Məhkəmə qərarları › İş №3(049)-56/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-56/2023

03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-56/2023 03.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X15 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, X1, Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Xidmətinin X2 etibarnamə əsasında nümayəndəsi X4 iştirakı ilə Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Xidmətinin X3 rəisinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X5 verdiyi şikayətə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X10 İXM-nin 198.1.6-cı maddəsi ilə inzibati məsuliyyətə edilməsi haqqında Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Xidmətinin X2 xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətlə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, yuxarıda qeyd olunmuş qərarla o, İXM-nin 198.1.6-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunub 700 manat məbləğində inzibati cərimə olunmuşdur. Hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun 21 aprel 2022-ci il tarixli əmri ilə Lənkəran X17 İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsinin tələbləri pozulmaqla işçi X8 müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə görə İXM-nin 198.1.6-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmağım barədə tərtib olunmuş 23 dekabr 2022-ci il tarixli qərar ona 29 dekabr 2022-ci il tarixdə poçt vasitəsilə təqdim olunmuşdur. Lənkəran RQİİ-nin Lənkəran Xidmət Sahəsinin Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri X13 ona fərdi mühafizə vasitələrinin verilməməsi ilə əlaqədar nə şifahi, nə də ki, yazılı formada ərizə ilə müraciət etməmişdir. “Azəriqaz” İstehsalat Birliyinin 24 may 2021-ci il tarixli SOCAR**********50080059A00027 saylı əmri ilə təsdiq olunmuş X17 İdarələrinin rəislərinin Vəzifə Təlimatının 1.1-ci maddəsinin 12-ci bəndində göstərilir ki, X17 İdarələrinin rəisi “İdarənin iş fəaliyyəti üçün tələb olunan mal-materiallara, xüsusi geyimlərə, fərdi mühafizə ləvazimatlarına, avadanlıqlara, nəzarət ölçü cihazlarına, borulara, alətlərə və ehtiyat hissələrinəillik sifarişlərin hazırlanmasını və aidiyyəti üzrə təqdim edilməsini təmin edir. “Azəriqaz” X7 X17 İdarəsinin Baş mühəndisinin sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi üzrə müavini-şöbə rəisinin Vəzifə Təlimatının 1.1-ci maddəsinin 17-ci bəndində göstərilir ki, “Xüsusi geyim, xüsusi ayaqqabı və digər mühafizə vasitələrinin qüvvədə olan normativlərə uyğun sifarişinə, paylanmasına, saxlanılmasına, vaxtaşırı yuyulmasına nəzarət etmək həvalə edilmişdir. Beləliklə, şikayət olunan tərəfindən tərtib etdiyi inzibati protokol və onun əsasında qəbul edilmiş qərar əsassız və qanunsuzdur. Yuxarıda qeyd etdiklərinə əsasən onun vəzifə təlimatına aid olmayan bir əsasa görə onu inzibati qaydada cərimə edilməyi üçün hesab edir ki, həmin qərar əsassız və qanunsuzdur. Çünki, həmin inzibati xətanın ona heç bir aidiyyəti yoxdur. Tərəfindən etiraz və müvafiq təlimatlar təqdim olunmasına baxmayaraq X12 Xidmətinin X3 tərəfindən idarənin strukturu ətraflı öyrənilmədən, vəzifə öhdəlikləri üzrə təlimatlara baxılmadan qərarı qəbul edilmişdir. Məlumat üçün bildirir ki, X13 hal-hazırda fərdi mühafizə vasitələri ilə təmin edilmişdir. Əlavə olaraq bildirir ki, barəsində tərtib edilən inzibati protokol qanunsuz, əsassız olmaqla bərabər həm də qərəzlidir. Belə ki, X12 xidmətinin Lənkəran- X16 tərəfindən 2022-ci ilin avqust ayında ona göndərilmiş 17.08,2022-ci il tarixli **********1 saylı məktubda (Rasim Rəhimovun imzası ilə daxil olmuşdur) aidiyyəti sənədlərin 2 (iki) gün müddətində təqdim edilməsi tələbinə reaksiya verərək qanunvericilikdə belə müddətin nəzərdə tutulmaması iradını bildirmişdir. R.Rəhimov məktubun şablon olduğunu, bəzi məsuliyyətsiz təşkilatlar olduğuna görə belə yazıldığını bildirərək üzrxahlıq etmişdir. Lakin buna baxmayaraq yenə də xx.xx.2022-ci il tarixli **********6 saylı məktubda eyni qanunsuz tələb qoyulmuş və tərəfindən telefon əlaqəsi saxlanılaraq buna ciddi irad bildirilimişdir. İradlardan düzgün nəticə çıxartmaqdansa qanunsuz əməllərinin üstünə belə bir əsassız protokol tərtib edilməsini də özlərinə rəva görmüşlər. Məhkəmə iclasında şikayətçi X10 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, İdarələrində işçiləri özü işə götürür, qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər X13 05 ildir ki orada çalışır, 2022-ci ilin noyabr ayından sonuncu 15 gün və ya 01 ay arası təhsili ilə əlaqədar məzuniyyətdə olmuş, məzuniyyətdən dərhal işə qayıdandan sonra ona geyim ləvazimatının verilməməi ilə bağlı Əmək Müfəttişliyinə şikayət etmiş, buna görə də o, məsuliyyət daşımır, rəis kimi işlədiyi gündən başlayaraq geyim ləvazimatının verilməsi ilə bağlı nəzarət aparmamış, ilk dəfədir ki, qeyd olunan maddə ilə təqsirli bilinmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Xidmətinin X2 etibarnamə əsasında nümayəndəsi X6 şikayətlə qəbul etməyərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, yağışlı gündə X13 paltarları islanmış vəziyyətdə onlara şikayət edərək ona işəgötürən tərəfindən geyim ləvazimatının verilmədiyiuni bildirmişdir. Bundan sonra işəgötürəndən müvafiq sənədləri, Vəzifə Təlimatlarını tələb etmişlər. Lakin həmin sənədlər təqdim edilmədiyi üçün Əmək Məcəlləsinin 215-ci maddəsini əldə rəhbər tutub müəssisənin rəhbəri barəsində inzabati tənbeh verilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarla işəgötürən 500 manat deyil, 700 manat cərimə edilməsini bilmir. Həmin qərarı rəisləri qəbul etmişdir. Məhkəmə şikayətçinin və Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Xidmətinin X2 etibarnamə əsasında nümayəndəsinin izahatlarını dinləyib, şikayəti, təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməli, ƏƏSMN yanında X12 Xidmətinin X3 rəisinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilməli, həmin qərar qalan hissədə dəyişdirlmədən saxlanılmalıdır. Belə ki, İş materiallarında Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Xidmətinin X2 xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərının surətindən görünür ki, X10 Azərbaycan Respublikası İXM-nin 198.1.6-cı maddəsi ilə qəqsirli bilinərək, 700 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə, işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsinə bilavasitə cavabdehdir. Qeyd olunan norma mütləq icra olunmalı imperativ normadır. Göründüyü kimi, şikayətçi Lənkəran X17 İdarəsinin rəisi olmaqla işəgötürən funksiyasını da yerinə yetirir. Buna görə də işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsinə bilavasitə o cavabdehdehdir. Qeyd olunan mühafizə vasitələrin müəyyən edilmiş müddətdə X8 verilməməsi, İXM-nin198.1.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə şikayətçinin Vəzifə Təlimatının 1.1-ci maddəsinin 17-ci bəndində əsasən pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsinin İdarələrinin baş mühəndisinin vəzifə səlahiyyətlərinə aid olduğuna dair göstərdiyinə qiymət verərək qeyd edir ki, Təlimatın həmin bəndi ilə Əmək Məcəlləsinin 215-ci maddəsi arasında ziddiyyət (kolliziya) olduqda, əsas kimi Əmək Məcəlləsi götürülür. Belə ki, “X18 Haqqında” Azərbaycan Respublıikası Qanununun 11.0.1-ci maddəsinə əsasən birinci növbədə ardıcıl olaraq bu Konstitusiya Qanununun 2.3-2.8-ci maddələrinin normaları tətbiq edilməklə X18ın kolliziyası ardıcıllıqla aradan qaldırılır. Həmin Qanunun 2.3-2.8-ci maddələri aşağıda qeyd olunan ardıcıllıqla verilmişdir: 2.3. Referendumla qəbul edilmiş akt (bundan sonra – referendum aktı), qanun, fərman və ya digər normativ hüquqi akt Azərbaycan Respublikasının Konstitusiyası ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Konstitusiyası tətbiq edilir. 2.4. Qanun, fərman və ya digər normativ hüquqi akt referendum aktı ilə ziddiyyət təşkil etdikdə referendum aktı tətbiq edilir. 2.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. 2.6. Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. 2.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, mərkəzi icra hakimiyyəti orqanlarının X18ı fərmanla ziddiyyət təşkil etdikdə fərman tətbiq edilir. 2.8. Mərkəzi icra hakimiyyəti orqanlarının X18ı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı tətbiq edilir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” 618-İQ nömrəli Azərbaycan Respublikasının Qanunu 1 fevral 1999-cu il tarixdə təsdiq edilmişdir. Göründüyü kimi, qeyd olunan qanunla təsdiq edilmiş Məcəllə fərman və digər normativ hüquqi aktla ziddiyyət təşkil etdikdə Məcəllə tətbiq edilir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Xidmətinin X3 məhz Əmək Məcəlləsinin 215-ci maddəsinə istinad edərək şikayətçi barəsində inzibati tənbeh tətbiq etməkdə haqlı olmuşdur. Şikayətçinin istinad etdiyi Təlimata gəldikdə, məhkəmə qeyd edir ki, həmin Təlimat müəssisənin daxilində olan münasibətləri tənzimləyir. Yəni, Təlimata əsasən müəssisənin daxilində xüsusi geyim, xüsusi ayaqqabı və digər mühafizə vasitələrinin qüvvədə olan normativlərə uyğun sifarişinə, paylanmasına, saxlanılmasına, vaxtaşırı yuyulmasına nəzarət etmək funksiyası İdarənin baş mühəndisinin sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi üzrə müavini-şöbə rəisinə həvalə edilmişdir. İndiki halda daxildə məhz baş mühəndis Təlimatının tələblərini pozduğu üçün şikayətçi ona qarşı intizam tənbehi tətbiq etməklə inzibati tənbeh olaraq ona tətbiq edilmiş 500 manat cərimə məbləğini baş mühəndisdən tələb edə bilər. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Xidmətinin X2 mübahisələndirlən qərarı qanunidir və onun ləğvi üçün əsas yoxdur. Bununbla yanaşı məhkəmə hesab edir ki, həmin qərar dəyişdirilməlidir. Belə ki, şikayətçinin təqsirtləndirildiyi İXM-nin198.1.6-cı maddəsinin sanksiyasında 500 manatdan 1000 manatadək cərimə nəzərdə tutulmuşdur. Məhkəmə şikayətçinin əvvələr həmin maddə ilə inzibati məsuliyyətinə cəlb edilmədiyini, ümumiyyətlə ilk dəfə inzibati xəta törətdiyini nəzərə alaraq hesab edir ki, həmin cərimə 500 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Qeyd edilən Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd edilən Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinin tələbinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Xidmətinin X2 xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilsin. X10 barəsində İXM-nin 198.1.6-cı maddəsi ilə təqsirli bilib inzibati tənbeh qismində tətbiq edilmiş 700 manat məbləğində cərimə azaldılaraq barəsində 500 manat məbləğində inzibati tənbeh tətbiq olunsun. xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qalan hissədə dəyişdirilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar