Məhkəmə qərarları › İş №3(049)-564/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-564/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-564/2024 10.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxx 1983-cü il tarixdə Biləsuvar rayonu Xırmandalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, iki azyaşlı uşağı olan, natamam orta təhsilli, Lənkəran rayonu, Şirinsu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs ilə Şəxs arasında mübahisə zamanı sonuncu Zərərçəkmiş şəxs yumruqla vurmaqla döş qəfəsi, sağ baldır nahiyələrində dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyinə görə barəsində İXM-nin 157ci maddəsi ilə 27 may 2024-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, o Mahirə xəsarət yetirməmiş, tədqiqatçının “Sübutların qiymətləndirilməsi haqqında” qərarından şikayət verməmişdir. Şəxs tədqiqat zamanı göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə qardaşı Mehdi Fərziyev ona zəng edərək, Zərərçəkmiş şəxs Liman şəhərində yerləşən otlaq sahəsində onu vuraraq xəsarət yetirdiyini bildirmişdir. O, da, otlaq sahəsinə yola düşmüş, otlaq sahəsində, Zərərçəkmiş şəxs evinin yaxınlığında Mahirdən qardaşını niyə döydüyünü soruşmuşdur. Zərərçəkmiş şəxs qardaşını onun ünvanına nalayiq ifadə işlətdiyi üçün döydüyünü bildirmiş və Mehdinin ünvanına nalayiq ifadə işlətmişdir. Bu zaman o, əsəbləşib yumruqla Zərərçəkmiş şəxs vurmuşdur. Daha sonra Zərərçəkmiş şəxs da onu vurmuşdur. Hazırda Mahir barəsində məhkəmənin icraaatında CM-nin 128-ci maddəsi ilə material vardır. O həmin iş üzrə zərəçəkmiş çəxs olduğu üçün Mahirdən təzminat istəyir. Mahir ona təzminat vermədiyi üşün o, onunla barışmamışdır. Bu səbəbdən də, onun barəsində olan inzibati iş üzrə da Mahir onunla barışmır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Liman şəhərində yerləşən otlaq sahəsində heyvanları otaran zaman X1 heyvanlarını qovmamasını bildirmişdir. Mehdi isə ona qarşı nalayiq ifadə işlədərək onun üzərinə hücum etmiş, bu zaman o, yumruqla Mehdini vurmuşdur. Bundan sonra Mehdi atına minərək oradan uzaqlaşmışdır. Özü oradan yaşadığı evə gələn zaman Mehdinin qardaşı Mustafanı görmüş, Mustafa ondan qardaşını niyə döydüyünü soruşmuşdur. O, isə Mustafaya qardaşının onun ünvanına nalayiq ifadə işlətdiyinə görə döydüyünü bildirmişdir. Bu zaman Şəxs onu boru ilə vurmuşdur. Zərərçəkmiş şəxs tədqiqat zamanı göstərmişdir ki, X3 həmkəndlisi və qonşusudur. Mehdi ilə onun münasibətləri yaxşı deyildir. Buna əsas səbəb Mehdinin qardaşı Şəxs bir il bundan əvvəl onunla mübahisə etməsi olmuşdur. Bir ildir ki, o, X3 və Şəxs ilə danışmır. Lakin Mehdi və Mustafa onun heyvanlarını otlaq sahəsində otlamağa icazə vermirlər. xx.xx.2024-cü il tarixdə təxminən saat 16 radələrində Lənkəran rayonu Liman şəhərində yerləşən otlaq sahəsində heyvanları otaran zaman X3 ilə rastlaşmış və Mehdiyə heyvanlarını qovmamasını bildirmişdir. Mehdi isə mənə qarşı nalayiq ifadə işlədərək onun üzərinə hücum etmişdir. O, da, Mehdinin onu vurmasının qarşısını almaq üçün yumruqla Mehdinin sifət və başına bir neçə zərbələr vurmuşdur. Mehdinin onu döyməsindən qorxduğu üçün atına minərək oradan uzaqlaşmışdır. Təxminən 15-20 dəqiqə sonra yəni saat 17 radələrində yaşadığı evə gələn zaman Mehdinin qardaşı Mustafanın onu evinin yaxınlığında olan otlaq sahəsində onu gözlədiyini görmüş və Mustafa ondan qardaşını niyə döydüyünü soruşmuşdur. O, isə Mustafaya qardaşının onun ünvanına nalayiq ifadə işlətdiyinə görə döydüyünü bildirmişdir. Bu zaman Şəxs yumruqla onun sağ gözünə vuraraq yerə yıxmış və təpiklə onun qarın və ayağına zərbələr vurmuşdur. O, da, ayağa qalxıb Mustafanın sağ gözünə kəllə ilə vuraraq yerə yıxmış və yerdə olan zaman təpiklə Mustafanın sağ ayağına zərbələr vurmuşdur. Daha sonra Fərzəliyev Habil oraya yaxınlaşaraq onları ayırmış və hətda Fərzəliyev Habil orada onu sözlə hədələyərək onu öldürəcəyini bildirmişdir. Onunla Şəxs arasında baş verən münaqişə isə 3-4 dəqiqə baş vermiş və münaqişə zaman Habil Fərziyevdən başqa hər hansı bir şəxs olmamışdır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X2 24 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması Şəxs əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində İXMnin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Lənkəran ŞRPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Lənkəran ŞRPŞ-nin arayışından görünür ki, Şəxs barəsində Lənkəran ŞRPŞ-nin növbətçi hissəsində olan kartotekasında son bir il ərzində heçbir məlumat qeydiyyata alınmamışdır. İXM-nin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Qeyd olunan hüquq normasının məzmunundan görünür ki, İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin obyektiv cəhəti təkcə zərərçəkmiş şəxsin döyülməsini deyil, zorakı həkətlərlə zərərçəkmiş şəxsə qəsdən fiziki ağrı yetirmədə də ifadə olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətaları törətməsində təqsiri 24 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək tənbehlə əlaqədar aşağıdakıları qeyd edir: İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini, himayəsində iki azyaşlı uşağın olmasını onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tənbeh tədbiri nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar