Məhkəmə qərarları › İş №3(049)-565/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-565/2024

29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-565/2024 29.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu, Yusif Kazımov tərəfindən TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli cərimə qərarından şikayət Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: Yusif Kazımov TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli cərimə qərarından şikayət edərək Lənkəran Rayon Məhkəməsinə göndərmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında şikayət natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Hazırki işin şikayətdə isə inzibati xıtalar haqqında icraat aparılmasına baxmayaraq şikayət mülki icaart qaydasında aparıldğı kimi şikayət verən şəxs iddiaçı, qərarından şikayət verən orqan isə cavabdeh kimi göstərilmişdir. Eləcə də, şikayət verən şəxsin kimliyinin müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, şikayət verən “X1” kimi qeyd edilmişdir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş şikayət natamam olmaqla həmin çatışmamazlıqları işə baxılarkən qısa müddət ərzində aradan qaldırmaq mümkün deyildir. Göstərilənlərə əsasən və İXM-nin 109, 111, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Yusif Kazımov tərəfindən TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli cərimə qərarından verilmiş şikayət geri qaytarılsın. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar