Məhkəmə qərarları › İş №3(049)-56/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-56/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-56/2025 21.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi: Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X5, Protokol tərtib edən şəxs: Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxx 1992-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi ev 98-də qeydiyyatda olmaqla orada yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş Lənkəran Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi̇ : Lənkəran Rayon İcra və X1 Mirkazım Nizam oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə tərtib edilmiş 21 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı protokol əsasında materiallar daxil olmuşdur. 21 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı protokolda göstərilmişdir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4816/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi borclu Şəxs tərəfindən icra edilməmişdir. Bu fakat borclunun tələbkara olan 830 manat borcunu ödəyə bilməməsi ilə və buna cəhd göstərməməsi ilə təsdiq edilir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən şəxs Lənkəran Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 bildirdi ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4816/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin tələbinə əsasən Bakı Şəhər Xətai rayon Məhkəməsinin 2(011)-3130/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü Əhmədzadə | Mahinur Mirkazım oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment Şəxs tutularaq Zərərçəkmiş şəxs qızma ödənilməli, Şəxs 30,08 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, 50 manat mediasiya xərci Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2024-cü il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Borclu icra sənədi üzrə müəyyən ödənişlər etmişdir. Daha sonra borcludan xx.xx.2024-cü il tarixdə iltizam alınmışdır. xx.xx.2025-ci il tarixdə borclunun yaşayış yerini müəyyən etmək mümkün olmadığı üşün barəsində axtarış elan edilmişdir. Bugün, yəni xx.xx.2025-ci il tarixdə borclu icra şöbəsinə gəlmişdir. Borclunun hazırkı vaxta 830 manat borcu vardır ki, həmin borc da bir ay aliment ödənilməməsinə görə 470 manat, habelə alimentin artımından sonra 3 aylıq ödənilməli olan 70 manat cəmi 210 manat və 50 manat mediasiya xərcidir. Bugün borclu tərəfindən 50 manat ödəniş edilmişdir. Göstərilənlərə əsasən borclu barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs qanunda cərimədən başqa nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, Zərərçəkmiş şəxs hazırda Bakı şəhərindədir, məhkəmə iclasında iştirak edə bilmir. Mobil telefon vasitəsi ilə onunla əlaqə saxlanılmış, tələbkar alimentindən 50 manat ödənildiyini, qalan məbləği isə tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, İİ Qarabağ Müharibəsi iştirakçısıdır, buna görə 80 manat pensiya alır. Hazırda işləmir, anasının pensiyası ilə alimenti ödəyir. Əvvəllər Lənkəran şəhərində yerləşən elektronik məişət avadanlıqları mağazasında işləmiş və həmin dövrdə alimenti tam olaraq ödəmiş, hətta əlavə olaraq uşaqlarına ödənişlər də etmişdir. İndiyədək 2040 manat aliment ödəmişdir. Buna baxmayaraq uşaqlarını ona göstərməmişlər. Onun hazırda bir aylıq aliment borcu var və borcu olduğunu da etiraf edir. Borcundan bugün 50 manat ödəmiş, qalan məbləği də tezliklə ödəyəcəkdir. Axtarışda olmasını ona mobil telefonla bildirmişlər və o, da dərhal polis şöbəsinə yaxınlaşmışdır. Göstərilən halları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4816/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqinə əsasən Bakı Şəhər Xətai rayon Məhkəməsinin 2(011)-3130/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü Əhmədzadə | Mahinur Mirkazım oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment Şəxs tutularaq Zərərçəkmiş şəxs qızma ödənilməli, Şəxs 30,08 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, 50 manat mediasiya xərci Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış sənədlərdən görünür ki, icra sənədi üzrə icraata 04 oktyabr 2024-cü il tarixdə başlanılmış, borclu Şəxs tələbin könüllü icrası haqqında bildirişin ünvanlanaraq, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış 15 yanvar 2025ci il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Elektron İcra Sistemindən çıxarışdan görünür ki, Şəxs Vətən Müharibəsi iştirakçısı kimi 80 manat pensiya alır. Məhkəməyə təqdim edilmiş 21 yanvar 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, borclu Şəxs 50 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Göründüyü kimi, İXM-nin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün onun dispozisiyasında nəzərdə tutulan icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi kimi əlamətlərin mövcud olması zəruridir. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqından materiallardan isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində belə bir əlamətlərin mövcud olması təsdiqini tapmamışdır. İlk öncə məhkəmə qeyd edir ki, icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi dedikdə borclunun icra sənədini qanunvericiliklə qadağan olunmayan vasitələrlə icra edə bilməsi imkanına malik olması, lakin onun icra sənədini qəsdən icra etməməsi və ya ümumiyyətlə buna cəhd göstərməməsi başa düşülür. Hazırki halda isə icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs icra sənədi üzrə ödəniş edə bilməsi üçün faktiki imkanlarının olması barədə məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Əksinə olaraq, həmin inzibati xəta materiallarından, eləcə də məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu, hazırda isə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcunu mütəmadi olaraq ödəmiş, hətta aliment məbləği artırıldıqdan sonra da ödənişlər etmiş, hazırda isə yalnız bir aylıq ödənilməmiş aliment borcu və alimentin artırılmasına münasibətdə qalıq 210 manat borcu qalmışdır. Bu hal barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən də etiraf edilmiş, hətta həmin icra sənədinin icra istiqamətində addımlar da atmış və ödəniş etmişdir, halbuki şəxsin barəsində tərtib edilmiş 21 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı protokolda borclunun borcunu ödəməyə cəhd göstərməməsi göstərilmişdir. Təkcə bu hal yəni ödəniş edilməsi faktı özlüyündə şəxsin icra sənədini icra etmək niyyətinin göstəricisi kimi qəbul edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “borclunun icra sənədini qanunvericiliklə qadağan olunmayan vasitələrlə icra edə bilməsi imkanına malik olması” kimi hal hazırkı vəziyyətdə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs şamil edilə bilməz. Belə ki, iş materiallarından, habelə Elektron Məhkəmə Sistemindən müəyyən edilir ki, Şəxs Vətən Müharibəsi iştirakçısıdır və buna görə 80 manat pensiya alır və əlavə olaraq hər hansı gəliri yoxdur. Məhkəmə hesab edir ki, sadalanan hallara əsasən hazırkı vəziyyətdə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs əməlində hər hansı inzibati xəta tərkibin olması halı istisna edilir. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə yuxarıda qeyd olunanlara və iş materiallarına əsasən belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 53, 48-51, 105, 114-115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar