Məhkəmə qərarları › İş №3(049)-560/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-560/2024

27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-560/2024 27.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Lənkəran rayonu, Daşdatük kəndində doğulmuş, qeydiyyatda olmaqla yaşayan Lənkəran şəhəri Daşdatük kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsili, fərdi əməklə məşğul olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin(bundan sonra İXM-nin) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində arvadı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun üz nahiyəsinə əli ilə vuraraq ona qəsdən fiziki ağrı yetirdiyinə görə Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə MN seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində əri Şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı sonuncu üz nahiyəsinə əli ilə vuraraq ona qəsdən vurmuşdur. Bundan sonra Lənkəran ŞRPŞ-yə müraciət edərək bu barədə tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs yazılı ərizə ilə məhkəməyə müraciət edərək, əri Şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və Şəxs qarşı heç bir şikayəti və tələbinin olmamasını nəzərə alaraq onun barəsində İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, evlidir, bir uşaq atasıdır. Əməlindən peşmandır. Barəsində İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran Rayonlararası Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyinin xx.xx.2024-cü il tarixli 310 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində heç bir xəsarət aşkar olunmamışdır. Məhkəmə, iclasda tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Qeyd olunan inzibati xətanı törətməsində Şəxs təqsirli olması onun özünün etirafı, zərər çəkmiş şəxsin izahatı, ekspert rəyi, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs barışmaları barədə ərizəsini məhkəməyə təqdim etmişlər. İXM-nin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-nin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda həmin iş üzrə icraata xitam verilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39-cu maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar