Məhkəmə qərarları › İş №3(049)-570/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-570/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-570/2025 05.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi və Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 22 iyul 2025-ci il tarixli, EQ 29430438 nömrəli inzibati tənbehvermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 22 iyul 2025-ci il tarixli, EQ 29067399 nömrəli inzibati tənbehvermə haqqında qərarla X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) manat cərimə edilmişdir. X1 xx.xx.2025-ci il tarixdə idarə etdiyi Renault Megane minik markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə M-3, E-119, AH-8, Ələt-Astara-İran yolunun 200-cü kilometrliyində inzibati xəta törətdiyi və bu barədə inzibati xəta haqqında protokol tərtib edildiyi qeyd edilmişdir. X4 həmin qərardan məhkəməyə şikayət vemişdir. Ərizəçi şikayətdə barəsində tərtib edilmiş 22 iyul 2025-ci il tarixli, EQ 29067399 nömrəli protokol üzrə qəbul olunmuş qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixdə Lənkəran şəhəri, Ləvəngi dairəsindən Şəhidlər Xiyabanı küçəsi istiqamətində saat 13:49 radələrində özünə məxsus Renault Megane minik markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edərkən, yolun sol tərəfində Baş X7i İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımının əməkdaşı **-YP-*** xidməti avtomobilində tam hərəkətsiz duraraq dayandığının şahidi olmuşdur. Təqribən 2 saat keçdikdən sonra mobil nömrəsinə SMS gələrək M-3, E-l 19, AH-8 Ələt-Astara-İran yolunun 200-cü km-liyində güya yolda müəyyən edilmiş sürət həddini 10-20 km/saat aşaraq İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinin tələbləri pozmuşdur. Nəticə etibarı ilə, inzibati tənbeh vermə haqqında qərarla tanış olarkən aydın şəkildə qeyd edilmişdir ki, "sürət həddi 50 km/saat tələb olunan ərazidə 63 km/saat sürətlə **-DP-*** dövlət qeydiyyat nişanlı, Renault Megane minik markalı avtomobili ilə sürət həddini pozmaqla barəsində “EQ29430438” nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir”. Bütün bunlara baxmayaraq, şəxs, nə qədər fikirləşsə də, sonuncu dəfə Ələt-Aslara-İran yolunun 200-cü km-liyində nə zaman olmağını xatırlaya bilməmişdir. Ona görə şəxs hesab edir ki, Baş X7 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis palkovnik-leytnantı Elvin Abduləlizadə tərəfindən imzalanmalı olan, lakin imzalanmayan həmin qərar tam əsassızdır və ləğv olunmalıdır. Eyni zamanda nizibati tənbeh vermə haqqında qərarda inzibati ərazinin baş verdiyi ərazi düzgün qeyd edilməmiş və şəxsiyyətini təsdiq edən sənədin məlumatları da düzgün yazılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə sorğusuna baxmayaraq inzibati orqan inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş sübutları məhkəməyə təqdim etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə ərizəçinin və inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin məhkəmə baxışı zamanı tədqiq edilən mübahisələndirilən inzibati tənbehvermə haqqında qərardan və ona əlavə edilmiş inzibati xəta haqqında məlumatdan və fotoşəkillərdən görünür ki, X4 xx.xx.2025-ci il tarixdə idarə etdiyi Renault Megane minik markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla M-3, E-119, AH-8, Ələt-Astara-İran yolunun 200-cü kilometrliyində müəyyən edilmiş hərəkət sürətini 13 km/saat həddində aşaraq inzibati xəta törətmişdir. “Google Maps” internet resursunda olan xəritədən görünür ki, M-3, E-119, AH-8, Ələt-Astara-İran yolu avtomagistral yoldur. “Avtomobil yolları haqqında” Azərbaycan respublikası Qanununun 1-ci maddəsinə əsasən, avtomagistral – müəyyən məsafədə avtomobil nəqliyyatı vasitələrinin məhdudlaşdırılmayan sürətlə və maneəsiz hərəkətini təmin edən, yüksək hərəkəti buraxma qabiliyyətinə və ayırıcı zolağa malik olan, eyni səviyyədə kəsişmələri olmayan, habelə hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilmiş, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilmiş avtomobil yoludur. İş materiallarından müəyyən edilir ki, zösügedən inzibati xətanın qeydə alındığı ərazi avtomagistral deyil, iki istiqamətli şəhər ərazisində olan avtomobil yoludur. Eyni zamanda “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdann müəyyən edilir ki, xx.xx.1987-ci il təvəllüdlü X4 Azərbaycan respublikasının vətəndaşı olmaqla, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi: “AA 5998258”-dir. İş materiallarına əlavə edilmiş AA seiyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə xx.xx.1987-ci il təvəllüdlü X3 məxsusdur. Mübahisələndirilən 22 iyul 2025-ci il tarixli, EQ 29430438 nömrəli inzibati tənbehvermə haqqında X1 şəxsiyyət vəsiqəsinin seriyası: AZE, nömrəsi: 13044263 kimi qeyd edilmişdir. Belə olan halda X2 həqiqətən də qeyd edilən inzibati xətanı törətməsinə dair şübhələr yaranır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin məcəllənin 8.2 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3 maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, qeyd edilən inzibati tənbehvermə qərar ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən inzibati xəta haqqında işə yenidən baxılarkən hazırki qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilən xüsusatlar araşdırılmalıdır. QƏRARAALDİ: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə inzbati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 22 iyul 2025-ci il tarixli, EQ 29430438 nömrəli inzibati tənbehvermə haqqında qərar ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqında icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar