Məhkəmə qərarları › İş №3(049)-569/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-569/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-569/2025 28.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsn oğlu və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon Şəhər Polis Şöbəsinin YPX–nin inspektoru X3 iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Lənkəran rayonun Port-İliç qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan, Şəxsn oğlunun barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 334-1.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq və müəyyən etdi: Şəxsn oğlu xx.xx.2025-ci il tarixdə, saat 16:22 radələrində «VAZ 2106» markalı ** CG *** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə etmək hüququ olmadan narkotik vasitədən istifadə etməklə sərxoş halında idarə etdiyinə görə sonuncunun barəsində İXMnin 329.1, 332.1 və və 334-1.1-ci maddələri ilə İXP ******* №-li xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran Rayon Şəhər Polis Şöbəsinin YPX–nin inspektoru X4 yol hərəkəti qaydalarını pozaraq narkotik vasitə istifadə etməklə avtomobil idarə edən digər sürücülərə nümunə olması üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs inzibati qaydada həbs olunmasını xahiş etdi. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxsn oğlu məhkəmə iclasında özünü təqsirli bilərək göstərmişdir ki, sürücülük vəsiqəsi yoxdur. Nərimanabad yolunda evə gələrkən YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Narkotik vasitəni təzəlikcə deyil, çoxdan qəbul etmişdir. Əməlindən peşimandır, bir daha belə hallara yol verməyəcəyini bildirdi. Barəsində həblə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə protokolu tərtib etmiş şəxs və inzibati xətanı törətməkdə təqsirləndirlən şəxsi dinləyib, inzibati materialları nəzərdən keçirib hesab edir ki, onun əməli düzgün olaraq İXM-nin 334-1.1-ci maddəsi ilə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 001190 №-li protokoldan görünür ki, müayinə zamanı Şəxsn oğlununn sidiyində met aşkar edilmişdir. İş materiallarında olan Lənkəran ŞRPŞ-nin DYPB tərəfindən verilmiş arayışdan görünür ki, Şəxsn oğlu Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı il ərzində təkrar törətməmiş və B kateqoriyası yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsn oğlunun qeyd olunan inzibati xətanın törətməsində təqsiri tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İXM-nin 31.2-ci maddəssnə əsasən inzibati xəta törətmiş Şəxsn oğluna qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal onun etdiyi əməldən peşiman olmasıdır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxsn oğlu barəsində müəyyən müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 115 və 198-130-cu maddələrini rəhbər tutub, rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxsn oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 28 iyul 2025-ci il tarix, saat 16:20-dən hesablansın. Həbsin sonu 12 avqust 2025-ci il tarix 16:20 hesab edilsin. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar