Məhkəmə qərarları › İş №3(049)-560/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-560/2025

01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-560/2025 01.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhəmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi Nümayəndə6 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 20000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməsinə və ödənişin aparıldığı gündən iki ildən artıq müddət keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etmədiyindən, eləcə də qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarılmağından Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli EP ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə6 inzibati xətanı törətdiklərini qəbul edərək, işlərin çoxluğu ilə əlaqədar vaxtında tədbir görmədiklərini, əməllərindən peşman olduqlarını, şokalad istehsalı aparatlarının gətirilməsinə baxmayaraq həmin aparatlarda istehsalın başlanmadığını, özəl müəssisə kimi fəaliyyət göstərdiklərini, maddi cəhətdən hazırda sıxıntı çəkdiklərini bildirib, inzibati tənbeh qismində ən az həddə cərimə tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışının vaxtı və yeri barədə məlumat Azərbaycan Respublikası Mərkəzi Bankına bildirilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materillarında olan YapıKredi Bankı Azərbaycan QSC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarınır aparılması Qaydaları”nın 4.3.1.3.-ci bəndinə əsasən “X4 Azərbaycan” QSC vasitəsik qabaqcadan ödəniş həyata keçirilmiş, iki il müddəti başa çatdıqdan sonra malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməyən xx.xx.2023xx.xx.2023-cü il tarixli avans köçürmələri barədə məlumatı aidiyyəti üzrə təqdim edirlər. YapıKredi Bankı Azərbaycan QSC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubuna əlavə olunmuş avans köçürmələri barədə məlumatları əks etdirən cədvəlin çıxarışından görünür ki, X5 Azerbaijan vasitəsilə “X1 Büsan Şubesi” ilə “X2 Tic.Ltd.Şti.” şirkətinə ********** nömrəli vöen-ə məxsus LARAN MMC-nin nümayəndəsi İlham Nuraliyev tərəfindən ********* avans kodlu xx.xx.2023-cü il tarixdə 20,000.00 USD ödəniş olunmuşdur. YapıKredi Bankı Azərbaycan QSC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş QZD 03-2023 nömrəli müqavilənin surətindən görünür ki, "LA RAN” MMC direktoru Nümayəndə6 şəxsində, və digər tərəfdən, (bundan sonra "SATİCİ" adlandırılacaq) "X3 Tic. Ltd. Şti" direktor Hüseyin Özdeınir şəxsində, müqavilədə göstərilənlər barədə müqaviləni bağlayırlar. Əlavə 1-dəki texniki göstəricilərə, təsdiqlənmiş nümunə qəlibə ,qarantiya və qiymətə uyğun şokolad qablaşdırma avadanlığı ( 1 ədəd -model EHZ-SN-T )"ALlCİ"ya təslim etməyi, "ALİCİ" isə qəbul etməyi və dəyərini "SATİCl"ya ödəməyi öhdəsinə götürür. Müqavilənin ümumi məbləği 90 000 (doxsan min) usd təşkil edir. Bu qiymətə 1 ədəd şokolad qablaşdırma avadanlığı və Konyada gömrük məsrəfləri daxildir, (göndərmə istisna olmaqla.) Qiymətlərə qablaşdırmanın dəyəri daxildir. Qiymətlər FCA Konya (İncoterms 2010) şərtlərik) başa düşülür. "Alıcı" müqavilənin ümumi məbləğinin 15000 dolları müqavilə imzalandıqdan sonra, qalan yükləməyə hazır olduqda köçürmə yolu ilə ödəyəcək avadanlıq müqavilənin ümumi məbləğinin ilk 50%-nin ödənildiyi tarixdən etibarən ən geci 120 ili 150 gün arasında İncoterms 2010, FCA Konya şərtlərilə "satıcı" tərəfindən alıcıya təhvil veriləcək avadanlıqların qarantiya müddəti emalat və material xətalarına qarşı avadanlığın istismara başlama tarixindən etibarən 2 ildir. "SATİCİ" avadanlıqların təyinatı üzrə istifadəyə yararsız olması halında "alıcı"nın yazılı bildirişi təqdim etdiyi gündən 10 (on) iş günü ərzində təmir üçün lazımi olan ehtiyat hissələrini və ehtiyac olarsa, mütəxəssisləri alıcıya əvəzsiz göndərəcək. Qarantiya müddəti başa çatdıqdan sonra satıcı alıcını 5 (beş) il ərzində dəyəri qarşılığında ehtiyat hissələrlə təmin etməyi öhdəsinə götürür. Ehmal, Pis istifadə, qəsdli hərəkətlər, qəzalar, normal şərtlərdə və tövsiyyə olunan həcmlər kənarında istifadədən yaranan xətalardan Satıcı məsul deyil. Fors-major hallan ilə əlaqədar "satıcı" müqavilədən irəli gələn öhdəliklərini icra edə bilməzsə, əvvəlcədən ödənilmiş müqavilə dəyərini ən gec 5 (beş) gün ərzində geri ödəməlidir. YapıKredi Bankı Azərbaycan QSC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş QZD 03-2023 nömrəli müqaviləyə əlavənin surətində M 01 EHZ-SN-T sarğı avadanlığının texniki xüsusiyyətləri göstərilmişdir. Göründüyü kimi Şəxs MMC tərəfindən Türkiyə Respublikasına malların alınması üçün göndərilmiş 20000.00 ABŞ dolları məbləğində vəsaitin əvəzində göndərilmiş avadanlıqlarla bağlı gömrük bəyannaməsi mövcud deyildir. Məhkəmə hesab edir ki, Şəxs MMC inzibati xətanın törətməsində təqsiri inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC, 20000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən iki ildən artıq müddət keçməsinə baxmayaraq 20000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, inzibati xəta törətmiş Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” 28 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə müvafiq valyuta əməliyyatına xüsusi nəzarət rejiminin tətbiq olunması və valyuta tənzimi qaydasının pozulmasına görə inzibati hüquqi məsuliyyətin müəyyən edilməsi sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs MMC-yə qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən kimi qəbul edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin sanksiyasında avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını nəzərə almaqla ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizi məbləğində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş 20000.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faiz məbləğində inzibati qaydada cərimə edilsin. Tutulacaq cərimə məbləği Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar