Məhkəmə qərarları › İş №3(049)-573/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-573/2025

30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-573/2025 30.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 iştirakı ilə, xx.xx.1993-ci il tarixdə Lənkəran rayonu, Yuxarı Nüvədi qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə qeyri-rəsmi evli, orta təhsilli, deməsinə görə taksi fəaliyyəti ilə məşğul olan, Lənkəran rayonu, Yuxarı Nüvədi qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Binə qəsəbəsi, Sovxoz ərazisində yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Lənkəran Rayon Məhkəməsinin 2(049)-1305/2019 saylı, xx.xx.2019-cu il tarixli və 2(049)-2380/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən icra məmuru Vüsal Qasımov bildirdi ki, borclu hər iki icra sənədi üzrə borcu ödəməkdən yayındığı üçün onun barəsində axtarış elan edilmiş və bu gün pois tərəfindən saxlanılaraq icra şöbəsinə təhvil verilmişdir. Borclu barəsində çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, icra sənədi üzrə borcu ödəməyi üçün 2020-ci ildə məhəkəm tərəfindən 10 gün müddətinə inzibati qaydada həbs olunmuş, həbsdən çıxdıqdan sonra isə borcu qaytarmaq istəsə də, tələbkar Fəridə xanım ondan ilkin olaraq 2000 manat pul tələb etdiyi üçün ona olan borcu ödəyə bilməmişdir. Alimentə gəlincə bildirdi ki, arvadı vəfat etdikdən sonra uşaqlar məhkəmə qaydasında qaynanasının, yəni uşaqların nənəsinin qəyyumluğuna verilib, lakin ona məhkəmə barəsində məlumatı verilməyib. Pulu ödəməkdən imtina etmir, lakin hazırda pulu ödəmək imkanında deyil. Özü taksi fəaliyyəti ilə məşğuldur və gündəlik 50-60 manat qazanc əldə edir, lakin qazandığı pul ilə maşının kreditini ödəyir. Tələbkarlar razılaşdıqları təqdirdə bundan sonra hər ay 200 manat ödəyə biləcəyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, özü bu gün saat 11:00-da Lənkəran Rayon İcra və Probasiya Şöbəsininə gəlmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs1 bildirdi ki, borclu telefon nömrəsini dəyişdiyi üçün məhkəmədən sonra onunla əlaqə yaratmaq mümkün olmamışdır. Bu günədək ona bir qəpik olsa belə ödənilməımişdir. Məhkəmədən borclu barəsində həbs qərarının çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs2 bildirdi ki, Lənkəran Rayon Məhkəməsinin qərarı ilə qəyyum təyin edildiyi nəvələrinin saxlanılmasından ötrü borclu tərəfindən ona hər ay 300 manat aliment təyin edilsə də, borclu bu vaxtadək aliment ödəməmiş və ümumiyyətlə uşaqları ilə maraqlanmamışdır. Borclunun tutulmasını xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1305/2019 saylı, xx.xx.2019cu il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 6700 manat pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-2380/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il tarixdə anadan olmuş X5 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla iki uşaq üçün cəmi 300 manat sabit pul məbləğində alimentin borclu Şəxs alınıb uşaqların qəyyumu Zərərçəkmiş şəxs2 verilməsi qət edilib. İcra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-2380/2022 saylı və 2(049)-1305/2019 saylı icra sənədləri icra məmuru Vüsal Qasımov tərəfindən bir icraatda birləşdirilmişdir. İş materiallarında olan Tələbin könüllü icrası haqqında bildirişlərin surətlərindən görünür ki, icraata başlamaq haqqında qərarların surətləri Şəxs dəfələrlə göndərilmiş və ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Borclunun axtarılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs yaşayış yerini müəyyən etmək mümkün olmadığından onun barəsində Lənkəran rayon İcra və Probasiya şöbəsi tərəfindən axtarış verilmişdir. Mərkəzləşdirilmiş informasiya sistemindən Çıxarışdan görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, icra məmurunun izahatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağarlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 30 iyul 2025-ci il tarixdən saat 11:00-dan hesablansın. Həbsin sonu 19 avqust 2025-ci il tarix, 11:00-dən hesab edilsin. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar