Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-564/2025 13.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi: X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28810698 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, müəyyən etdi: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28810698 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 05.00 radələrində etibarnamə əsasında idarə etdiyi **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara yolu ilə Bakı şəhəri istiqamətindn Lənkəran şəhərinə gələrkən Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində hərəkətdə olduğu zaman 1200 manat cərimə edilmişdir. Guya yük çox olduğu üçün cərimə yazılmışdır. Əslində maşınında cəmi 22 ton yük olmuşdur. Həmin protokolla razı deyil. Məhkəmənin yeri və vaxtı barədə şikayət verən şəxsə və qərarından şikayət verilən orqanın nümayəndəsinə məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim edilmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, tərəfləri məhkəmə iclası barədə məlumatlandırılmış hesab edərək şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə araşdırılmış xx.xx.2025ci il tarixli EQ 28810698 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə 1200 manat məbləğində inzibati cərimə edilmişdir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə araşdırılmış fotoşəkillərdən görünür ki, xx.xx.2025-ci il tarixdə, M-2 47,9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində, saat 05.00.17-də, **-LH-*** dövlət qeydiyyat nişanlı yanacaq daşıyan avtomobilə 43560 kq.(Limit:40000 kq.) artıq çəki müəyyən edilmişdir. İXM-nin 353.5-ci maddəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. İXM-nin 353.2-ci maddəsinin tələbinə görə də, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə- fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında AzərBaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2009-cu il tarixli qərarına əlavə edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin 3-cü hissəsinin 3-cü bəndinin 1-ci yarımbəndinə əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə birlikdə 40 tondan artıq həddi aşmamalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında qərardan, habelə əlavə edilmiş, elektron qaydada tərtib edilmiş fotoşəkillərdən müəyyən olunur ki, X2 idarə etdiyi **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobildə xx.xx.2025-ci il tarixdə 43560 kq yük olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X5 barəsində qəbul edilmiş qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28810698 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-564/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-564/2025
13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver