Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-561/2025 04.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (bundan sonra DGK) tərəfindən 21 iyun 2025-ci il tarixdə Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən X5 Hayvancılık Taşımacılık LTD.ŞTİ tərəfindən ünvan 1i ünvanında qeydiyyatda olan, hüquqi şəxs “Lenk- Fruit" MMC-nin (vöen: **********) ünvanına Türkıyə Cümhuriyyəti vətəndaşı X6 idarə etdiyi "Scania" markalı, "61K14396/61AFV018" dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə daxil olmuş, xx.xx.2025-ci il tarixli, "M**********00052" No-li invoysa əsasən, **********9867 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş mallara dair Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin təqdim edilmədiyindən qeyd edilən MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 485.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli EP № ******* saylı protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta törədən şəxs Şəxs MMC-ə və Azərbaycan Respublikasının DGK-ə bildirilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR İXM-nin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılmış gömrük bəyannaməsindən görünür ki, xx.xx.2025-ci il tarixdə hüquqi şəxs "xxxx" MMC-nin (VÖEN: **********) ünvanına M**********00052 nömrəli xx.xx.2025-ci il tarixli invoysla "61K14396/61AFV018" nömrəli nəqliyyat vasitəsilə daxil olmuş və **********9867 sorğu nömrəsi ilə bəyan olunmuş mallara dair Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin təqdim edilmədiyi müəyyən edildiyindən raport tərtib olunaraq müvafiq hərəkətlər görülməyə başlanmışdır. xx.xx.2025-ci il tarixli, **********9867 sorğu nömrəli Gömrük Bəyannaməsindən görünür ki, FAVORİ FİDANCİLİK TARİM HAYVANCİLİK TAŞİMACİLİK LTD.ŞTİ ümumi gömrük dəyəri 21947,00 olan 3000 ədəd NARİNGİ TİNGİ Lenk-Fruit MMC-yə göndərilmiş, bundan əlavə bəyannaməçi "xxxx" MMC ilə Lenk-Fruit MMC arasında xx.xx.2025-ci il tarixli müavilə bağlanmışdır. Gömrük Bəyannaməsinə əlavə edilmiş qoşma vərəqəsindən görünür ki, 3000 ədəd naringi tingi idxal edilmişdir. Favori Fidancılık şirkətinin xx.xx.2025-ci il tarixli elektron qəbzindən (faturasından) görünür ki, 3000 ədəd hər biri 2,20 usd olan ümumi dəyəri 6.600,00 usd təşkil edən W.MURCOTT mandarin fıdanı üçün Lenk-Fruit MMC tərəfindən Favori Fidancılık şirkətinə ödənilmişdir. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin qərardadı ilə Hüquqi şəxs "xxxx" MMC (vöen: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta haqqinda iş üzrə icraat başlanılmışdır. (X1 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqinda) xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X3 icraatında olan 00400- 00655/25 nömrəli iş üzrə araşdırma zərurəti ilə əlaqədar "xxxx" MMC (vöen: **********) tərəfindən təqdim edilən **********9867 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların Azərbaycan Respublikası gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin verilib-verilməməsini müəyyən etməkdən ötrü X1 Sistemi informasiya resursuna baxış keçirmişdir. Baxış zamanı müəyyən olundu ki, 21 iyun 2025-ci il tarixdə "xxxx" MMC-nin ünvanına "61K14396/61AFV018" dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə gətirilən "Naringi tingi" yükünə dair qısa idxalbəyannaməsi təqdim olunmamışdır. **********11431 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X1 sistemindən malların çatdırılması və boşaldılmasının çıxarışından görünür ki, idxalatçı Lenkfruit MMC ixracatçı X5 şirkətinin göndərdiyi bitki mənşəli qidalar, canlı ağaclar və digər bitkilər, bitki köklərinin alınmasının qeydiyyat tarixi xx.xx.2025-ci il tarixdir, çatma tarixi xx.xx.2025-ci il tarixdir. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında) protokolunda "Lenk-Fruit şirkətinin direktoru X7 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası ünvan 1ində yerləşən hüquqi şəxs "xxxx" (VÖEN: **********) şirkətinin direktoruyam. Hüquqi şəxs "xxxx" şirkəti 2019-cu ildən xarici iqtisadi fəaliyyətlə məşğul olur və xarici ölkələrdən müxtəlif çeşidli məhsullarının idxalını həyata keçirir. Bu məqsədlə xarici ölkələrdə olan tərəfdaşlarımız sifarişə əsasen yükləri maşınlara yükləyib orada olan sənədləşmə işlərini həyata keçirir, sonra yüklər Azərbaycan Respublikasına gəlir və "Lənkəran" gömrük postunda gömrük rəsmiləşdirilməsindən keçirilir. İşin mahiyyəti üzrə bildirir ki, xx.xx.2025ci il tarixрe Türkiyə Cümhuriyyətindən direktoru olduğu "xxxx" MMC-nin ünvanına "Naringi tingi" yükü göndərilmişdir. Onlar tərəfindən həmin mallara dair elektron formada qısa idxal bəyənnaməsi gömrük orqanına vaxtında tərəfindən təqdim olunmamışdır. Buna səbəb iş yükünün çox olması və sürücünün ölkəyə daxil olan zaman onlara məlumat verməməsi olmuşdur. Astara Gömrük İdarəsi "Lənkəran" gömrük postunda **********9867 sorğu nömrəli gömrük bəyannaməsi ilə idxal - "sərbəst dövriyyə buraxılış" gömrük proseduru altında rəsmiləşdirilmiş "Naringi tingi" yükü Azərbaycan Respublikasına daxil olarkən, "Lənkəran" gömrük postunda "VAİS" Program Təminatında qeydiyyatı aparılmış və həmin yükə dair qısa idxal bəyannaməsinin verilməməsinin səbəbi iş yükünün çox olması və sürücünün ölkəyə daxil olan zaman bizə məlumat verməməsi olmuşdur. İzahatınızdan və fakt üzrə toplanmış materiallardan məlum olur ki, **********9867 sorğu nömrəli gömrük bəyənnaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında bəyan edilmiş “Naringi tingi” yükünə dair qısa idxal bəyannaməsi təqdim edilməmiş və bununla da qanunvericiliyin tələblərin pozulmasına görə təqsirini etiraf edir, yük sahibi olaraq qanunvericiliyin tələbini pozduğunu anlayıram və hüquqpozmanın zərərli nəticələrini aradan qaldırmağa hazırdır. İnzibati xəta haqqında 00400-00655/25 № protokoldan görünür ki, Astara Gömrük İdarəsi Lənkəran gömrük postundan daxil olmuş 3-33-1300/019/001776 saylı raportun icrası ilə əlaqədar araşdırma aparılaraq müəyyən edilmişdir ki, 21 iyun 2025-ci il tarixdə Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən X5 Hayvancılık Taşımacılık LTD.ŞTİ tərəfindən ünvan 1i ünvanında geydiyyatda olan, hüquqi şəxs “Lenk-Fruit" MMC-nin (vöen: **********) ünvanına Türkıyə Cümhuriyyəti vətəndaşı X6 idarə etdiyi "Scania" markalı, "61K14396/61AFV018" dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə daxil olmuş, xx.xx.2025-ci il tarixli, "M**********00052" No-li invoysa əsasən, **********9867 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş mallara dair Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin təqdim edılmədiyi müəyyən edilmişdir. Fakt üzrə toplanmış materiallara əsasən hüquqi şəxs “Lenk-Fruit" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən - yəni Azərbaycan Respublikakının gömrük ərazisinə gətirilən mallar barəsində əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi faktı üzrə inzibati araşdırma başlanmışdır İnzibati araşdırma zamanı toplanmış materiallara əsasən, Gömrük Xidmətinin "VAİS" program təminatına baxış keçirilmiş və baxış zamanı xx.xx.2025-ci il tarixdə hüquqi şəxs "xxxx" MMC-nin ünvanına gələn "Naringi tingi” yükünə dair əvvəlcədən qısa idxal bəyannaməsi verilmədiyi öz təsdiqini tapmışdır. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt **********9867 sorğu nömrəli gömrük bəyannaməsı, 18.07 2025-ci il tarixində Gömrük Xidmətinin "VAİS" informasiya resursuna baxış keçirilməsi haqqında protokol, xx.xx.2025-ci il tarixində barəsində icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X2-sual edilməsi haqqında protokol və digər sübutlarla təsdiq edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 10.1-ci bəndinə əsasən gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir: 10.1.1. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə; 10.1.2. mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə; 10.1.3. malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə. Azərbaycan Respublikası Gömrük Məcəlləsi 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 113.2. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. 114.1. Qısa idxal bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edilir. 114.3. Qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edən şəxs tərəfindən verilə bilər. “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli, 263 saylı Qərarının 13.4-cü maddəsində məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edildiyi qeyd edilmişdir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2- ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Şəxs MMC-in inzibati xətanı törətməsində təqsiri inzibati xəta haqqında protokolla və yuxarıda qeyd olunan sənədlərlə tam təsdiq olunur. Bununla da məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş Şəxs MMC-in İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. AR İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. AR İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs MMC-yə qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. AR İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə işdə olan sənədləri hərtərəfli araşdıraraq inzibati xəta törətmiş Şəxs MMCyə qarşı inzibati tənbeh tətbiq edərkən ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-561/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-561/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver