. Aralarında olan mübahisə 1-15 dəqiqə davam etmişdir. Oranı tərk edib getdikdən sonra polis əməkdaşları tərəfindən Lənkəran ŞRPŞ-yə dəvət edilib. O, izahat verərkən polis şöbəsinin otağında əsəbiləşdiyi üçün polis işçilərinin ünvanına nalayiq ifadə işlətmişdir. Özünü təqsirli bilir, barəsində barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X2 bildirmişdir ki, Lənkəran ŞRPŞ-nin İTB-nın sahənin polis nəfəri polis baş serjantı vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində Lənkəran ŞRPŞ-nin inzibati binasında şikayət ərizəsi əsasında çağırılan Lənkəran şəhəri, Kələntərlilər küçəsi ev 61 ünvanında yaşayan Şəxs izahatı alınan zaman anidən əsəbləşərək ucadan nalayiq küçə söyüşləri ilə həmin otaqda olan Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X9 ilə mübahisə etməyə başlamışdır və ona qarşı nalayiq sözlərlə təhqir etməyə başlamışdır. Onu nizam-intizama dəvət etmələrinə baxmayaraq Şəxs qanunsuz hərəkətlərinə davam etmiş, xəbərdarlıqlara məhəl qoymamışdır. Məhkəmə iclasında şahid X6 bildirmişdir ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixində tanışı Şəxs münasibətləri bir neçə gün əvvəl pisləşdiyindən onun yaşadığı ünvana gələrək onu barışmaq üçün çağırmışdır. Söhbət zamanı Şəxs əsəbiləşərək onun üvanına əxlaqsız söyüşlər işlətmişdir. Həmin vaxt səsə onun uşaqları və onun evində olan rəfiqəsi Aygün Əhmədzadə çıxmışlar. Aralarında olan mübahisə 1-15 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid X3 bildirmişdir ki, Lənkəran rayonu, Sütəmurdov kəndində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixində rəfiqəsi Rəşidə Rəşidovanın tanışı Şəxs evə gələrək Rəşidəni çağırıb, həyətdə söhbət edərkən aralarında mübahisə yaranmışdır. O, çölə çıxaraq, Şəxs Rəşidənin ünvanına əxlaqsız küçə söyüşləri ilə təhqir etdiyini eşitmişdir. Rəşidənin az yaşlı uşaqları qorxularından ağlamışdılar. Sonra Abbas oranı tərk etdiyini bildirmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: X1 Çıxarışdan görünür ki, Şəxs həmin şöbədən heç bir növ əmək pensiyası və sosial müavinət almır. Lənkəran ŞRPŞ-nin xx.xx.2024-cü il tarixli, 96/2-13800/24 nömrəli arayışından görünür k, ünvan 1 ünvanda yaşayan Quluzadə X4 ŞRPŞ-nin Növbətçi hissəsində yığılan inzibati kartotekasında son bir il ərzində heç bir məlumat qeydiyyata alınmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində Lənkəran ŞRPŞ-nin inzibati binasında şikayət ərizəsi əsasında çağırılan Şəxs izahatı alınan zaman anidən əsəbləşərək ucadan nalayiq küçə söyüşləri ilə həmin otaqda olan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun etirafedici izahatı ilə yanaşı şahidlərin izahatı, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. İXM-nin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 510 və 535.1-ci maddələrindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Eyni zamanda həmin Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 10 gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-555/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-555/2024
24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver